Gürcüstanda hərbi şəhərcikdə partlayış, xəsarət alanlar var

2019/07/partl-1562737802.jpg
Oxunub: 406     11:01     10 İyul 2019    
Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Varketili qəsəbəsində yerləşən hərbi şəhərcikdə əl qumbarası partladılıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, yaşayış binalarının birində qeydə alınan partlayış nəticəsində 3 nəfər yaralanıb.

Bildirilir ki, xəstəxanaya çatdırılan yaralılar həkim nəzarətinə alınıb.

Qeyd olunur ki, Gürcüstan Daxili İşlər Nazirliyi qumbaranı partladan şəxsin kimliyini müəyyən edib.

Faktla bağlı Cinayət Məcəlləsinin ağır qətl törətməyə cəhd etmə maddəsi üzrə cinayət işi açıb, istintaq aparılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Gürcüstan   Partlayış  

Gürcüstanda hərbi şəhərcikdə partlayış, xəsarət alanlar var

2019/07/partl-1562737802.jpg
Oxunub: 407     11:01     10 İyul 2019    