Müasir müharibələrdə dron sürülərinin tətbiqi və potensiallığı - HƏRBİ EKSPERT

2019/09/df-te-1567596542.jpg
Oxunub: 2333     10:32     05 Sentyabr 2019    
Zaman keçdikcə ağır artilleriya və aviasiya öz mövqelərinin bir çoxunu daha kiçik, daha uçuz, lakin daha səmərəli zərbə PUA-larına vermək məcburiyyətində qalır. 2002-ci ildə "Əl Qaidə" terror təşkilatının lideri Usamə ben Ladenə qarşı uğurla istifadə edilən ilk zərbə PUA-sı artıq hər bir orta inkişaf etmiş ölkələrin istehsalında və arsenalında yer alır. Artıq heç bir iri silah istehsalçısı olan ölkə gələcək müharibələrdə pilotsuz məhvetmə vasitələrinə üstünlük verəcəyini gizlətmir.

Bu vasitələrin aşkar üstünlükləri aşağıdakılardır:

- Müasir artilleriya sistemləri, qırıcı və ya bombardmançı aviasiya ilə müqayisədə ucuz və sadə istehsal;
- Döyüş meydanından min kilometrlərlə uzaq məsafədən rahat idarəetmə;
- Kiçik səth əksolunma əmsalına malik olması;
- PUA operatorunun hazırlığının təyyarə pilotundan dəfələrlə aşağı məbləğdə vəsaitlə tamamlanması.

PUA-ların istifadəsində perspektivli yeni bir istiqamət, onların dron qrupu və ya sürüsü şəklində tətbiqindən ibarətdir. Bu sürünün təşkil edilmə prinsipləri, kiçik bir məkanda minlərlə uçan və bir-birinə mane olmayan böcəklərdən götürülüb.

Mikrodronlar sürüdə birləşdikdən sonra hər biri avtomatik olaraq idarə edilir, sürünün davranışına isə süni zəka elementlərinə malik proqram və ya operator tərəfindən nəzarət edilir.

Dronların sürü halında tətbiqinin üstünlükləri:

- Faydalı yük bir neçə aparat arasında bölüşdürülür;
- Qəzalarda yüklərin itkisi azalır;
- Hər bir dronun fəzada yerləşdirilməsi, koordinatların dəqiqliyi, qarşılıqlı əlaqə nəticəsində artır;
- Fərqli görünüş bucaqlarına görə təkmilləşdirilən nəticələr əldə olunur;
- Nəticələrin əldə edilməsi sürətlənir.

Dron sürülərinin tətbiqinin məhdudiyyətləri:

- Sürü daxilində qarşılıqlı əlaqəni təmin etmək və toplanan məlumatların real zamanda ilkin emalı üçün PUA yüksək hesablama qabiliyyətlərinə malik olmalıdır;
- Yeni nəsil idarətmə proqram təminatı tələb olunur;
- PUA sürüsü və faydalı yüklər üçün proqram təminatlarının inteqrasiyası arzuolunandır;
- Sürüdəki mikrodronlar bir-birilə toqquşmamalı, yaratdıqları axın ilə bir-birinə mane olmamalı və müdaxilə etməməlidirlər;
- Sürüdəki mikrodronlar "mütəxəssis təyinatını" kollektiv şəkildə bölüşdürməlidir, zərurət yarandıqda, məsələn, bəzi "mütəxəssislər" bu və ya digər səbəbdən sıradan çıxdıqda, bu vəzifəyə fərdi üzvlərdən biri təyin edilməlidir.

Hərbi tətbiqi

Dron sürüsü tətbiq edilən aparatların sayının artırılması hesabına, PUA-ların kəşfiyyat, müşahidə, hədəf göstərmək və hədəfə zərbə funksiyalarının etibarlılığı və davamlılığının artırılmasına imkan verir.

