ABŞ Tayvana 2,2 milyard dollarlıq silah satacaq

2019/07/m88a2-1562668426.jpg
Oxunub: 571     19:50     09 İyul 2019    
ABŞ rəhbərliyi Tayvana 2,2 milyard dollarlıq silah satışına razılıq verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Pentaqona bağlı ABŞ Müdafiə Təhlükəsizlik Agentliyi (DSCA) ABŞ Dövlət Departamentinin sözügedən silah satışlarına razılıq verməsiylə bağlı Konqresi məlumatlandırıb.

Bildirilib ki, 2,2 milyard dollarlıq qarşılığında Tayvanın ABŞ istehsalı olan 108 ədəd “M1A2T Abrams” tankı, 250 “Stinger” raketi alacağı gözlənilir.

Bundan başqa, çoxlu sayda avtomat silah, sursat, “Hercules” zirehli avtomobil, ağır texnika daşıyan maşınlar və s. texnikada satılacaq silahlar siyahısına daxil edilib. 30 gün ərzində ABŞ-la Tayvan arasında satışa dair müzakirələr başlayacaq.

Satışı təsdiqlənən silahları ABŞ-ın “General Dynamics Corp” və “Raytheon” şirkətləri istehsal edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Tayvan   ABŞ   M1A2T  

ABŞ Tayvana 2,2 milyard dollarlıq silah satacaq

2019/07/m88a2-1562668426.jpg
Oxunub: 572     19:50     09 İyul 2019    