T-90 və T-72-lərin sursatları: MSN-in istehsal etdiyi milli tank sursatları daha üstündür (HƏRBİ EKSPERT)

2019/09/t-90--1567598454.jpg
Oxunub: 5180     15:48     06 Sentyabr 2019    
Azərbaycan Ordusunun tank parkının əsasını Rusiya istehsalı olan 3-cü nəsil T-90S əsas döyüş tankları və İsrail mütəxəssislərinin modernləşdirdiyi T-72B3 tankları təşkil edir. T-72B3 ikinci nəsil sovet tank ailəsinin ən uğurlu nümayəndəsi kimi üçüncü nəsil T-90-lar üçün baza modeli olaraq qəbul edilib.

2004-cü ildən etibarən istehsalına başlanan T-90 tanklarının bir neçə versiyası mövcuddur.

Azərbaycan silahlanmasında mövcud olan T-90S tankları ən son versiya olaraq əvvəlki nəsil tanklardan bir sıra mühüm yenilikləri ilə fərqlənir:

1. 2006-cü ildən istehsal edilən “S” modellərinə Fransanın “Thales” şirkətinin “Catherine FC” matrisasına malik ikinci nəsil ESSA termal görüntüləmə cihazı quraşdırıldı. İki müstəvidə sabitləşdirilən termal kameranın əsas nişangah və lazer məsafəölçəni ilə inteqrasiya edilməsi, gecə atəş məsafəsini 1800-dən 4000 m-ə qədər artırmağa imkan verdi;
2. Əvvəlki tökmə qüllənin zirehi 950 mm qalınlığına çatdırılmaqla ön tərəfdən mühafizəsi gücləndirildi;
3. Korpusun üst alın detallarının zirehi möhkəmləndirildi;
4. Avtomatik yükləmə mexanizmi təkmilləşdirildi, nəticədə əlavə 100 litr zirehli daxili həcm və daha yüksək atəş tempi əldə edildi;
5. 840 at gücündə mühərrik əvəzinə 1000 at gücündə V-92C2 dizel quraşdırıldı. 1130 at güclü V-99 mühərrikinin quraşdırılma imkanı nəzərə alındı;
6. Yeni 2A46M-5 topu mərmi səpələnməsini 15% azaltdı;
7. Topun sabitləşdiricisi dəyişdirildi, bu isə hərəkətdə tuşlama sürətini iki dəfə artırmaqla atəş dəqiqliyini artırdı.

Hazırda Rusiya, Hindistan və Azərbaycan ordusunun kütləvi istifadə etdiyi T-90-lar 3-cü nəsilə aid olduqları üçün T-72 tankının modernləşdirilməsində istifadə edilən ən yüksək texnologiyalı məhsullarının hamısı, o cümlədən əsas silah hesab edilən yeni yivsiz top ilə təchiz olunub. Bu tankların hər ikisində əsas silah olaraq avtomatik və mexaniki üsulla dolub-boşalan 125 millimetrlik 2А46М-5 topundan istifadə edilməsini, Azərbaycan Müdafiə Sənayesinin fəaliyyətinə müəyyən istiqamət verə biləcək faktor kimi də dəyərləndirmək mümkündür.

Ümumilikdə tanklarda aşağıdakı mərmilərdən istifadə mümkündür:

- Zirehdələn mərmilər;
- İti və ya küt başlıqlı mərmilər;
- Topun çapına uyğun başlıqlı mərmilər;
- Topun çapından kiçik başlıqlı pərli mərmilər;
- Betondələn mərmilər;
- Fırlanan kumulyativ mərmilər;
- Fırlanmayan (pərli) kumulyativ mərmilər;
- Qəlpəli-fuqas mərmilər;
- Şrapnel tipli artilleriya mərmiləri.

Bunlardan başqa tankların topundan və ya üstündəki atıcı qurğudan TƏİRK-lər də buraxıla bilər.

