Aİ KXDR-ə qarşı sanksiyaların müddətini uzadıb

2019/07/10544-1563274787.jpg
Oxunub: 683     14:56     16 İyul 2019    
Avropa İttifaqı (Aİ) Koreya Xalq Demokratik Respublikasının fiziki və hüquqi şəxlərinə qarşı tətbiq edilən sanksiyaların müddətini uzadıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının press-relizində deyilir.

Sənəddə bildirilir ki, Aİ Şurası aktivlərin dondurulması və hərəkətin məhdudlaşdırılması tətbiq edilən şəxslərin xüsusi siyahısını yenidən nəzərdən keçirib. Aİ sanksiyaları fərdi qaydada 57 nəfərə və 9 hüquqi şəxsə qarşı qüvvədədir.

Həmçinin Aİ-nin KXDR-ə qarşı sanksiyalar siyahısında BMT Təhlükəsizlik Şurasının qətnamələrindən adları çəkilən 80 fiziki və 75 hüquqi şəxs var.

Qeyd olunur ki, sanksiyalar KXDR-in nüvə silahının və ballistik raketlərin hazırlanması üzrə fəaliyyəti ilə əlaqədar tətbiq edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:   KXDR   BMT  

Aİ KXDR-ə qarşı sanksiyaların müddətini uzadıb

2019/07/10544-1563274787.jpg
Oxunub: 684     14:56     16 İyul 2019    