Moskva oyundankənar vəziyyətdə?| "Geokosmos"un Ermənistana köçürülməsi nəyə hesablanıb? - ARAŞDIRMA

2019/08/21463-1564992818.jpg
Oxunub: 2777     15:25     05 Avqust 2019    
Bu ilin aprel ayının sonunda bir çox Azərbaycan, Rusiya və Ermənistan KİV-lərində İrəvanın Rusiyanın peyk məlumatlarına çıxış əldə etməsi və Ermənistan Müdafiə Nazirliyi üçün təsvirlərin işlənməsində istifadə olunacaq stansiyanın modernləşdirilməsi barədə məlumatlar yayıldı. Stansiyanın Kosmik Monitorinq Mərkəzi adlandırıldığı ehtimal edilir.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan əvvəllər jurnalistlərə verdiyi açıqlamasında bildirirdi ki, "Geokosmos" QSC ilə əməkdaşlıq barədə qərar "Ermənistanın kəşfiyyat imkanlarını, xüsusilə kosmik texnologiyalar vasitəsilə genişləndirəcək".

2018-ci ilin əvvəlində Rusiyanın "Roskosmos" korporasiyasının strukturlarından biri olan "Rusiya kosmik sistemləri" şirkəti ilə Ermənistanın kosmos sahəsində tək şirkəti olan "Geokosmos" arasında "Yer səthinin kosmosdan zondlama texnologiyaları sahəsində əməkdaşlıq haqqında müqavilə" imzalandı. Bu barədə Rusiya şirkətinin mətbuat xidməti də məlumat yaydı.

Müqavilə çərçivəsində, İrəvan Rusiyanın orbital qruplaşması tərəfindən Yer səthinin kosmosdan zondlanması nəticəsində əldə edilən məlumatlara giriş əldə etdi. Müqavilə sublisenziya hüququna malikdir, yəni Ermənistanın "Geokosmos" şirkəti Rusiya peyk məlumatlarını həm özünün məhsul və xidmətlərində istifadə edə, həm də yayımlaya bilər.

Bu müqaviləyə əsasən, tərəflər Ermənistanda yerləşən məlumatların qəbulu və emalı stansiyasını modernləşdirirlər. Moskva və İrəvan Yer səthinin kosmosdan zondlama peykləri üçün avadanlıqlar hazırlaya biləcək birgə strukturların, eləcə də kosmik görüntülərin emalı servisinin və proqram təminatının yaradılması barədə razılığa gəliblər. Təsvirlərin çatdırılması və Ermənistan Kosmik Monitorinq Mərkəzinin modernləşdirilməsindən başqa Rusiya tərəfi İrəvanın bu sahədə çalışacaq kadrlarının təlim və peşə hazırlığına, geo-informasiya xidmətlərinin inkişafına və həyata keçirilməsinə kömək etməyi öhdəsinə götürüb.

2018-ci ilin noyabrında Rusiya ilə Ermənistan arasında bağlanan digər bir müqavilədə isə hər iki ölkənin peyk, raket və fərdi alətlərin inkişafı, o cümlədən yerüstü infrastrukturun yaradılması, peyk naviqasiyası və digər sahələrin inkişafında əməkdaşlıq edəcəyi öz əksini tapırdı.

"Geokosmos" şirkətinin Ermənistanın müdafiə strukturları ilə sıx əməkdaşlıq etdiyi məlumdur. 2017-ci ilin noyabrında yaranan şirkət bir ay sonra işğalçı ölkənin Müdafiə Nazirliyi ilə müqavilə bağladı. Bununla da erməni hərbçiləri peyk görüntüləri vasitəsi ilə operativ kəşfiyyatın aparılmasında maraqlı olduqlarını nümayiş etdirdilər. Operativ məlumatların alınması və erməni peykinin işə salınmasına hazırlıq işləri çərçivəsində hökumət "Geokosmos" stansiyasının texniki proqram kompleksinin işlək vəziyyətə gətirilməsi və modernləşdirilməsi üçün 300 milyon dram (625000 dollar) vəsait ayırdı.

Deməli, "Roscosmos" ilə əməkdaşlıq müqaviləsində qeyd olunan "Ermənistanda yerləşən məlumatların qəbulu və emalı stansiyası", "Geokosmos" tərəfindən modernləşdirilməsinə vəsait ayrılan eyni stansiyadır. Lakin bu stansiyaların fəaliyyəti ilə bağlı müqavilələrin bağlanması barədə açıqlamaların fərqli qurumlar tərəfindən və 2 illik fasilə ilə verilməsi sanki bir neçə qəbuledici stansiyanın modernləşdirilməsi prosesinin həyata keçirildiyi görüntüsünü yaradırdı. Əslində isə söhbət eyni stansiyadan gedirdi.

