Rusiya beynəlxalq təhlükəsizlik qurumları rəhbərlərinin görüşünü keçirməyi təklif edib

2019/07/rusya-1563366444.jpg
Oxunub: 448     17:26     17 İyul 2019    
Rusiya Avro-Atlantika və Avrasiya məkanlarında təhlükəsizlik sahəsində fəaliyyət göstərən başlıca təşkilatların rəhbərləri arasında görüş keçirmək təklifini irəli sürüb.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu çağırış ATƏT-in təhlükəsizlik əməkdaşlığı forumunda Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç tərəfindən səsləndirilib.

Rusiyalı diplomat iştirakçı təşkilatlar sırasına Şanxay Əməkdaşlıq Təşkilatını da cəlb etmək təklifini verib.

“Hələ 1999-cu ildə ATƏT-in İstanbul sammitində qəbul edilmiş “Əməkdaşlığa əsaslanan təhlükəsizlik platforması” ATƏT çərçivəsində maraqlı beynəlxalq təşkilatların bərabər inklüziv dialoqunu genişləndirmək imkanımız var və bu imkandan yararlanmalıyıq”, - deyə Lukaşeviç qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Rusiya beynəlxalq təhlükəsizlik qurumları rəhbərlərinin görüşünü keçirməyi təklif edib

2019/07/rusya-1563366444.jpg
Oxunub: 449     17:26     17 İyul 2019    