Bu dron sürülərinin ağır zirehli vasitələrə qarşı istifadəsi zəif partlayış gücünə malik olmasından dolayı məqsəduyğun hesab edilmir. HHM RLS-lərinin, işıqlandırma radarlarının, komplekslərin alternativ qida bloklarının, yüksək gərginlikli elektrik xətlərinin, peyk-rabitə qovşaqlarının, idarəetmə və komanda məntəqələrinə aid radioşəbəkənin paralel olaraq sıradan çıxarılmasında istifadəsi müstəsna nəticələr əldə etməyə imkan verə bilər. Dron sürüsünün tətbiqi üçün sadaladığım obyektlər arasında yalnız raketlərin start mövqeləri HHM tərəfindən ciddi qorunur. Hansısa rabitə şəbəkəsinin və ya elektrik xətlərinin qorunması hələ ki, orduların döyüş nizamnamələrində öz əksini tapmır, tapsa belə, onlara əsgərdən çox HHM vasitəsi tələb olunacaq, bu isə ən azından ordunun saxlanılmasına çəkilən xərcləri artırmağa, başqa sözlə rəqibi maddi cəhətdən tükənməyə vadar edə bilər.

Əsasən qırıcı, helikopter, qanadlı və ballistik raketlərlə mübarizə aparmaq üçün nəzərdə tutulan HHM sistemləri üzərinə sürü şəklində hücum edən çox sayda mikrodronları dəf etməkdə çətinlik çəkir. Sürünün bəzi dronları mütləq hədəfə çatır və onu məhv edir. Artıq Suriyanın Hmeymim aviabazasına qarşı bu metodlar primitiv şəkildə tətbiq edilib.

Dron sürülərinə qarşı mübarizə aparmağa məcbur olan rəqib özünün HHM vasitələrinin sıxlığını artırmağa, eşalonlaşdırma sərhədlərini azaltmağa, çox sayda əlavə vasitələr və sursatlar əldə etməyə vadar olur.

Hava hücumundan müdafiə sistemlərinin sayının artırılması belə vəziyyətdən tam çıxış yolu hesab edilmir. ZRK və ya DZRK-lar hədəflərin sayına görə "özünü itirərək" dron sürüsünün öz vəzifələrini yerinə yetirməsinə tam mane ola bilmir. Dəyəri bir neçə milyon olan raketləri (bir ədəd MIM-104 "Patriot" raketi təxminən 3,4 milyon, BGM-109 "Tomahawk" isə 2 milyon dollardır) çox ucuz mikrodronlara qarşı buraxmaq da məqsəduyğun hesab edilə bilməz. 2017-ci ildə ABŞ Ordusunun Təlim Komandanlığının (TRADOC) rəhbəri general Devid Parkis bildirirdi ki, müttəfiq ordularının birində "Patriot" raketi ilə "Amazon" şirkətinin internet üzərindən 200 ABŞ dollarına satdığı dronu vurublar.

Yeni printer dronları isə daha kiçik və daha ucuz olacaq. Yəni dron sürüsünün mövcud HHM və ya ZRK ilə həm məhv edilməsi, həm də məhv edilməməsi doğru hesab edilməyəcək. Effektiv mübarizə metodu hələlik mövcud deyil. Sürünün gecə hücum etməsi isə rəqib itkilərinin dəfələrlə artmasına səbəb olacağı şübhə doğurmur. Adi mülki sənaye dronları belə sürü halında birləşərək, HHM radarları üçün maneə yaratmaqdan, düşmən hədəfləri üzərinə kiçik sursatlar atmağa qədər ciddi təhdidlər yarada bilər.

Dron sürülərinə qarşı mübarizə apara biləcək müasir REM vasitələrinin və ya bu dronları məhv edə biləcək digər bir dron qruplarının yaradılması, yaxın 5-10 ildə müdafiə sənayesi şirkətlərinin əsas fəaliyyət istiqamətlərindən biri olacaq.

Dron qrupları böyük bir ərazidə konkret şəxslərin və ya itkin insanların effektiv şəkildə paralel axtarışını və ya "ovunu" da təmin edə bilər.

Mikrodronlar sürü şəklində böyük bir yüksəklikdə təyyarə, PUA və ya aerostatdan atılmalıdır. Bundan sonra onlar GPS vasitəsilə hədəfə kilidlənir, son vəzifələri isə proqram təminatı və ya operator tərəfindən təyin edilir. Hazırda dronların təkrar istifadəsi prinsipləri təkmilləşdirilir.

Bu mikrodronlar hazırda əsasən ABŞ və Çin şirkətləri tərəfindən hazırlanır. Lakin Türkiyə, İngiltərə, Yaponiya və Cənubi Koreya kimi ölkələr də bu sahədə ilkin addımlarını atmağa başlayıb.

"Gremlin"

ABŞ-da dron sürüləri ilə əlaqədar layihələr Dəniz Araşdırmaları Laboratoriyasında inkişaf etdirilir.

