MSN tərəfindən AK74M tüfənginin təkmilləşdirilmiş versiyası - XƏZRİ (EKSPERT)

2019/11/800px-1572682188.jpg
Oxunub: 1974     15:22     21 Noyabr 2019    
Dünyada ən çox istifadə edilən məhşur atıcı silahlardan biri də 5.45 mm-lik AK74M avtomatik tüfəngləridir. Əvvəlki yazılarda qeyd etdiyimiz kimi, ilk avtomatik tüfənglər SSRİ-də konstruktor Mixail Kalaşnikovun iştirakı hazırlanıb və 1949-cu ildə 7.62 mm-lik AK-47 (“Kalaşnikov” avtomatı 47-ci il istehsalı) adı ilə SSRİ silahlanmasına qəbul edilib.

Xarici görünüşünə görə AK-47 avtomatı almanların StG 44 avtomatik tüfəngindən demək olar ki, fərqlənmirdi. Əslində “Kalaşnikov” avtomatının hazırlanmasının əsasını, məhz StG 44 silahının konstruksiyasının təşkil etməsini adi gözlə də görmək mümkün idi.

İkinci Dünya müharibəsi bitdikdən sonra StG 44 avtomatının istehsalı ilə məşğul olan “Henel” firmasının yerləşdiyi ərazi rusların nəzarətinə keçir. 1945-ci ildə “Henel” firması mülki malların istehsalı ilə məşğul olmasına baxmayaraq, onlar SSRİ-nin sifarişi əsasında 50 ədəd StG 44 avtomatını hazırlayıb, Moskvaya göndərməyə məcbur edilir. Eyni zamanda 10785 vərəqdən ibarət layihə sxemləri də SSRİ qoşunları tərəfindən ələ keçirilir. Bir çox uğurlu və uğursuz sınaqların nəticəsində yeni bir silah - “Kalaşnikov” tipli avtomatik atıcı silahı yaradıldı. Sonradan isə 7.62-mm Kalaşnikov tüfənglərinin bazasında AKM, AKS, AKSU, AKMSU, AKN, RPK və s. ilə yanaşı bir çox mülki silah sistemləri də yaradıdı.

Bu sinifə, lisenziyası olan və olmayan silahlar da daxil olmaqla, bütün dünyadakı atıcı silahların 20 % aiddir. Keçən 72 ildə bir çox modifikasiyada 70 milyondan çox AK tüfəngləri istehsal edilib. Bu silahlar dünyanın 50-dən çox xarici ölkəsinin, o cümlədən Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında da yer alır. Onun əsas rəqibi 8 milyon ədəd istehsal olunan Amerikanın M16 hücum tüfəngləri hesab edilir. AK silahlarının ABŞ istehsalı olan, analoqu M4A1 ilə müqayisədə tək-tək atəş rejimində zəif olması mütəxəssislər tərəfindən təsdiq edilib. Bunu M16 ilə müqayisə etmək isə ümumiyyətlə mümkün deyil. Buna səbəb, 72 ildir istehsal edilən silahlarda müasir tələblərə uyğun yeniliklərin tətbiqində mövcud olan ləngimələrdir.

AK74M silahının yaranmasının səbəblərindən biri də, silahın 7.62 mm-lik çapını daha az təpməyə, daha düz trayektoriyaya və müvafiq olaraq daha yüksək dəqiqliyə malik 5.45 mm-lik tüfənglə dəyişməkdən ibarət idi.

Mərminin kütləsinin azalması, həm də atıcının daha çox mərmini özü ilə daşımasına da imkan verdi. Bu silahların digər əsas üstünlüyü mürəkkəb ərazi və hava şəraitində yüksək davamlılıq nümayiş etdirməsidir. Həm tək, həm də avtomatik rejimdə dəqiqliyi müasir tələblərə cavab verməsə də, ardıcıl atəşaçma qabiliyyəti piyada bölmələrə atəş sıxlığının yaranmasında ciddi kömək edir. Bu tüfənglər yüksək etibarlılığı və sadə texniki qulluq göstərilməsi ilə də fərqlənir.

Adından da göründüyü kimi, AK74M “Kalaşnikov” silahının modernləşdirilən versiyasıdır. Bu tədbirlər tüfənglərin desant və xüsusi təyinatlı bölmələrdə istifadəsinə imkan yaratmaq məqsədi də daşıyırdı. Modernləşdirmə yalnız qundağa qatlanan funksiya əlavə edilməklə məhdudlaşdı. Silahın belə bir konstruksiyası marşda, hava vasitəsində və maşında hərəkət zamanı daşınmanı, paraşütdən və digər vasitələrdən endikdə belə silahdan istifadəni də rahatlaşdırdı.

“Kalaşnikov” tüfəngləri hissə və bölmələrinin şəxsi heyətinin fərdi silahıdır. Azərbaycan mühəndisləri tərəfindən hazırlanan və “Xəzri” adı verilən silah, MSN rəhbərliyi tərəfindən AK74M tüfənginin təkmilləşdirilmiş versiyası adlandırılıb. Rusiyadan lisenziyası alınaraq 2011-ci ildən Azərbaycanda istehsal olunan silahın istehsal prosesi sadə və ucuzdur.

