Ermənistanda Baş Qərargah rəisinə qarşı məhkəmə iddiası qaldırılıb

2018/07/756756_1530603478.jpg
Oxunub: 961     17:18     11 İyul 2019    
Ermənistan Silahlı Qüvvələrinin bir sıra vəzifəli şəxsi Baş Qərargah rəisi Artak Davtyanı məhkəməyə verərək onun qərarlarından narazı olduqlarını bildiriblər.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin vəzifəli şəxsi, Hovhannes Poğosyan iyulun 8-də Artak Davtyanın 2019-cu il mayın 8-də qəbul edilmiş əmrinin etibarsız sayılması və özünün keçmiş vəzifəsinə qaytarılması üçün İnzibati Məhkəməyə müraciət edib.

Qeyd edilib ki, Ermənistan Silahlı Qüvvələrinin əməkdaşları öz problemlərini Artak Davtyanla şifahi yolla həll edə bilməyiblər və məhkəmə vasitəsilə keçmiş vəzifələrinə qayıtmağa cəhd edirlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Artak-Davtyan   Məhkəmə  

Ermənistanda Baş Qərargah rəisinə qarşı məhkəmə iddiası qaldırılıb

2018/07/756756_1530603478.jpg
Oxunub: 962     17:18     11 İyul 2019    