Türkiyənin ümumi məqsədli ilk helikopteri - GÖKBEY (HƏRBİ EKSPERT)

2019/09/10366-20385331161.jpg
Oxunub: 1179     15:40     10 Sentyabr 2019    
2010-cu ilin sentyabrın 15-də Türkiyənin Müdafiə Sanayesinin İcra Komitəsinin qərarı ilə Türkiyə Silahlı Qüvvələrinin və digər qurumların ehtiyacını qarşılamaq məqsədilə Xüsusi Helikopter Proqramı adlı layihə əsasında çalışmalara başlandı.

2013-cü ilin yanvarın 3-də Müdafiə Sanayesinin İcra Komitəsi tərəfindən Proqramın büdcəsi və təqvimi razılaşdırıldı, 2013-cü ilin iyunun 26-da isə istehsalıçı kimi əsas podratçı şirkət seçilən TUSAŞ (Türkiyə Aerokosmik Sənaye Şirkəti) ilə Ümumi Məqsədli Helikopterin yaradılması barədə müqavilə imzalandı.

Müqavilədə yerli helikopterin milli imkan və qabiliyyətlərdən istifadə edilərək gecə və gündüz, yüksək hündürlükdə, geniş temperatur diapazonunda, ən çətin iqlim şəraitində və fərqli coğrafiyalarda səmərəli fəaliyyət göstərə biləcək bir şəkildə dizayn və istehsal olunması nəzərdə tutulurdu.

ATAK helikopterinin istehsalı zamanı qazanılan bilik, təcrübə və qabiliyyət əsasında yaradılan Xüsusi Helikopter Proqramı çərçivəsində transmissiya, pərlər və enmə avadanlıqları ilə bərabər korpus və avionika kimi mühüm sistemlərin dizaynı və hazırlanması milli resurslardan istifadə edilməklə həyata keçirilməyə başladı. Bu proqram əsasında hazırlanan milli helikopter T-625 adlandırıldı. Burada “T” hərfi helikopterin Türkiyəyə aid olduğunu, 6 - helikopterin kütləsinin tonla ifadəsini, 2 - mühərriklərin, 5 - isə pərlərin sayını bildirir.

Hərbi və mülki istifadəçilərin ehtiyaclarını qarşılamaq üçün hazırlanan helikopter vasitəsilə nəqliyyat, pilot təlimi, VIP və yük daşınma, havadan təcil yardım, daxili və sərhəd təhlükəsizliyi, sahil nəqliyyat xidməti, meşələrin mühafizəsi, axtarış və xilasetmə, o cümlədən yanğınsöndürmə vəzifələrinin yerinə yetirilməsi mümkün olacaq.

Helikopterin 4 ədəd prototipi inkişaf mərhələsində uzun və çətin sınaqlardan keçməlidir. Helikopter təxminən 2 il müddətində bir çox yerüstü və uçuş sınaqlarından keçiriləcək. Ümumilikdə sayı 100-dən çox olan sınaqların keçirilməsi gözlənilir. T625 helikopterinə hərbi təyinatdan başqa mülki istifadə üçün də sertifikat veriləcək.

2 il müddətində T625 üçün yerli şirkətlərdə istehsal olan transmissiya, enmə avadanlığı, güc qurğusu, proqram təminatı, elektron sistemlər və pərlərin helikopterə tam inteqrasiyası, həmçinin təyinatına tam uyğun fəaliyyət təmin ediləcək.

Sadalanan alt sistemlərin əqli və sənaye mülkiyyət hüquqları Müdafiə Sənayesi Başkanlığına aiddir.

Proqrama layihələndirmə, inkişaf, istehsal, sınaq, təsnifatlandırma, ixtisas, mülki/hərbi sertifikatlaşdırma və texniki xüsusiyyət paketlərinin yaradılması kimi fəaliyyətlər daxildir. Yüksək xüsusiyyətlər və geniş imkanları sayəsində helikopter yerli ehtiyacları qarşılamaq və beynəlxalq bazarlarda iştirak etmək məqsədi ilə hazırlanır.

T625 helikopterinin avionikasının tərkibinə kabində yerləşən ASELSAN istehsalı olan iki ədəd 8x20 düymlük sensorlu Vəzifə Ekranı, iki ədəd 8x10 düymlük sensorlu Komanda İdarəetmə Sistemi və uçuşu avtomatik idarəetmə sistemi daxildir.