2016-cı ilin mayından DARPA-nın sifarişi ilə bombardmançıdan buraxılan və C-130 nəqliyyat təyyarəsinə qədul edilən "Gremlin" sürüsü inkişaf etdirilir. 2017-ci ilin martın 22-də DARPA "Gremlin" sınaqlarının ikinci mərhələsinə başladı. "General Atomics Aeronautical Systems" və "Sierra Nevada" korporasiyasının bir hissəsi olan "Dynetics Inc." şirkətləri layihə üçün rəqabət aparırdı. Sonda tenderi sonuncu qazandı. Prototip hazırdır, bu ilin ortalarında dron sürüsünün nümayiş sınaqlarının keçiriləcəyi gözlənilir. Son sınaqlar 2019-cu ilin payızında bitəcək. 2020-ci ilin əvvəlində isə "Gremlin"lərin kütləvi istehsalı üçün müqavilə əldə edən şirkət elan ediləcək.

"Gremlin" əsas hava vasitələrindən - təyyarələr, bombardmançılar, qırıcılar, hətta sabit qanadlı kiçik pilotsuz platformalardan da buraxıla bilər. "Gremlin"ləri buraxan və ya qəbul edən baza, düşmənin hava hücumundan müdafiə sistemlərinin fəaliyyət radiusundan kənarda qalmalıdır.

"Gremlin" layihəsi qruplara birləşərək və müxtəlif vəzifələri birgə həyata keçirə bilən kiçik pilotsuz vasitələrin yaradılmasını nəzərdə tutur. "Gremlin" aparatları B-52 "Stratofortress" və B-1B "Lancer" bombardmançılarından, həmçinin C-130 "Hercules"/"Super Hercules" nəqliyyat təyyarəsindən 12200 metr yüksəklikdən buraxıla biləcək. Bu aparatlar 0,8 Maxa qədər (850 km/saat) sürətə malik olacaq. Ən azı bir-üç saat havada qalacaq "Gremlin" 555-926 kilometr məsadə fəaliyyət göstərəcək. Tapşırıqdan sonra "Gremlin"lər daşıyıcı təyyarələrə qayıtmalıdır.

DARPA tərəfindən sifariş edilən "Gremlin"in qrup daxilində vəzifələri və rollarını müstəqil olaraq bölüşdürəcəyi, demək olar ki, tamamilə müstəqil olaraq hərəkət edə biləcəyi ehtimal olunur. Qrupdakı cihazlar arasında məlumat mübadiləsi ənənəvi radiokanal və optik sistemlərin köməyi ilə həyata keçiriləcək.

Sonuncu əlavə olaraq birbaşa görüntü zonasında, düşmənin radioelektron maneə şəraitində məlumat mübadiləsinin etibarlılığını artıracaq.

Hər bir aparat qatlanan qanada malik raket şəklində hazırlanacaq. Dronların vəzifələrini icra etdikdən sonra yük təyyarəsinə toplanması isə havada yanacaqdoldurma qurğusuna bənzər tutma qolunun köməyi ilə həyata keçiriləcək. Tutma cihazının sonunda bərkitmə sistemli konus yerləşdiriləcək.

Tədqiqatlar zamanı havada 4 ədəd dronu 280 km/saat sürətlə təyyarəyə toplamaq üçün 30 dəqiqə zaman sərf ediləcəyi bildirilir.

"Perdix"

ABŞ Müdafiə Nazirliyinin müraciəti əsasında Massaçusets Texnologiya İnstitutunun hazırladığı süni zəkaya malik altı santimetrlik "Perdix" dronu, bu ailənin ilk nümayəndəsi hesab edilir. 3D printerdə hazırlanan "Perdix" sürü tətbiqli, hərbi təyinatlı və təyyarə tipli mikrodrondur. Bu mikrodronlar 2011-ci ildən etibarən insanlı təyyarə dispanserlərindən düşmən raketlərinin özütuşlanan başlıqlarına və HHM sisteminə maneə yaratmaq üçün nəzərdə tutulan PUA sürüsü konsepsiyasını sınaqdan keçirmək üçün hazırlanır. Sınaqlar 2016-cı ildə uğurla keçirilib.
Ovuca yerləşən dronun pərlərinin diametri 6,6 sm, uzunluğu 16,5 sm, qanaq açılımı isə 29,9 sm-dir.

