BƏƏ-nin hərbi peyki olan daşıyıcı raketin buraxılışı uğursuz olub

2019/07/15628-1562844096.jpg
Oxunub: 896     21:21     11 İyul 2019    
Fransa Qvianasındakı Kuru Kosmodromunda içərisində Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus “Falcon Eye 1” hərbi peyki olan “Vega” tipli yüngül daşıyıcı raketin buraxılışı uğursuz olub.

Yerli vaxtla saat 6.00-da startdan iki dəqiqə sonra daşıyıcı raketdə ciddi nasazlıq yaranıb. Raket əvvəlcədən təyin olunmuş trayektoriyadan meyil etməyə başlayıb və dispetçer xidməti raketlə “telemetrik rabitə”ni itirib.

“Arianespace” şirkətinin icraçı vitse-prezidenti Yus Fabriget kəşfiyyat peykinin itirilməsinə görə BƏƏ-dən üzr istəyib və raketin uçuşu barədə texniki informasiyanın ilkin təhlilindən sonra hadisə barədə tezliklə daha ətraflı məlumat veriləcəyini vəd edib.

“Falcon Eye 1” peyki növbəti 10 il ərzində Yer kürəsinin orbitində olmalı, hərbi və mülki məqsədlərlə istifadə edilmək üçün bütün dünya üzrə toplanan yüksək dəqiqlikli təsvirləri göndərməli idi. Raketin buraxılması əvvəlcə iyulun 5-dən 6-na gecəyə planlaşdırılmışdı, lakin güclü küləklər səbəbindən raketin buraxılışı bazar gününə, iyulun 7-nə keçirilmişdi.

“Falcon Eye 1” peyki vasitəsilə alınan təsvirlərdən xəritəçəkmə, kənd təsərrüfatının monitorinqi, şəhərlərin planlaşdırılması, təbii fəlakətlərin profilaktikası və onların idarə edilməsi üçün istifadə olunmalı idi. Bu təsvirlər həm də ətraf mühitdə baş verən dəyişikliklərin, o cümlədən səhralaşmanın öyrənilməsi, BƏƏ sərhədlərinin və sahilyanı ərazilərin monitorinqi üçün nəzərdə tutulurdu. (AzərTac)

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: BƏƏ   Hərbi-peyk  

BƏƏ-nin hərbi peyki olan daşıyıcı raketin buraxılışı uğursuz olub

2019/07/15628-1562844096.jpg
Oxunub: 897     21:21     11 İyul 2019    