Şəhidliyin ünvanı əbədiyyətdir

2019/07/Aqsin-1562756780.jpg
Oxunub: 502     15:57     10 İyul 2019    
Zaman-zaman igidlərimizi itirdik Vətən savaşında, minlərlə şəhid verdik. Düşmənə boyun əyməyən şəhidlərimizin adları xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazıldı. XX əsrin sonlarından bu günədək işğalçı Ermənistanın Azərbaycana qarşı elan olunmamış müharibəsi davam edir. Düşmən atəşkəsi pozaraq cəbhə xəttində gərginlik yaradır, təxribatlar törədir. Təxribatların qarşısı peşəkar hərbçilərimiz tərəfindən anındaca alınır və düşmən geri oturdulur.

Erməni təcavüzkarlarının növbəti təxribatı bu il fevralın 24-dən 25-nə keçən gecə Xocavənd istiqamətində baş verir... Mayor Aqşin Abdullayev də qaynar nöqtəyə göndərilir. Qorxubilməz və ölümün gözünə dik baxan Aqşin və onun döyüşçü yoldaşları içdikləri Hərbi anda, Vətən, torpaq andına sadiq qalaraq güclü təxribatın qarşısını alarkən şəhid olurlar...

Şəkinin qədim Kiş kəndində möhtəşəm bir abidə ucalır. Şəhidlərə, ölməzliyə ehtiram abidəsi. Orada uyuyan şəhidlər qəhrəmanlığı sanki doğma Qafqaz dağlarının əzəmətindən, cürəti, cəsarəti, qorxmazlığı göz qırpımında qaynayıb kükrəyən, aşıb-daşan Kiş çayından alıblar. Elə bil indi də o dağlar şəhid övladlarına qoynunu açıb ruhlarına həzin-həzin layla deyir... Məzar daşlarına həkk olunan adları oxuyuram. Bu kənddən Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 9 nəfər şəhid olub. Mayor Aqşin Abdullayev isə bu il fevralın 25-də canından, qanından keçərək şəhidlik zirvəsinə ucaldı.

Aqşin İsmayıl oğlu Abdullayev 1982-ci il oktyabrın 7-də Şəki rayonunun Kiş kəndində doğulub boya-başa çatmışdı. Orta məktəbi əla qiymətlərlə başa vuran Aqşin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. 2003-cü ildə bu hərbi təhsil ocağını başa vuran Aqşin leytenant hərbi rütbəsi alaraq Silahlı Qüvvələrimizin müxtəlif hərbi hissələrində şərəfli xidmət yolu keçir. Xidməti dövründə fəxri fərmanlarla, diplomlarla, "Qüsursuz xidmətə görə" 2-ci və 3-cü dərəcəli medalları və yubiley medalları ilə təltif olunur. Vətənpərvər zabit sonuncu hərbi əməliyyatda göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidenti tərəfindən təsis edilmiş "Şücaətə görə" medalına layiq görülür. Azərbaycan Ordusunun şəhid mayoru bu medala layiq görülən ilk şəxs kimi tarixə düşür.

Ömrünü şagirdlərinin yolunda şam kimi əridən ağbirçək Dursun müəllimə şəhid oğlunun həyat hekayətini bizə danışır: "Aqşin həyatı başa düşəndən qonuma-qonşuya, qohuma-əqrabaya, elə, obaya dayaq olub. Kənddə kiminsə köməyə ehtiyacı olanda Aqşini çağırardı. Uşaqlıqdan dostcanlı, qohumcanlı, mehriban idi. Uşaqla uşaq, böyüklə böyük kimi davranardı. Onun haqqında keçmiş zamanda danışa bilmirəm. Gördüyünüz bu dağların hər daşına, qayasına bələd idi. Bütün dağlıq-meşəlik yolları tanıyırdı, təbiətin vurğunu idi. Heyvanları, bitkiləri çox sevirdi. Həyətə müxtəlif bitkilər əkirdi. Mənə tez-tez məntiqli suallar verirdi. Fikirləşirdik ki, Aqşin böyüyəndə bioloq olacaq. Lap kiçik yaşlarından oxumağa, elmə maraq göstərirdi. Hələ dörd yaşı var idi. Nənəsinin yanında qoyub məktəbə getməli olurdum. Tənəffüs zamanı bir də görürdüm ki, Aqşin ya Bahirə müəllimənin, ya da Alışan müəllimin sinfindən çıxır. Yeniyetməlik dövrünə qədəm qoyanda peşəkar hərbçi olacağını düşünmüşdü", - deyə Dursun ana gözlərini bir nöqtəyə zilləyib aram-aram danışır: "Ölümün gözünə dik baxırdı. Deyirdi ki, hər bir əsgər, hər bir zabit döyüşə gedəndə gərək qorxmasın. Hər bir anaya öz övladı əzizdir, şirindir, hamıdan güclüdür. Təkcə mən onunla övladım olduğuna görə deyil, Azərbaycan Ordusunun bir zabiti, hərbçisi kimi fəxr edirdim. Vətənini, xalqını, dövlətini, ordusunu sevən bir zabit kimi... Bu gün də fəxr edirəm, sabah da fəxr edəcəm. Axı mənim övladım canı qədər sevdiyi Vətən, torpaq uğrunda şəhid olub. Aprel döyüşlərindən, qələbəmizdən, döyüşlərdə şəhid olan hərbçilərimizdən qürurla danışardı. "Şəhidlik hər kəsə qismət olmur, o zirvəyə hər kəs ucala bilmir" - deyərdi.

