HVAVO: KTMT-də informasiya sisteminin tətbiqi üçün MTX-nin nə qədər pul ayrılacağı barədə məlumatı yoxdur

2019/07/345-1563277910.jpg
Oxunub: 638     15:51     16 İyul 2019    
“Vanetsyan deputatları əmin edib ki, Ermənistanın daxili məsələlərinə aid olan informasiya bu sistemdə dövriyyəyə buraxılmayacaq”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor Ofisi (HVAVO) məlumat yayıb.

“2019-cu il iyunun 20-də Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Artur Vanetsyan Ermənistan parlamentində bəyan edib ki, KTMT-yə üzv ölkələrinin informasiya təhlükəsizliyinin gələcək inkişafı məqsədilə informasiya sistemi tətbiq ediləcək.

Vanetsyanın sözlərinə görə, bu məqsədlə Ermənistanın dövlət büdcəsindən müəyyən həcmdə vəsait ayrılacaq. Lakin o, bunu dövlət sirri hesab edərək, ayrılacaq vəsaitin həcmini bildirməyib.

Vanetsyan deputatları əmin edib ki, Ermənistanın daxili məsələlərinə aid olan informasiya bu sistemdə dövriyyəyə buraxılmayacaq. O hesab edir ki, informasiya sızıntısı təhlükəsi yoxdur”, - deyə HVAVO-nun məlumatında bildirilir.

Qeyd edək ki, Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisi (HVAVO) 2019-cu il iyunun 21-də bu informasiya sisteminin tətbiqinə görə, Ermənistan dövlət büdcəsindən ayrılan vəsaitin həcmi haqqında məlumat almaq üçün Milli Təhlükəsizlik Xidmətinin direktoruna müraciət edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: KTMT   Ermənistan  

HVAVO: KTMT-də informasiya sisteminin tətbiqi üçün MTX-nin nə qədər pul ayrılacağı barədə məlumatı yoxdur

2019/07/345-1563277910.jpg
Oxunub: 639     15:51     16 İyul 2019    