Sadalanan tank sursatları təyinatına görə dörd əsas növə bölünüb. Bura idarə olunan raketlərdən başqa zirehdələn, beton əleyhinə kumulyativ və qəpəli fuqas mərmilər daxil edilib. Tankın silahlanmasında 12,7 mm və 7,62 mm pulemyotlar da mövcud olsa da, onlara bu dəfə toxunmamaq qərarına gəldik.

Tank topunun şaqüli və üfüqi vəziyyətdə sabitləşdiricisi, eləcə də AİS atəşi idarəetmə sistemi və avtomatik yükləmə mexanizmi təkminləşdirilərək onun hərəkətdə atəş dəqiqliyini artırır. Həmçinin sabitləşdirici topun hədəfə kilidlənməsinə imkan yaradır.

Silahlanmamızda mövcud olan T-90S tanklarının 125 mm-lik hamar lüləli topunun döyüş sursatı dəsti 42 ədəd mərmidən ibarətdir, onlardan 22 ədəd avtomatik yükləmə mexanizmində, 20 ədədi isə tankın döyüş bölməsinin arxa tərəfində yuvalarda yerləşir. T-90 ilə T-72 tanklarının əsas konstruksiya fərqi yalnız sursatların doldurma mexanizmindən kənarda yerləşdirilməsindən ibarətdir.

T-90 və T-72 tanklarının sursatları partlayıcıya malik barıt yükündən və mərminin özündən ibarətdir. Onlar ekipaj tərəfindən sursatların məsrəfinə uyğun olaraq əllə avtomatik yükləmə mexanizminə və ya birbaşa topa doldurula bilər.

T-90 tanklarının müasir avtomatik yükləmə mexanizminə və konveyerinə yerinə yetirəcəyi vəzifələrə uyğun olaraq 4 tipdə sursat yüklənə bilər:

1. ZBM42, ZBM46, ZBM42M, ZBM59, ZBM60 tipli zirehdələn kalibraltı;
2. ZBK29M, ZBK31 kumulyativ;
3. Məsafədən partlayışı təmin edən “Aynet” sistemli ZOF26 qəlpəli fuqas;
4. ZVM-12 elektron detonatoru vasitəsilə qəlpəli fuqas mərmiləri uçuş trayektoriyasının müəyən nöqtəsində partlayışı təmin edir. Bu isə tankın döyüş dəstində istənilən nisbətdə yerləşdiriləbilən idarəolunan raketlərlə düşmənin sallanan helikopterlərinə və ya səngərdəki şəxsi heyətinə qarşı effektiv atəş açmağa imkan verir.

T-90S tanklarının məxsus olduğu AT-11 “Snayper” (“Refleks-M”) tank əleyhinə idarəolunan raket kompleksi (TƏİRK) 6 km məsafədən düşmənin istənilən tip zirehli texnikasını 100 faiz dəqiqliklə məhv etmək imkanı verir. Gecə-gündüz görüntüsünə malik optik lazer-nişangah tank hərəkətdə olarkən belə hədəfi nişan almaq və ya nişangahı hədəf üzərində saxlamaq imkanı yaradır. Gecə döyüşlərində tanklar bu mərmilərlə 4 km-dən hədəfini məhv edə bilir. Tankın 125 millimetrlik 2А46М-5 topunun maksimal atış məsafəsi 10 kilometrdir. Buna görə də T-90S tankından qəlpəli-fuqaslı və ya şrapnel mərmiləri 10 km məsafəyə atılmaqla artilleriya vasitəsi kimi də istifadə oluna bilər. T-90 tankının topundan atəş açmaq üçün 9M119, 9M119F və ya 9M119M idarəolunan raketlərə malik 125 mm çaplı ZUBK14 (“Refleks”), ZUBK14F və ya ZUBK20 (“İnvar”) sursatlarından da istifadə olunur. Bu raketlər düşmənin 5 km məsafədə zirehli və zirehsiz vasitələri, həmçinin aşağıdan uçan helikopterlərini məhv etmək üçün nəzərdə tutulur. 9M119 ailəsinin raketləri ölçülərinə görə qəlpəli fuqas mərmiləri ilə eynidir.