Bu mikrodronun çəkisi 290 qramdır. Sınaqlarda ümumi çəkisi 29,8 kq olan 103 ədəd dron təyyarədən buraxılıb. Konteynerin zəruri avadanlıqla birlikdə çəkisi 100 kq-a yaxındır. Bu göstərici təyyarə və ya orta PUA üçün böyük faydalı yük hesab edilmir.

Dron saatda 74-dən 111 km/saata qədər sürətlə uçaraq 20 dəqiqə havada qala bilir. Sınaqlarda standart AA batareyalarından istifadə edilib, onların daha güclü xüsusi batareyalarla əvəz edilməsi drona 40-50 dəqiqə havada qalmasına imkan verəcək. Dronlar, həmçinin -10 dərəcə selsidə 0,6 Max sürətli təyyarədən buraxılması sınaqlarından da uğurla keçib.

Təyyarənin uçuş sürəti və müddəti nəzərə alınarsa, bu cür dronların fəaliyyət radiusu 24 km-dən 37 km-ə qədər dəyişə bilər. Aydındır ki, mikrodronlar təyyarədən buraxılandan dərhal sonra mühərrikləri çalışdırmır, onlar yerə tam yaxınlaşdıqda fəaliyyətə başlayır. Dron süzmə xüsusiyyətinə də malikdir. Süzmə məsafəsi aparatın aerodinamik keyfiyyətlərindən və uçuş yüksəkliyindən asılıdır. "Perdix"in hansı aerodinamik xüsusiyyətə malik olduğu dəqiq məlum deyil, lakin konstruksiyası daha çox ikipilləli qoşa qanadlı "biplan"a bənzədiyi üçün onun söndürülmüş mühərrikdə aerodinamik xüsusiyyətinin süzmə məsafəsinin 8-9 km arasında olduğunu demək olar. Onun hansı yüksəklikdən buraxıldığını da təxminən hesablayaraq tapmaq mümkündür. Sınaqlar 2016-cı ilin dekabrında Kaliforniyanın Çin Gölü ərazisindəki Edvard hava bazasının yaxınlığında aparılıb. Həmin ərazinin dekabr üçün orta aylıq temperaturu -4 dərəcədir. Sınaq buraxılış isə -10 dərəcə temperaturda keçirilib. 6 dərəcəlik temperatur fərqi 1000 metr yüksəklikdə yaranır. Deməli buraxılış 1 km yüksəklikdən həyata keçirilib.

Beləliklə, dron 1 km yüksəklikdən buraxıldıqda 8-9 km süzərək uça bilirsə, deməli onun fəaliyyət radiusu 32 km-dən 46 km-ə qədər arta bilir. Döyüş şəraitində isə 1 km yüksəklikdən düşmən üzərində uçmaq məqsədəuyğun olmadığı üçün, dronlar ortalama olaraq azı 5 km yüksəklikdən buraxıla biləcək. Bu isə süzmə məsafəsinin 40-45 km-ə, ümumi fəaliyyət radiusunun isə 82 km-ə qədər artmasına səbəb ola bilər. Ümumiyyətlə bu çox yaxşı göstərici hesab edilə bilər.

"Gremlin"dən dəfələrlə kiçik qabaritlərə malik bu dronların hazırlanması 3D printerin köməyi ilə ucuz başa gəlir. Bir təyyarədən 35000 ədəd "Perdix" dronunun bir dəfəyə buraxılması mümkündür. Onlara qarşı kimin, nə ilə hansı tədbir görə biləcəyi sualı hələlik açıq olaraq qalır.

LX-700k "Liberator"

Digər bir mikrodron LX-700k "Liberator" adlanır, dörd vintə, sensorlara, kameralara və süni zəkaya malikdir. Dron üç qram çəkisində partlayıcı ilə təchiz olunur. Belə bir dron rəqibin alnına yaxın məsafədə 3 qramlıq döyüş yükünü aktivləşdirsə, partlayışın gücü dərhal kəllə sümüyünü sındırıraq ölümə səbəb olar. C-130 nəqliyyat təyyarəsi bir dəfəyə 700 min belə dron buraxa bilər. Onlar isə tez, təmiz və səliqəli bir şəkildə rəqib əsgərlərini məhv edə bilir.

