Sudanda dövlət çevrilişinə cəhd edən 12 zabit ələ keçirilib

2019/07/SUDAN-1562918227.jpg
Oxunub: 595     13:14     12 İyul 2019    
“Çevriliş cəhdinin əsas fiqurunu ələ keçirib ciddi şəkildə cəzalandıracağıq”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri Sudanın Hərbi Keçid Şurasının Təhlükəsizlik Komitəsinin rəhbəri Camal Omar İbrahimin açıqlamasında deyib.

Onun sözlərinə görə, çevriliş cəhdinin əsas fiquru hələ də ələ keçirilməyib.

“Sudanın təhlükəsizlik qüvvələri hərbi dövlət çevrilişi etmək istəyən 12 zabiti - hazırda xidmətdə olan 7 və ehtiyatda olan 5 zabiti, eləcə də onlara bu işdə köməklik göstərən 4 nəfəri həbs edib. Lakin çevriliş cəhdinin əsas fiquru hələ də ələ keçirilməyib. Hazırda saxlanılan şəxslər dindirilir. Bundan sonra onlar məhkəmə qarşısına çıxarılacaqlar”, - deyə İbrahim deyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Sudan   Dövlət-çevrilişi  

Sudanda dövlət çevrilişinə cəhd edən 12 zabit ələ keçirilib

2019/07/SUDAN-1562918227.jpg
Oxunub: 598     13:14     12 İyul 2019    