Xəstə erməni əsgərin anası aldığı xəbərdən iflic oldu: “Əgər oğlumun başından bir tük əksik olsa...”

2019/07/17_11-1563280747.jpg
Oxunub: 710     20:37     16 İyul 2019    
Ermənistanda xəstə halda hərbi xidmətə aparılan çağırışçının anası yeməyə çörək tapmır.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Şirak vilayətinin Lernakerd kənd sakini 21 yaşlı erməni çağırışçı, 6 ay xidmət edən Seryoja Xaçatryanın anası 43 yaşlı Tamara Hovhannisyan oğlunun vəziyyəti barədə məlumat alarkən ağır vəziyyətə düşüb.

Anasının sözlərinə görə, püşkatma yolu ilə Xaçatryan ilk növbədə işğal altında olan Qarabağ ərazisində yerləşən Xocavəndin 5-ci, 6 ay sonra isə 3-cü taboruna aparılıb.

“Şikayətlərin oğlumun xidmətinə mənfi təsir edəcəyindən qorxsam da, başqa çıxış yolum yoxdur. Əgər mənim şikayətlərimə görə, oğlumun başından bir tük əksik olsa, nə edəcəyimi bilmirəm. Orduda baş verənlər haqqında çox şey bilirik, oyun oynamasınlar. Oğlumu İrəvandakı Muratsan hərbi hospitalına təxliyyə edərək, layiqincə müayinə etsinlər. O, hərbi xidmətə yararlı olması barədə yenidən müayinədən keçirilməlidir.

Ayaqlarında olan problemlə bağlı 3 dəfə möhlət alan oğlum 2019-cu ildə hərbi xidmətə çağırılıb. 3 tibb müəssisəsinin verdiyi xəstəliyin ağırlıq dərəcəsi barədə rəyləri hərbi komissarlıq nəzərə almayıb. Onun ayaq barmaqları və dabanı deformasiyaya uğrayıb. Hazırda vəziyyətim ağırdı, əsəbdən ağzım əyilib və s. problemlər meydana çıxıb”, - deyə erməni hərbi qulluqçunun anası bildirib.

O qeyd edir ki, sənədlər Ermənistan dövlət qurumlarına göndərilib, lakin hələ də bu problemi həll edən biri tapılmayıb.

“Xaçatryanın səhhəti ilə bağlı sənədlərin böyük əksəriyyəti insan haqları müdafiəçisinin ofisinə, hərbi prokurorluğa, Baş nazir və Müdafiə Nazirliyinə göndərilib. Mərkəzi tibb komissiyasında oğlumun xəstəliyi ilə bağlı sənədlərdə bəzi dəyişikliklər edilib və sənəd saxtalaşdırılıb. Sənədlərin saxtalaşdırılması nəticəsində oğlumun qismən hərbi xidmətə yararlı olması barədə rəy verilib.

Məni aldadaraq, oğlumu hərbi komissarlığa aparıblar və orada deyiblər ki, oğlun ya hərbi xidmətə getməli, ya da mühakimə olunmalıdır. Bütün bunlar yanvarın 31-də keçirilən çağırış zamanı baş verib. Vəziyyətinin yaxşı olmadığına görə oğlum daha sonra fevral ayının 7-də hərbi xidmətə aparılıb. Artıq xəstəliklə bağlı sənədlər məhkəməyə təqdim edilsə də, məhkəmə prosesi olduqca ləng gedir.

Hazırda hərbi xidmətdə olan oğlum hərarətlə bağlı yaranmış problemə görə tibb məntəqəsində müalicə olunur.

Hazırda ağır vəziyyətdəyəm və kənddə tək yaşayıram. Təqaüd almaq üçün müraciət etsəm də rədd cavabı aldım. Hərbi xidmətdə olan oğluma xəstə olmağım və sağ tərəfli iflic olduğum barədə heç nə deməmişəm. Hazırda maddi və mənəvi cəhətdən əziyyət çəkirəm, olduqca kasıb vəziyyətdə yaşayıram”, - deyə Xaçatryanın anası ağlayaraq sözlərinə yekun vurub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Xəstə erməni əsgərin anası aldığı xəbərdən iflic oldu: “Əgər oğlumun başından bir tük əksik olsa...”

2019/07/17_11-1563280747.jpg
Oxunub: 711     20:37     16 İyul 2019    