Aclıq aksiyası keçirən keçmiş erməni hərbi qulluqçu ölüm ayağındadır

2019/07/56756-1563278360.jpg
Oxunub: 664     16:22     16 İyul 2019    
Ermənistanda hökumət binasının qarşısında aclıq aksiyası keçirən keçmiş hərbi qulluqçunun səhhəti pisləşib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın hökumət binasının qarşısında aclıq aksiyası keçirən keçmiş hərbi qulluqçu Tsolak Xaçatryanın səhhəti pisləşib.

Həkimlər aclıq aksiyası keçirən hərbi qulluqçunu müayinə edib və şəkərin səviyyəsinin olduqca aşağı olduğunu müəyyən ediblər.

Ona iynə vurulması və ya xəstəxanaya təxliyyə edilməsi təklif edilib. O, həkimlərin hər hansı yardımından qəti şəkildə imtina edərək, aclıq aksiyasını davam etdirəcəyini bildirib.

Xatırladaq ki, keçmiş erməni hərbi qulluqçu Tsolak Xaçatryan Ermənistan hökumət binası qarşısında aclıq aksiyasına iyunun 18-də başlayıb. O, Ermənistan Müdafiə Nazirliyindən ona verilməli olan məzuniyyət və tərxis pullarının ödənilməsini tələb edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Etiraz  

Aclıq aksiyası keçirən keçmiş erməni hərbi qulluqçu ölüm ayağındadır

2019/07/56756-1563278360.jpg
Oxunub: 665     16:22     16 İyul 2019    