Azərbaycan ordusunun digər sursatlar kimi tank mərmiləri ilə təchizatında xaricdən asılılığı aradan qaldırmaq dövlətin əsas prioritetlərindəndir. MSN-in tabeliyində olan müəssisə və zavodların mövcud olan istehsal sahələrində müxtəlif tipli atıcı və antimaterial silahların, avtomatik topların, ən azı 6 növdə kiçik və iri çaplı lülələrin, fərqli təyinatlı silahların, artilleriya və zirehli vasitələrin topları üçün sursat və partladıcıların istehsal prosesi, həmçinin yeni istehsal sahələrinin mənimsənilməsi işləri ilə paralel olaraq müxtəlif raket texnologiyalarının sınaqları da həyata keçirilir.

Bu yazıda əsasən tank mərmilərinin, o cümlədən Azərbaycanda istehsal edilənlərin növlərinə, təyinatına və xüsusiyyətlərinə toxunulacaq.

Hələ 2015-ci ilin dekabrın 17-də Azərbaycanın keçmiş Müdafiə Sənayesi naziri Yavər Camalov yerli müəssisələrin birində tank mərmisi istehsal ediləcəyinin anonsunu vermişdi. 3 il sonra isə fəaliyyəti dövründə 1000 addan çox müdafiə təyinatlı məmulatın və onların ehtiyat hissələrinin istehsalını mənimsəyən MSN tərəfindən 125 millimetrlik tank topları üçün nəzərdə tutulan döyüş sursatının poliqon sınaqlarının keçirildiyi məlum oldu. Müdafiə Sənayesi Nazirliyinin mütəxəssislərinin, Müdafiə Nazirliyinin döyüş texnikası və şəxsi heyətinin iştirakı ilə aparılan sınaqlarda 125 millimetrlik tank topları üçün nəzərdə tutulan döyüş sursatının ballistik xüsusiyyətlərinin yoxlanılması məqsədilə Silahlı Qüvvələrimizin silahlanmasındakı müasir T-90S tipli tanklardan atışlar keçirildi və müsbət nəticə əldə edildi. Barıt yükünün inert mərmi ilə keçirilən sınaqlarının nəticələrinə görə döyüş sursatının yüksək ballistik xüsusiyyətlərə malik olması, etibarlılığı və xidməti davranma zamanı təhlükəsizliyi tam təsdiq edildi.

Yüksək dağıdıcı qüvvəyə malik 125 millimetrlik qəlpəli-fuqaslı mərmilər Silahlı Qüvvələrin arsenalında olan, modernləşdirilən T-72B3 və T-90S müasir tipli tanklarda quraşdırılan 125 millimetrlik yivsiz tank topundan atəş açmaq üçün istifadə olunur. Bu sursatlar düşmənin canlı qüvvəsinə, səhra tipli istehkam qurğularına, artilleriya, minaatan, raket qurğularının atəş mövqelərinə və müxtəlif növ atəş vasitələrinə zərər vurmaq üçün nəzərdə tutulur.

Azərbaycanın adı və taktiki-texniki xüsusiyyətləri açıqlanmayan tank mərmisinin ZВОФ36 qəlpəli fuqas mərmisinin analoqu olduğu ehtimal edilir. Analoji sursatlar 1800 m/s başlanğıc sürətə, 300 kv. metr məhvetmə radiusuna, 5-6 km atəş, 10 km isə maksimun atəş məsafəsinə malikdir.

Bu sursatların təhlükəsizlik qaydaları mərminin barıt yükündən ayrıca nəql edilməsini tələb edir. Topun lüləsinə isə əvvəlcə mərmi, ardınca isə barıt yükü yerləşdirilir.

Strukturuna görə, qəlpəli fuqas yüksək partlayıcı olan maddə (brizant) ilə dolu, qalın divarlı metal silindrik kapsuladır. Mərminin başında partlayışı idarəedən sistemdən və detonatordan ibarət partlayıcı element yerləşir. Əsas partlayıcı olaraq trotildən və ya partlayışı qismən passivləşdirən maddələrdən, məsələn parafindən istifadə edilir.

