Paşinyan öldürülən erməni hərbi qulluqçunun babasını rədd edib - FOTOLAR

2019/07/Aspar-1562752868.jpg
Oxunub: 460     12:40     11 İyul 2019    
Bu gün, il yarım bundan öncə Ermənistan ordusunda həlak olmuş 20 yaşlı hərbi qulluqçu Martin Xaçatryanın yaxınları Gümrü jurnalistlərinin “Asparez” klubunda təşkil edilən mətbuat konfransına dəvət olunublar.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, erməni hərbi qulluqçunun yaxınları etiraz edərək Ermənistan Mərkəzi Hərbi Prokurorluğunun hərbi qulluqçunun ölüm səbəblərinin aydınlaşdırılması istiqamətində heç nə etmədiyini bildiriblər.

Martin Xaçatryanın babası Ferdinant Sarkisyanın sözlərinə görə, bir il ərzində 50-yə yaxın şikayət göndərsə də, hər dəfə ona şablon cavablar verilib.

“Baş nazir Nikol Paşinyana da məktub yazmışam, lakin məktublar Baş prokurorluğa göndərilib, Baş prokurorluqdan isə həmişəki kimi “mənasız” cavab verilib. Xaçatryan intihar etməyib, onu öldürüblər. Onlar bu versiyanı təsdiq etmək istəmirlər. İntihar formalaşdırmaq ən asan yoldur. Heç kimin cavabı olmur və heç kim işindən uzaqlaşdırılmır”, - deyə Sarkisyan etirazını ifadə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Ermənistan-ordusu   İntihar   Etiraz  

Paşinyan öldürülən erməni hərbi qulluqçunun babasını rədd edib - FOTOLAR

2019/07/Aspar-1562752868.jpg
Oxunub: 463     12:40     11 İyul 2019    