Erməni KİV-ləri: Azərbaycanın AİƏT və KTMT-də müşahidəçi statusu almasına az qalıb

2019/07/nik-1-1562745681.jpg
Oxunub: 705     20:59     11 İyul 2019    
“Azərbaycan təşkilatda üzv və ya müşahidəçi statusu almaq əvəzinə Rusiyadan Qarabağın “açarını” əldə etmək istəyir”.

Ordu.az xəbər verir ki, bu barədə erməni KİV-lərində məlumat dərc olunub.

Məlumatda bildirilir ki, Azərbaycan bu üzvülükdən sonra öz torpaqlarını daha rahat geri ala biləcək.

“Azərbaycan AİƏT-də üzvlük və ya müşahidəçi statusu almasını xarici siyasətdə ticarətin bir hissəsinə çevirmək istəyir. Azərbaycan təşkilatda üzv və ya müşahidəçi statusu almaq əvəzinə Rusiyadan Qarabağın “açarını” əldə etmək istəyir.

RF-nin prezidenti Vladimir Putin dəfələrlə öz çıxışında MDB-yə üzv dövlətlərin rolunun əhəmiyyətini vurğulamaqla, ilk növbədə Tacikistan, Özbəkistan və Azərbaycanın roluna xüsusi önəm verib”, - deyə KİV-lər vurğulayır.

Sonuncu dəfə bu məsələ ilə bağlı Putinin 2018-ci ilin yanvarında xüsusi bəyanatla çıxış etdiyini xatırladan erməni KİV-ləri, onun bu günlərdə KTMT-də müşahidəçi statusu və təşkilatda təmsil olunan dövlətlərin səlahiyyətlərinin aydınlaşdırılması haqqında qanun layihələri paketini Dövlət Dumasının təsdiqinə təqdim etdiyini qeyd edir: “Bir sıra ekspertlərin fikrincə, bu qanun layihəsinin təqdim edilməsi yeni proseslərin başlanğıcına işarə edir. Əslində, qeyd edilən bu 3 ölkənin müşahidəçi statusu alması məsələsi öz həllini tapmaqdadır.

AİƏT-də müşhidəçi statusu alması prosesi məsələsində yalnız Azərbaycanın problemi yarana bilər. Ermənistan öz səs hüququndan Azərbaycanın muşahidəçi statusu alması əleyhinə istifadə edə bilər.

Nəzərə almaq lazımdır ki, zərurət olduğu halda Ermənistan təşkilata milli təhlükəsizliyə aid məlumatlar təqdim edir. Bu halda Azərbaycan bu məlumatları qismən də olsa əldə etmə imkanına malik ola bilər.

Bu baxımdan Ermənistan Azərbaycanın müşahidəçi statusu almasının əleyhinə səs verməlidir. Amma burada problem ortaya çıxır. Təşkilatın böyük oyunçusu Rusiya Federasiyasının maraqlarına qarşı çıxmağa Ermənistanın yeni hakimiyyətinin iradəsi çatacaqmı? Son illərdə Rusiya hakimiyyətini razı salmaq üçün Ermənistanın yeni hakimiyyətinin mümkün hər şey etdiyinin şahidi olmuşuq.

Ancaq nəzərə almaq lazımdır ki, Suriyaya qoşun göndərilməsi də Ermənistanın maraqlarına zidd idi. Buna baxmayaraq, Ermənistan hakimiyyəti Rusiyanın rəğbətini qazanmaq üçün, hətta parlamentin müvafiq icazəsi və hər hansı beynəlxalq müqavilə olmadan belə Suriyaya qoşun göndərməyə qərar verib”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Erməni KİV-ləri: Azərbaycanın AİƏT və KTMT-də müşahidəçi statusu almasına az qalıb

2019/07/nik-1-1562745681.jpg
Oxunub: 706     20:59     11 İyul 2019    