Köçəryan aprelə görə Paşinyana kimi qurban olaraq təqdim edəcək?

2019/07/Andra-1562935756.jpg
Oxunub: 440     17:32     12 İyul 2019    
“Vahaqn Harutyunyan isə törətdiyi saxtakarlıqlara görə, ilkin istintaq orqanından qaçıb. O, Sabiq Müdafiə naziri Mikayel Harutyunyanın qanunsuz əmrlər verdiyinə görə qaçıb. Həmin hadisələr bu günün reallığına nümunədir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri İstintaq Komissiyanın sədri, “Mənim Adımım” fraksiyasının deputatı Andranik Köçəryan deyib.

Onun sözlərinə görə, yaradılan komissiya işini vaxtında bitirə bilməsə müddəti uzadılacaq.

“Artıq komissiya fəal iş mərhələsinə başlayır. Sənədləri araşdırdıqdan sonra sabiq və indiki vəzifəli şəxslərdən ibarət kimlərin iclaslara dəvət ediləcəyini müəyyən edərək, geniş bir siyahının təsdiqləndiyi qeyd edilir. Komissiya öz işinə bir ay əvvəl başlayıb və 6 ay müddətinə yaradılıb. Zərurət olduğu halda müddət daha 6 ay uzadıla bilər.

Dövlət sirri təşkil edən sənədlərlə işləniləcəyinə görə iclaslar bağlı qapılar arxasında olacaq. Komissiya iclaslarının mümkün bütün sızmaların qarşısının alınması məqsədilə xüsusi təchiz edilmiş zalda aparılacaq. Dindiriləcək şəxslərin siyahısı dəqiqləşdirilsə də, kimin ilk iclasa dəvət olunması məsələsinə sənədlər incələndikdən sonra qərar veriləcək.

Araşdırılacaq mövzular içərisinə insan və ərazi itkilərinin az olmasının mümkünlüyü, hərbi əməliyyatlar zamanı insan resursları və texnika, silahların itkisinin uyğunluğu, insan itkiləri və ərazi itkisinin əsas səbəbləri, bölmələrin komandirləri, əsas səhlənkarlar və günahkarlar, silahlı qüvvələrdə vəziyyətin aydınlaşdırılması və sair məsələlər daxildir”, - deyə Köçəryan bildirib.

O, artıq bu ay daxilində dinləməyə dəvət olunacaq şəxslərin olacağını qeyd edib: “Konkret iclaslara dəvət ediləcək şəxsləri komissiya üzvləri ilə birgə dinləyəcəyik, lakin sənədlərlə ayrı-ayrılıqda işləyəcəklər. Komissiyanın məqsədi ilk növbədə apreldə baş verənləri dərk etmək, nöqsanlar olubsa, illər sonra bu səbəbləri ortaya çıxarmaq və həlli üçün səfərbər olmaqdan ibarətdir. İşin səmərəli olması üçün komissiya üzvlərindən başqa, zərurət olduğu halda digər ekspertlər, hətta Müdafiə Nazirliyindən də dəvət oluna bilərlər”.

“Milli Təhlükəsizlik Xidmətində bəzi sənədlərin məhv edildiyi barədə Baş nazir Paşinyanın elan etdiyi kimi, Müdafiə Nazirliyində də bəzi sənədlər məhv edilmiş ola bilərmi?”, deyə verilən suala Köçəryan cavabında deyib ki, hansı sənədlərlə işləməli olduqlarını bilir və buna görə, Müdafiə Nazirliyi ilə əməkdaşlıq edərək, bu sənədləri tələb edəcəklər.

“Öz təcrübəmə əsaslanaraq, qeyd edə bilərəm ki, hər hansı bir şeyi məhv etdikdə onun izini itirmək mümkün deyil. Belə olan halda artıq bu cinayət məsuliyyətinə çevrilə bilər. “1 Mart” hadisələrinə dair faktlar gizlədilib, sənədlər məhv edilib və məsuliyyətdən yayınma halları olub. Cavab veriləcək günün gələcəyini heç kim təsəvvür etmək istəmir.

Vahaqn Harutyunyan isə törətdiyi saxtakarlıqlara görə, ilkin istintaq orqanından qaçıb. O, Sabiq Müdafiə naziri Mikayel Harutyunyanın qanunsuz əmrlər verdiyinə görə qaçıb. Həmin hadisələr bu günün reallığına nümunədir. Yerdə qalanların dərs alacağına ümid edirəm.

Komissiyanın istintaq araşdırmalarının nəticələrindən asılı olaraq, cinayət işilərinin açılması ehtimalına gəldikdə isə, cinayət işləri də açıla bilər, mükafatlandırmağa təqdim olunanlar da ola bilər. Lakin ilk növbədə nə baş verdiyini dərk etmək lazımdır.

Qeyd edək ki, artıq Müdafiə Nazirliyində sabiq nazir Seyran Ohanyanın dövründən qalan araşdırma materiallarının varlığı və indiki Müdafiə naziri Tonoyanın bunu təqdim etməyə hazır olduğuna dair açıqlaması var.

Komissiyanın iclaslarına dəvət olunacaq şəxslərin bu barədə məlumatlı olmalarına gəldikdə isə siyahı üzrə təsdiq edilənlər bilməsələr də, özləri bunu ehtimal etməlidirlər”, - deyə komissiya sədri vurğulayıb.

Komissiyanın iclaslarına dəvət ediləcək şəxslərin gəlmədiyi halda hansı tədbir görüləcəyinə dair növbəti sualı cavablandıran Köçəryan əlavə edib ki, əslində dəvət edilənlər gəlməyə bilərlər, lakin bu mənəviyyat məsləsidir.

“Aprel döyüşlərindən sonra ötən illər ərzində yayımlanan bütün məlum foto və video materiallar incələnəcək, araşdırılacaq. Keçən illər ərzində ictimaiyyəti üzən bütün suallara cavab tapılacağına əminəm”, - deyə o diqqətə çatdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Köçəryan aprelə görə Paşinyana kimi qurban olaraq təqdim edəcək?

2019/07/Andra-1562935756.jpg
Oxunub: 441     17:32     12 İyul 2019    