Tovuzda 16 ədəd qumbara və külli miqdarda silah-sursat tapılıb

2019/07/589fa-1562821225.jpg
Oxunub: 283     09:10     11 İyul 2019    
2019-cu il 10 İyul tarixində saat 20:48-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) "Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

Agentlikdən Ordu.az-a verilən məlumata görə, xəbərə əsasən qurumun xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Tovuz rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə köhnə mal bazarının ərazisinə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 16 ədəd əl qumbarası (8 ədəd RQD-5, 5 ədəd RQ-42, 2 ədəd F-1 və 1 ədəd M-75), 16 ədəd əl qumbarasının partladıcısı (15 ədəd UZRQM və 1 ədəd VBR M-75), 1 ədəd tank əleyhinə RKQ-3M əl qumbarası və 2 160 ədəd 5.45 mm-lik patron aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.

Aşkar qumbaraların və patronların ətrafında 250 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Tovuz   ANAMA  

Tovuzda 16 ədəd qumbara və külli miqdarda silah-sursat tapılıb

2019/07/589fa-1562821225.jpg
Oxunub: 286     09:10     11 İyul 2019    