Dövlət Müdafiə Sifarişi Proqramına müvafiq olaraq Müdafiə Sənayesi Nazirliyi 2011-ci ildən başlayaraq, Müdafiə Nazirliyinə AK74M “Xəzri” avtomatını təhvil verməyə başlayıb. İlkin partiya 5000 ədəd tüfəngdən ibarət olub. Azərbaycan Ordusu keçirdiyi hərbi əməliyyatlarda MSN-in müəssisələrində istehsal olunan bir çox silah və sursatlar ilə bərabər “Xəzri” tipli avtomat silahlardan da istifadə edib.

“Xəzri” və AK74M tüfənglərinin dizaynını digər sinifdən olan analoqları ilə müqayisədə, qaz porşenin uzun məsafəli hərəkəti və lülə kanalının qapanmasına görə fərqlənir. Yığılıb sökülməsi, texniki qulluğu, istifadəsi və saxlanılması kifayət qədər sadədir.

Silahın bəzi hissələrinin hazırlanmasında müasir materiallardan istifadə edilir. Qundaq, xəzinə, lülə yatağı və tapança dəstəyi plastikdən hazırlanır və yüksək zərbələrlə bərabər xarici təsirlərə qarşı da davamlıdır. Qoruyucu örtük boyalarından istifadə metal hissələrin yüksək korroziya müqavimətini təmin edir.

“Xəzri” tüfəngində 40 mm-lik lüləaltı qumbaraatan, süngü-bıçaq, optik və gecə nişangahlarının quraşdırılması üçün yan tərəfdə lövhə yerləşdirilib.

Lülə əyləci atomatik rejimdə atəş zamanı silahın nişanalma nöqtəsindən yayınmasını və təpmə enerjisini azaldaraq atəşin yüksək dəqiqliyini təmin edir. Mövcud keyfiyyətə nəzarət sistemi, kompleks sınaqlar tüfənglərin keyfiyyətini təmin edir.

“Xəzri” tüfənginin iş prinsipi sələflərindən fərqlənmir. Atəş zamanı əmələ gələn barıt qazlarının enerjisinin istifadəsinə əsaslanır. Atəş zamanı barıt qazlarının bir hissəsi güllənin ardınca hərəkət edərək, lülə divarındakı dəlikdən qaz borucuğuna keçərək qaz porşeninə təzyiq göstərir və çaxmaq çərçivəsini qaz porşeni ilə birlikdə geriyə itələyir. Çaxmaq çərçivəsi geri çəkilərkən çaxmaq sıxılıraq gilizi çölə atır, yerinə qayıtdıqda isə növbəti mərmini xəzinədən lülə kanalına ötürür. Nəticə etibarı ilə silahın təkrar doldurulması, lülənin divarındakı dəliklərdən atılan barıt qazlarının enerjisi hesabına həyata keçirilir.

“Xəzri” də sələfi kimi aşağıdakı əsas hissələrdən və mexanizmlərdən ibarətdir:

- lülə və lülə qutusu, nişangah avadanlıqları və qundaq;
- lülə qutusunun qapağı;
- qaz porşenli çaxmaq çərçivəsi;
- çaxmaq;
- qaytarma mexanizmi;
- qaz borusu;
- zərbə- atəş mexanizmi;
- ön dəstək;
- xəzinə;
- süngü.

Bu silahlarda təxminən 95 hissə mövcuddur. Lülə yivlidir və silah poladından hazırlanır. Ön hissəsində yuxarıda qaz dəlikləri yerləşir. Lülə lülə qutusuna hərəkətsiz olaraq bərkidilir və onun dəyişdirilməsi mümkün deyil.

“Xəzri” və AK74M tüfənglərinin taktiki-texniki göstəriciləri eynidir və aşağıdakı kimidir:

- Boş kütləsi 3.6 kq;
- Dolu xəzinə və süngü bıcaqla 4.1 kq;
- Silahın açıq qundaqla tam uzunluğu 943 mm;
- Silahın qatlanan qundaqla uzunluğu 705 mm;
- Lülə uzunluğu 415 mm;
- İlkin mərmi sürəti 900 m/san
- Atəş tezliyi 100 mərmi/dəq;
- Effektiv atəş məsafəsi 350 m;
- Mərminin çapı 5.45х39mm;
- Xəzinənin tutumu 30 ədəd;
- Avtomatik rejimdə atəş tezliyi 650 mərmi/dəq;
- Tək atəş tezliyi 40 atəş/dəq;
- Atəş məsafəsi 1000 m;
- Atəş tempi tək və ya növbəli.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Xəzri   AK74M  

MSN tərəfindən AK74M tüfənginin təkmilləşdirilmiş versiyası - XƏZRİ (EKSPERT)

2019/11/800px-1572682188.jpg
Oxunub: 1975     15:22     21 Noyabr 2019    