“Aprel döyüşlərinə görə dinlənilməsi zəruri şəxslərin sayı onlarladır” – Köçəryan

2019/06/Andra-1561534180.jpg
Oxunub: 646     12:26     10 İyul 2019    
“Aprel döyüşlərinin detallarının istintaqı ilə məşğul olan komissiya iclaslarını parlamentinin başqa bir otağında həyata keçirməyə başlayıb”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistanda aprel döyüşlərinin detallarının istintaqı ilə məşğul olan komissiyanın sədri Andranik Köçəryan deyib.

Onun sözlərinə görə, bu dəyişiklik komissiyanın fəaliyyətinin səmərəliliyini təmin etmək məqsədi daşıyır.

“Müdafiə Nazirliyi ilə səmərəli iş aparılır. Artıq Müdafiə Nazirliyindən sənədlər daxil olub və bu sənədlərin araşdırılmasına zərurət var. Bu gün keçirilən iclasda ilkin olaraq, dinlənilməyə çağırılacaq məsul şəxslərin siyahısı müzakirə edilərək təsdiqlənib.

Qarabağ (qondarma qurum-red.) da daxil olmaqla aprel hadisələrində məsul vəzifələrdə olan və dinlənilməsi zəruri şəxslərin sayı onlarladır. 6 ay fəaliyyət göstərəcək komissiyanın işinin səmərəli təşkil olunması və aprel ayında nə baş verdiyinə dair yekun qərara gəlmək üçün zəruri olan bütün addımların atılması və dinlənilməsi vacib olan şəxslər ardıcıllıqla komissiyanın işinə dəvət ediləcək”, - deyə Köçəryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Aprel-döyüşləri   İstintaq  

“Aprel döyüşlərinə görə dinlənilməsi zəruri şəxslərin sayı onlarladır” – Köçəryan

2019/06/Andra-1561534180.jpg
Oxunub: 647     12:26     10 İyul 2019    