Çin mühəndisləri tərəfindən hazırlanan və uzaqdan göyərçinlərdən fərqlənməyən dron sürüsü ilə hərbçilər və xüsusi xidmət orqanları dərhal maraqlanıb. Hazırda Çinin ən azı beş əyalətində hərbçilər və digər təhlükəsizlik qüvvələri müşahidə üçün "Dove" (Göyərçin) dronlarından istifadə edir.

"Dove" proqramına Shaanxi əyalətindəki Xian Politexnik Universitetinin professoru Song Bifeng rəhbərlik edir. Daha əvvəl Song Bifeng "Chengdu" J-20 qırıcısının hazırlanmasında iştirak edib. Universitetin veb saytında yerləşdirilən məlumatlara görə, "Dove" proqramında iştirak etdiyi üçün professor dövlət mükafatına da layiq görülüb.

Universitetin Aeronavtika Məktəbində və "Dove" inkişaf qrupunun üzvü olan professor Yang Wenqing, texnologiyanın məhdud tətbiq edildiyini, lakin həm hərbçiləri, həm də mülki qurumları maraqlandıracaq geniş sferada istifadə üçün böyük potensiala və unikal xüsusiyyətlərə malik olduğunu bildirib.

200 qram kütləyə, 50 sm qanad açılımına malik "Dove" dronu 40 km/saat sürətə malikdir, batareya maksimum sürətlə yarım saat havada qalmaq üçün yetərlidir. Hər bir dronun bort kompüteri, kamerası, GPS anteni və peyk rabitə qovşağı, qanadları hərəkət etdirən mexanizmə, batareyaya və elektrik mühərrikinə malikdir.

"Dove" dronları yalnız görünüşcə quşlara bənzəmir, qanadlarını çırpır, süzür, dönür, enir və qalxır. Qanadlardan istifadə edən mühəndislərin əsas məqsədi göyərçindən seçilməyəcək "ağıllı" bir dron yaratmaqdan ibarət olub. Proqram iştirakçılarından birinin sözlərinə görə, dronlar canlı göyərçin hərəkətlərinin 90% -ni təqlid edir və demək olar ki, səssizdirlər. Yerdən onları əsl göyərçinlərdən ayırmaq və fərqləndirmək həqiqətən çətindir, bəzən isə əsl göyərçinlərin özləri də dronlara qoşulub uçurlar.

Müşahidə üçün mikrodronlardan istifadə etməzdən öncə mühəndislər təxminən iki min sınaq uçuşu keçiriblər. Sınaqların birində dron qrupunu Monqolustan düzənliyində otlayan qoyun sürüsünün üzərində uçurublar. Ən hürkək və qorxaq heyvanlardan hesab edilən qoyun sürüsünün belə üzərində "göyərçin qrupu"nun uçmasını hiss etmədiyi üçün mikrodronlar yüksək qiymətləndirildi.

Hazırda ABŞ-da pilotsuz hava taksilərini sınaqdan keçirən Çinin PUA istehsalçısı "Ehang" 2017-ci ildə Birləşmiş Ərəb Əmirlikləində keçirilən "Meteor Sky" şousu zamanı 1000 ədəd drondan ibarət sürünü nümayiş etdirərək rekorda imza atdı. Buna qədər, eyni zamanda ən çoxsaylı dron sürüsünün idarəedilməsi (500 ədədlik "Shooting Star" dron sürüsü) ABŞ-ın "Intel" şirkətinə məxsus idi.

Şou zamanı baza kimi "GhostDrone 2.0" PUA-sından istifadə edildi. Bu miqyasda bir nümayişi təşkil etmək elə də asan deyildi, çünki cihazlar arasında minimal 1,5 metr məsafəni saxlamaq vacib idi. Bunun üçün "Ehang" inkişaf etmiş bir rabitə və təhlükəsizlik sistemi yaratdı.

Göründüyü kimi, şounun mürəkkəbliyinə baxmayaraq, sürünün idarəetməsi yerdəki bir ədəd kompüter vasitəsilə həyata keçirildi.
"Ehang" şousunun kommersiya potensialı da yüksəkdir, ən başlıcası isə bu şoular bahalı və ekoloji cəhətdən ziyanlı atəşfəşanlıq tədbirlərini də əvəz edə bilər.

