Ermənistan ordusunda ciddi ixtisarlar qeydə alınıb

2019/07/66323-1562828694.jpg
Oxunub: 677     13:12     11 İyul 2019    
"Ermənistan ordusunda həyata keçirilmiş kadr ixtisarlarının yalnız bir səbəbi var: hökumət bu cür addımları büdcə vasitələrinə qənaət etmək üçün atır".

Ordu.az xəbər verir ki, bu barədə "168.am" nəşri yazıb.

Nəşr detalları təqdim etməsə də, iqtisadi problemləri həll etmək üçün orduda ixtisarların həyata keçirilməsinin müharibə vəziyyətdə olan ölkə üçün qeyri-adekvat addım olduğunu qeyd edib.

"Bu cür tendensiyalar hərbi sahədə başqa problemlərə səbəb olur və ordunun daxili birlik amilinə mənfi təsir edir. Ermənistan Silahlı Qüvvələri rəhbərliyi mərkəzi aparatı müəmmalı şəkildə şişirdir. İnformasiya blokunu buna misal gətirmək olar.

Bundan başqa, Müdafiə Nazirliyi həmin, əsas simaları "açar postlarda" saxlamağa davam edir. İnsanlar isə siyasi hakimiyyət elitasının ordunun mərkəzi aparatdakı illərlə möhkəm qalmış şəxsi heyəti ilə necə kompromisə getdiyini görür. Bərabərlik çağırışlarına baxmayaraq, imtiyazlardan, sosial təminatlardan, o cümlədən Müdafiə Nazirliyinin mənzil proqramlarından əlverişli şəkildə istifadə edilir", - deyə nəşr Ermənistan ordusundakı mövcud bərbad durumu təsvir edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Ermənistan ordusunda ciddi ixtisarlar qeydə alınıb

2019/07/66323-1562828694.jpg
Oxunub: 678     13:12     11 İyul 2019    