Qəlpələrin yüksək sərtliyini təmin etmək üçün mərminin korpusu yüksək karbonlu poladdan və ya polad-çuqun qarşığından hazırlanır. Vahid qəlpələnmə zonasının meydana gəlməsi üçün, kapsulun daxili səthində kəsiklər və ya kanallar açılır. Adətən qəlpəli fuqas mərmilərdə hazır məhvetmə elementlərindən istifadə olunmur.

Yivli toplarda uçuşun sabitləşməsi üçün mərmilərin səthində aparıcı kəmərlər, yivsiz toplarda isə mərminin quyruq hissəsində pərlər quraşdırılır.

Qəlpəli fuqas mərmilər partlayıcı yükünə aid qazların dağıdıcı qüvvəsi və qismən mərminin manəeyə çırpılması qüvvəsi hesabına elementlərə parçalanır. Mərminin gücü, korpusda olan partlayıcı maddənin çəkisi və keyfiyyəti ilə müəyyən edilir.

Mərminin korpusunun həcmini, onu bir qədər uzatmaq və divarının qalınlığını azaltmaq hesabına artırmaq mümkündür. Lakin bu zaman mərminin trayektoriyasının sabitliyi pozulacaq, çünki slindrik hissənin uzunluğu mərminin ümumi uzunluğu ilə məhdudlaşdırılır. Korpus divarının qalınlığı isə yalnız mərminin atəş zamanı təhlükəsizlik meyarlarına cavab verəcək səviyyəyə qədər azaldıla bilər. Buna baxmayaraq, uzun silindrik hissə qəlpəli fuqasların xarakterik xüsusiyyətidir. Atəş zamanı yüksək təzyiqli qazların əmələ gəlməsi baxımından qəlpəli fuqas mərmilərinin minaatanlarda və özüyeriyən haubitsalarda tətbiqinə üstünlük verilir.

Artıq bir neçə ildir ki, Rusiyada tank mərmilərinin fiziki-mexaniki xüsusiyyətlərini yüksəltmək üçün volfram və ya kasadlaşdırılan urana əsaslanan yeni ərintilərin inkişafı davam etdirilir. Bu tip mərmilərin başlığı adətən qırmızı rəngdə olur.

Zirehdələn pərli mərmilər partlayıcı maddəyə malik olmadan hədəfə kinetik enerjisi hesabına təsir edir. Kobud dillə desək, yarım metr uzunluğunda “mismar” atəş enerjisinin hesabına tankın korpusuna dəhşətli qüvvə ilə nüfuz edir. Bu “mismarın” zirehə nüfuzetməsini yaxşılaşdırmaq üçün onun nüvəsini ən sərt poladdan da sıx materialdan- volfram və ya kasadlaşdırılan urandan hazırlayırlar. Xüsusiyyətlərinə görə, sonuncu daha üstün hesab edilir.

Azərbaycanın silahlanmasında mövcud olan tanklar da bu mərmilərdən atəş açmaq qabiliyyətinə malikdir. Tankların qəlpəli fuqas mərmilərinin istehsalını mənimsəyən sənaye şirkətlərinin yaxın zamanlarda daha üstün xüsusiyyətlərə malik sursatların istehsalına başlaması gözlənilir. Çünki bir çox dövlətlərin dominantlıq etdiyi silah bazarına daxil olmaq üçün orta seqmentdə istehsal ilə kifayətlənmək yolverilməzdir, mütləq daha üstün texnologiyalı və döyüşün taleyini həll edə biləcək silah və sursatların hazırlanması vacibdir.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Tank-mərmiləri   Azərbaycan  

T-90 və T-72-lərin sursatları: MSN-in istehsal etdiyi milli tank sursatları daha üstündür (HƏRBİ EKSPERT)

2019/09/t-90--1567598454.jpg
Oxunub: 5181     15:48     06 Sentyabr 2019    