Yerli imkanlarla hazırlanan və istehsal edilən ilk ümumi məqsədli helikopter ilk uçuşunu 2018-ci ilin sentyabrın 6-da saat 06:00-da həyata keçirdi. Bu sınaq uçuşundan sonra helikopter GÖKBEY (Göylərin Bəyi) adlandırıldı.

Dünyada oxşar vasitələrin ilk uçuşundan sonra inkişaf prosesi adətən 4-5 il çəkir, GÖKBEY-də isə bu müddət ən azı iki dəfə azalacaq. Hazırda sınaq mərhələsində olan helikopterin 2021-ci ildə seriya istehsalına başlanacaq. İnkişaf dövründə helikopterin 14 alt sisteminin istehsalı Türkiyədə həyata keçirildi. Kütləvi istehsal dövrünü dəstəkləmək üçün milli imkanlardan istifadə edərək digər sistemlərin yerli istehsalı hədəflənir.

Proqramın əsas podratçısı olan TUSAŞ helikopterin korpusunu, gövdəsini, pər sistemini və güc qurğusunu hazırladı. Onun avionikası, rabitə-kommunikasiya və naviqasiya sistemi, elektron struktur və istismara nəzarət sistemi, sistemlərin inteqrasiyası və ekran-displey sistemi, radioelektron mübarizə kompleksi və proqram təminatı isə ASELSAN-a məxsusdur. ASELSAN bundan başqa paneldəki ekranlara, göstəricilərə və xüsusiyyətlərin qeydiyyat sisteminə görə məsuliyyət daşıyır.

TUSAŞ bundan əvvəl istehsal etdiyi ATAK hücum helikopterində imza atdığı ən qısa müddətdə uçuş həyata keçirmə, silahlanmaya təhvil verilmə və ixrac edilmə kimi müvəffəqiyyətləri yeni helikpterdə təkrarlamağı planlaşdırır.

IFR və VFR vahid pilot əməliyyatlar sistemi gecə əməliyyatları, həmçinin buzlanma şəraitində uçuş üçün nəzərdə tutulur. Bu sistemlərin hər biri üçün ayrılıqda patentlər əldə edilib.

Yeni helikopter üçün yerli mühərriklərin inkişafı üzrə işlər intensiv olaraq davam edir. Layihə çərçivəsində Türkiyədə qaz turbinli mühərrikin dizayn, inkişaf və sınaq infrastrukturları yaradılıb. Mühərrikin inkişafı layihəsində, əsas mühərrikin ilkin prototipinin istehsalı artıq tamamlanıb və hətta ilk sınaqları da keçirilib. Mühərrikin 1 il ərzində keçiriləcək növbəti sınaqlardan sonra istismara qəbulu gözlənilir. Lakin hazırda helikopterin prototiplərinə 1024 kVt gücündə 2 ədəd LHTEC-CTS800•4AT turbo mühərrik inteqrasiya edilir.

Yeni vasitənin 6 tonluq kütləsi, Türkiyənin artıq müxtəlif kütləyə malik helikopter ailəsinin istehsal xəttinə malik olmasının göstəricisi olacaq.

Taktiki-Texniki Xüsusiyyətləri

Uzunluğu - 15.87 m
Əsas pərin diametri - 13.2 m
Kütləsi - 6050 kq
Ekipaj - 2 nəfər
Desant - 12 nəfər
Standart yanacaq həcmi - 1020 kq
Asma yanacaq çəni - 280 kq
Yük bölməsinin həcmi - 1.1 kub m

Uçuş xüsusiyyətləri

Kreyser sürəti - 306 km/saat
Müksimum uçuş yüksəkliyi - 6096 m
Uçuş məsafəsi - 740 km/948 km (asma çənlə)
Havada qalma müddəti - 3.8 saat/5 saat (asma çənlə).

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Gökbey   Türkiyə   Helikopter  

Türkiyənin ümumi məqsədli ilk helikopteri - GÖKBEY (HƏRBİ EKSPERT)

2019/09/10366-20385331161.jpg
Oxunub: 1180     15:40     10 Sentyabr 2019    