“Hraparak”: Tezliklə növbəti Məmmədyarov-Mnatsakanyan görüşü baş tuta bilər

2019/07/42074-1562744991.jpg
Oxunub: 458     14:00     10 İyul 2019    
““Analiz etdik” və sentyabr ayında baş tutacaq Nyu-Yorkda BMT Baş Asssambleyasını tapdıq”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr, Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla Azərbaycanın işğal altında olan ərzilərinə gəliş məqsədi və danışıqlar prosesi barədə söhbət aparıb.

“Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla Vaşinqton görüşünün mürəkkəbi hələ qurumamış Xarici İşlər naziri Zöhrab Mnatsakanyan diplomatik standartlarla Qarabağa üç günlük səfər edib.

- Aparılan danışıqları necə qiymətləndirirsiniz?

- “Həm mövqelərimizin qiymətləndirilməsi, həm dialoq, həm də hamılıqla prosesə cəlb olunmuş olmaq baxımından çox səmərəli”.

- “Qarabağa gəlişinizin Vaşinqton danışıqları ilə əlaqəsi var idi?”

- “Bütün bunların sülh prosesi ilə əlaqəsi var, bu müstəsna deyildi, biz həmişə bir-birimizlə əlaqə qururuq. Səfərlərlə, telefon danışıqları ilə, daima bir-birimizi prosesə cəlb olunmuş vəziyyətdə saxlayırıq”.

- Dağlıq Qarabağın (qondarma qurum-red.) keçmiş Xarici İşlər naziri Karen Mirzoyanın erməni tərəfindən cəlb olunması danışıqlar formatında, ekspert çərçivəsində təəccübə səbəb oldu. Buna görə də, Azərbaycanın “Qarabağ İcması”nın cəlb olunması üçün torpaq hazırlanır?

- Bu mənada hər hansı qərarlara ehtiyac yoxdur, çünki cənab Mirzoyanın müxtəlif funksiyaları var və bu funksiyalar sizin göstərdiyiniz proseslə əlaqələndirilməməlidir.

- Bəs sizin Məmmədyarovla növbəti görüşünüz nə zaman olacaq, gec-tez, harada?

- Əgər bir az analiz etsəniz, təxmin edə bilərsiniz. Bu barədə mənim danışmaq hüququm yoxdur. “Analiz etdik” və sentyabr ayında baş tutacaq Nyu-Yorkda BMT Baş Asssambleyasını tapdıq.

- Səssizlik razılıq işarəsidir?

Mnatsakanyan bir az gülümsəyərək avtomobilə əyləşdi”, - deyə “Hraparak” yazır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Danışıqlar  

“Hraparak”: Tezliklə növbəti Məmmədyarov-Mnatsakanyan görüşü baş tuta bilər

2019/07/42074-1562744991.jpg
Oxunub: 459     14:00     10 İyul 2019    