Rusiyanın HHM sistemləri Suriyaya hücumun qarşısını alıb

2019/07/1-175-1562997872.jpg
Oxunub: 496     10:50     13 İyul 2019    
Rusiyanın Hava Hücumundan Müdafiə sistemləri Suriyada qanunsuz silahlı birləşmələrinin 3 Pilotsuz Uçuş Aparatını (PUA) məhv edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Aleksey Bakin deyib.

Onun sözlərinə görə, Rusiyanın hava hücumundan müdafiə sistemləri hücumun qarşısını vaxtında alaraq insan təlafatına yol verməyiblər.

“İyulun 12-də gecə Suriyada qanunsuz silahlı birləşmələrin nümayəndələri Hmeymim hava bazasına İdlib tərəfdən Pilotsuz Uçuş Aparatları (PUA) ilə hücum etməyə cəhd göstərib. Rusiyanın hava hücumundan müdafiə sistemləri vaxtında PUA-ları aşkar edərək məhv edib. Bununla da Hmeymim aviabazasına dron hücumunun qarşısı alınıb”, - deyə Bakin bildirib.

O qeyd edib ki, sutka ərzində silahlılar Latakiya vilayətinin Kinsibba yaşayış məntəqələrini, Sabikiya və Hələb şəhərini və vilayətini atəşə tutublar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Suriya   Rusiya   PUA  

Rusiyanın HHM sistemləri Suriyaya hücumun qarşısını alıb

2019/07/1-175-1562997872.jpg
Oxunub: 499     10:50     13 İyul 2019    