Ermənistanda hakimiyyət kompromislərinin növbəti qurbanı hansı generaldır?

2019/07/a786a-1562753586.jpg
Oxunub: 460     14:11     11 İyul 2019    
“Osipyanın fəaliyyətləri ekvivalent deyil və o, öz vəzifəsinə uyğun gəlmir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşrə görə, “yeni Ermənistan”da vəzifədən azad olunmalar demək olar ki, eyni ssenari ilə yetişir.

“Ayrı-ayrı deputatlar dövlət rəsmisinə qarşı əvvəlcə müvafiq kontekst formalaşdırır, sonra müvafiq ictimai rəylər yaradılır, daha sonra isə Baş nazir öz sözünü deyir. Hər halda, Davit Sanasaryan və Artak Zeynalyan bu ssenari ilə işdən çıxarılıb. İndi isə belə bir təəssürat var ki, polis rəisi Valeri Oasipyanın ətrafında da halqa sıxılır.

Parlamentin vitse-spikeri Lena Nazaryan son zamanlar ictimai aktivliklə gözdən düşmür. O, bir neçə gün bundan əvvəl “Facebook” səhifəsində qeyd yazıb.

“Şənbə günü Amulsar Müdafiə Təşəbbüsünün üzvləri fandreyzinq təşkil ediblər. Bilmirəm niyə, amma Təşəbbüsün üzvü Anna Şahnazaryan fırıldaqçılıq şübhəsi ilə polis bölməsinə aparılıb və təxminən üç saat orada qalıb”, - deyə Nazaryan qeyd edib.

Nazaryan diqqətə çatdırmaq istəyib ki, Osipyanın fəaliyyətləri ekvivalent deyil və o, öz vəzifəsinə uyğun gəlmir”, - deyə “Past” bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Paşinyan   Osipyan  

Ermənistanda hakimiyyət kompromislərinin növbəti qurbanı hansı generaldır?

2019/07/a786a-1562753586.jpg
Oxunub: 461     14:11     11 İyul 2019    