- Dursun müəllimə, Aqşinin Vətənə, torpağa, elə-obaya bağlılığı və sevgisi, yəqin ki, öncə ailənizdən başlayıb...

Dursun ana bayaqdan əlində saxladığı Aqşinin şəklindən baxışlarını ayırmadan söhbətinə davam edir: "Mənə sual verərdi, Vətən nədir? Deyirdim ki, bax, bizim bu evimizdən başlayır Vətən. Bizim evimiz, Kiş kəndi, Şəkimiz, nəhayət, Azərbaycan bizim Vətənimizdir. Doğma Vətənimizin hər qarışı bizim üçün əzizdir. Şəhid olanda da Vətən torpağı ovcunun içində idi... Yağış yagan kimi həyətə qaçırdı. Torpağın ətrini sevərdi. Deyərdi ki, Qarabağı düşməndən azad edək, gedib Ağdamda ev tikib yaşayacam. Görün, Aqşinin qəlbindən hansı arzular keçirdi”.

Aqşini tanıyanlar, tabeliyində olan əsgərlər də, zabit yoldaşları da söyləyirdilər ki, o, cəsur, fədakar, cəldliyi, çevikliyi ilə hər kəsə nümunə olan bir zabit idi. Doğulub boya-başa çatdığı, qarış-qarış gəzdiyi doğma Kiş kəndini, Şəkini, bütün Azərbaycanı sevirdi.

Aqşin, doğrudan da, igidliyi, qəhrəmanlığı ilə elə-obaya gərəkli övlad, Vətənə layiqli oğul oldu, əməli ilə hər kəsin başını uca etdi, qəhrəmanlığı ölkəyə yayıldı. Canından artıq sevdiyi Vətən uğrunda, torpaq uğrunda mərdlik, şəhidlik zirvəsinə ucaldı... Son döyüş anı isə hamını heyrətləndirdi. Yaralı halda döyüşçü yoldaşı Zülfünü tək qoymur. Ona doğru sürünür. Bir ovcunda Vətən torpağı, o biri əli ilə döyüşçü yoldaşı Zülfünün qolundan tutur. Sevimli komandir əsgəri ilə birlikdə şəhid olur...

İllər keçir, hər şey unudulur. Unudulmayan isə təkcə şəhidlərdir. Onlar tarixdə daim yaşayırlar. Dursun ana deyir ki, hər dəfə Bakıya yolum düşəndə Şəhidlər xiyabanında canını Vətən yolunda qurban verən şəhidlərimizin məzarlarını ziyarət edərdim. "Məktəbdə şagirdlərimə şəhidlərimiz barədə saatlarla danışırdım. İndi isə Azərbaycan Ordusunun zabiti mayor Aqşin Abdullayev haqqında danışacam. Bu gün Aqşin tək mənim övladım deyil, Azərbaycan xalqının şəhid övladlarından biridir. Aqşinin yaxın dostları, Vətənə övladlıq borcunu verib geri dönən əsgərləri, komandirləri, onu yaxından tanıyan insanlar son dəfə vidalaşmağa gələndə fəxrlə söyləyirdilər ki, Aqşin kimi oğullar vətənsevərliyi ilə hər birinin yaddaşında əbədi qalacaq. Döyüş yoldaşı, əsgəri üçün sinəsini sipər edən Aqşin kimi komandirin anası olduğum üçün qəlbim dağa dönür”.

Şəhid zabitimizin atası İsmayıl Abdullayev isə söhbətimizdə oğlunun Vətən yolunda, torpaq uğrunda şəhid olduğunu deyir: "Bu mənə bir ata kimi qürür verir. Oğul Vətən üçün doğulur. Aqşinin üç övladı bizə əmanət qalıb. Onlar atalarına layiq övlad kimi böyüyüb əsl vətəndaş olacaqlar. Aqşinin yarımçıq qalmış arzularını onlar həyata keçirməlidirlər".

Aminin 13 yaşı var. 7-ci sinifdə oxuyur. Dərs əlaçısıdır. Atasının davamçısı olmaq istəyindədir.
Nərminin 8 yaşı var. O da qardaşı kimi əlaçıdır.

1 yaşlı Ömər isə hələ qayğılardan uzaqdı. Anası Xuraman xanım deyir ki, çox həssas uşaqdı. “Atasının şəkillərinə diqqətlə baxır. Elə bil ki, onu tanıyır. Danışmaq istəyir...”

Aqşinə orta məktəbdə dərs demiş müəllimlərdən Mənsurə Xasməmmədova, Bayram Xəlilov və başqaları da belə vətənsevər yetirmələri olduğu üçün iftixar hissi keçirdiklərini bildirdilər və onun həyat yolunu indiki gənc nəslə layiqli örnək hesab etdilər. Mənsurə müəllimə Aqşin haqqında danışarkən dedi ki, o, dünya və Azərbaycan klassik ədəbiyyatını sevirdi. "Azərbaycan klassiklərindən Hüseyn Cavidin, Əhməd Cavadın, Səməd Vurğunun və Aşıq Ələsgərin yaradıcılığından bilgiləri çox idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

Aqşinin uşaqlıq dostu Laçın və Ələddin müəllim, vaxtilə eyni sinifdə oxuduğu Elmir müəllimlə və başqa müsahiblərlə apardığım söhbətlər də mənə bir daha yəqin etdi ki, şəhidliyin ünvanı əbədiyyətdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Aqşin-Abdullayev   Şəhid  

Şəhidliyin ünvanı əbədiyyətdir

2019/07/Aqsin-1562756780.jpg
Oxunub: 503     15:57     10 İyul 2019    