Ərdoğan S-400-lərin ölkəyə gətirilməsi məsələsindən danışıb

2019/07/erdog-1563259039.jpg
Oxunub: 538     11:55     16 İyul 2019    
“2016-cı il iyulun 15-dən 16-na keçən gecə Türkiyə xalqı öz cəsarəti və qəhrəmanlığı sayəsində ölkənin müstəqilliyi və gələcəyini qorudu”.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk hava limanında təşkil edilmiş mitinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, heç bir terrorçu təşkilat Türkiyə xalqının birliyini, həmrəyliyini və qardaşlığını poza bilməyəcək.

“Mən iyulun 16-na keçən gecə ölkəmizin müstəqilliyi və gələcəyini qorumaq üçün tanklar, təyyarələr və güllələr qarşısına çıxan qəhrəman xalqımızı salamlayıram. Heç bir terrorçu təşkilat heç vaxt bizim birliyimizi, həmrəyliyimizi və qardaşlığımızı poza bilməyəcək”, - deyə Ərdoğan bildirib.

O, həmçinin S-400 zenit-raket komplekslərinin ölkəyə gətirilməsi məsələsinə də toxunub.

“S-400 zenit-raket komplekslərinin ölkə ərzisində yerləşdirilməsi prosesi 2020-ci ilin aprel ayında yekunlaşacaq”, - deyə Türkiyə prezidenti diqqətə çatdırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ərdoğan   S-400  

Ərdoğan S-400-lərin ölkəyə gətirilməsi məsələsindən danışıb

2019/07/erdog-1563259039.jpg
Oxunub: 539     11:55     16 İyul 2019    