Ukraynanın Müdafiə Nazirliyi SOCAR-dan dizel yanacağının alışını 9 dəfə artırıb

2019/07/06_CH-1562761075.jpg
Oxunub: 649     16:54     10 İyul 2019    
Bu ilin yanvar-iyun ayları ərzində Ukraynanın Müdafiə Nazirliyi Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) 13 500 ton dizel yanacağının alınması ilə bağlı müqavilə imzalayıb.

Ukrayna mətbuatının verdiyi məlumata görə, bu, 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 12 min ton və ya 9 dəfə çoxdur.

Ümumilkdə, bu ilin I yarısında Ukraynanın Müdafiə Nazirliyi 72,9 min ton yanacağın tədarük edilməsi ilə bağlı müqavilələr imzalayıb. Bu isə ötən ilin yanvar-iyun aylarında imzalanmış müqavilələrlə müqayisədə 2 dəfə azdır.

Belə ki, hesabat dövründə Ukrayna hərbçiləri 57,4 min ton yay və qış növləri olan dizel yanacağının tədarükü ilə bağlı müqavilələr imzalayıblar. Bundan başqa, bu müddət ərzində 10,3 min aviasiya kerosini, 4,8 min ton A-95 və 500 ton A-92 markalı benzin alınması üçün müqavilələr imzalanıb. Müqayisə üçün bildirək ki, ötən ilin yanvar-iyun aylarında Ukraynanın Müdafiə Nazirliyi 103,4 min ton dizel yanacağı və 38,4 min ton aviasiya kerosini alıb ki, bu da müvafiq olaraq 44,5% və 3,7 dəfə azdır. (Report)

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ukrayna   SOCAR   MN  

Ukraynanın Müdafiə Nazirliyi SOCAR-dan dizel yanacağının alışını 9 dəfə artırıb

2019/07/06_CH-1562761075.jpg
Oxunub: 650     16:54     10 İyul 2019    