Dron sürülərinin perspektivləri

Dron sürüsünün gələcəyin ən təhlükəli silahlarından birinə çevriləcəyi şübhəsizdir. Bunun əsas səbələri aşağıdakılardır:

1. Onlar böyük yüklənməyə məruz qalaraq aşağı yüksəkliklikdə uça bilirlər;
2. Kiçik əksolunma səthinə malikdirlər;
3. Onların sayı kifayət qədər çoxdur;
4. Müasir HHM sistemləri onlara qarşı səmərəli deyil, alternativ və effektiv mübarizə metodu isə hələlik mövcud deyil.

Onların sayının çox olması, atəşlə məhvetmə vasitəsilə nəticə əldə etməyə imkan verməyəcək, yeganə çıxış yolu dronların REM vasitələri ilə fəaliyyət istiqamətlərini dəyişdirmək məqsədilə idarəetmə proqramına nüfuz etməkdən, rabitə kanalını basdırmaqdan və naviqasiya sistemlərini "azdırmaqdan" ibarət ola bilər. Bunun üçün isə əvvəlcə proqramları və sistemləri əldə etmək vacibdir.

Digər maraqlı bir fakt isə diqqəti cəlb etməyə bilməz. ABŞ Müdafiə Nazirliyi "General Atomics" şirkəti ilə 30 ədəd MQ-9 "Reaper" ağır zərbə PUA-larını almaq üçün 370 milyon dollarlıq müqavilə imzalayıb. Sifarişin təslim edilməsi 2019-cu ortalarında başa çatmalıdır. Əsasən, iştirak etdiyi münaqişələrin sayını azaltmaq niyyətini nümayiş etdirməyə çalışan ABŞ-ın silahlanmasında MQ-1 "Predator", RQ-4 "Global Hawk" və MQ-9 "Reaper" kimi operatordan min kilometrlərlə uzaq məsafədə vəzifələrini yerinə yetirən strateji PUA-ların kifayət qədər mövcudluğuna baxmayaraq, yenidən zərbə tipli PUA-lar əldə etməsi, məhz mikrodronların tətbiqinə hazırlıq kimi də dəyərləndirilə bilər. Bu isə ABŞ-ın yaxın gələcəkdə dron sürülərini əsas zərbə vasitəsi kimi tətbiq edəcəyindən xəbər verir.

Sonda isə 3 təklif ilə məqaləni yekunlaşdırmaq istəyirəm:

1. Əks tədbir nəticəsində fəsadları aradan qaldırıla bilməyən və çox sayda insan həyatına son qoyan silah sitemlərinə aid edilə biləcək mikrodronlar da Kütləvi Qırğın Silahları (KQS) kateqoriyasının xüsusi növü kimi təsnifatlandırılmalıdır. Onların sadə texnologiyası, qadağan edilməsi normal KQS-də əldə olunan effektə nail olmağa imkan verməyəcək.

2. Dron sürülərinin tərkibinə daxil olan silahlı mikroelementlər süni də olsa, zəkaya malikdir, avtonom və operator tərəfindən idarə edilir, düşməni itkiyə məruz qoyur, biri sıradan çıxdıqda, bu vəzifəyə digəri təyin edilir. Bütün bu xüsusiyyətlər hər bir döyüşçüyə aid olduğu üçün onları "səma döyüşçüləri" adlandırmaq daha doğru olardı.

3. Hər bir silah texnologiyasına qarşı mütləq əks tədbir vasitəsi mövcud olmalıdır, əgər yoxdursa deməli yaradılmalıdır. "Səma döyüşçülərinə" qarşı standart HHM vasitələri effekt vermədiyi üçün digər alternativ üsullardan, məsələn onları öz marşrutlarından azdırmaq, əlaqə kanallarına müdaxilə edərək maneə yaratmaq, fəaliyyət istiqamətlərini dəyişdirmək məqsədilə idarəetmə proqramına nüfuz etmək, "tələ"yə salmaq, lazerlə yandırmaq (əritmək) və s. kimi qeyri-ənənəvi mübarizə üsulları tətbiq edilməlidir. Böyük ehtimalla bir neçə eşalondan ibarət müdafiə daha səmərəli olacaq. Onlardan düşmənin özünə qarşı istifadə etmək isə ən ideal variant olardı.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Dron-sürüləri  

Müasir müharibələrdə dron sürülərinin tətbiqi və potensiallığı - HƏRBİ EKSPERT

2019/09/df-te-1567596542.jpg
Oxunub: 2334     10:32     05 Sentyabr 2019    