Husilər Abha hava limanına hücum edib

2019/07/72a53-1562654809.jpg
Oxunub: 586     10:10     09 İyul 2019    
Husi qiyamçıları Səudiyyə Ərəbistanının cənubundakı Abha hava limanındakı bəzi yerləri Pilotsuz Uçuş Aparatları (PUA) ilə hədəfə alıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə husilərə yaxın mənbə bildirib.

Məlumata görə, husilər Abha hava limanındakı hərbi mövqelər ilə döyüş təyyarələrinin saxlanma yerlərini vurub.

Hava limanında uçuşların ləngidiyi qeyd olunur.

Həmçinin husilər ötən gün əd-Dali vilayətinin Qətəbəh məntəqəsinə raket zərbələri endirib. Qiyamçılar tank əleyhinə idarə edilən raket kompleksləri ilə Səudiyyə Ərəbistanı qüvvələrinin bir sıra mövqelərini, texnikasını və canlı qüvvəsini vurublar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Husi   PUA   Hava-limanı  

Husilər Abha hava limanına hücum edib

2019/07/72a53-1562654809.jpg
Oxunub: 587     10:10     09 İyul 2019    