Rusiya və Ermənistan şirkətləri arasında saziş, bu ilin mart ayının sonunda İrəvan şəhərində keçirilən "ArmHiTec-2019" sərgisi zamanı imzalanıb. Daha sonra isə Ermənistan tərəfinin Rusiyanın orbital qruplaşması tərəfindən Yer səthinin kosmosdan zondlanması nəticəsində əldə edilən məlumatlardan əlavə, "Aist-2D" kosmik vasitələrindən də məlumatlar alacağı məlum oldu. "Geokosmos" şirkəti Avrasiya İqtisadi Əməkdaşlığı Təşkilatının peyklərinin istehsalına dair müqavilə imzalayan şirkətlərdən biridir.

Ümumiyyətlə, "Geokosmos" adlı təşkilat 1993-cü ildə Moskva yaxınlığındakı Korolyov qəsəbəsində qeydiyyata alınıb. Şirkət 2016-cı ilin dekabr ayında rəsmən ləğv edilsə də, onun rəsmi internet səhifəsi 2012-ci ilin ortalarından etibarən yenilənməyib. Şirkət geodeziya xidmətlərini göstərməklə bərabər ərazinin üçölçülü rəqəmsal modellərini, yüksək həssas rəqəmsal foto planları, hər hansı miqyasda topoqrafik və xüsusi xəritələri hazırlamaqla məşğul olub. Bir sıra ölkələrdə filialları da mövcud olan və 2016-cı ildə Rusiyada ləğv olunan bu təşkilatın məhz bir il sonra eyni adla Ermənistanda fəliyyətə başlayan "Geokosmos" şirkəti olması ehtimal edilir.

Bir çoxları yeni yaradılan "Geokosmos" şirkətinin kəşfiyyat məqsədli erməni peykinin buraxılması üçün baza rolunu oynayacağını iddia edirlər. Təbii ki, işğalçı ölkə kəşfiyyat imkanlarını inkişaf etdirmək istiqamətində müəyyən addımlar atmaq niyyətində olsa da, bu, maliyyə və texniki maneələr ucbatından hələlik mümkün deyil. Xatırladıraq ki, şirkət yarandığı gündən məxfi dövlət müəssisələri siyahısına daxil edilib.

Ermənistanın modernləşdirəcəyi stansiya barəsində açıq mənbələrdə məlumatlar mövcud deyil. Əgər ciddi bir nailiyyətləri olsaydı, bunu gizlətməyə ehtiyac qalmazdı. Əslində gizlədilməli olan şirkətin yaradılması, stansiyanın modernləşdirilməsi və s. kimi informasiyalar olmalı idi. Şəxsi qənaətimə görə, ayrılan vəsait stansiyanın tam həcmdə funksiyalarını yerinə yetirməsinə imkan vermədiyi üçün bu barədə geniş məlumat verilmir və buna görə də onun imkanları barədə yalnız ehtimallar irəli sürülə bilər.

Rusiya ilə müqavilənin detalları məlum olmadığına görə, Rusiyanın bu məlumatları Ermənistana həmişəki kimi imtiyazlı və ya ödənişli şəkildə təqdim etdiyi bilinmir. Rusiyanın bu stansiyadan digər məqsədlər üçün istifadə edəcəyi təqdirdə, ödəniş məsələsi ləğv oluna bilər. Belə olan halda isə Ermənistanın yenidən 100 milyon dollar həcmində borclanaraq öz peykini buraxmasına ehtiyac qalmır.

Rusiya peyklərindən məlumatları qəbul edərək sifarişçilərə, o cümlədən Ermənistan Müdafiə Nazirliyinə ötürülməsi mürəkkəb və qəliz bir proses olmamaqla bərabər, ciddi və bahalı avadanlıqlar da tələb etmir. Odur ki, bu stansiyanı hələlik peyk qəbuledicisi kimi dəyərləndirmək daha doğru olardı. Digər tərəfdən isə ayrılan məbləğin də ciddi bir modernləşməyə imkan verəcəyini düşünmürəm. Kosmik kəşfiyyat kompleksinin tam həcmdə və bütün komponentləri ilə birgə yaradılması kifayət qədər bahalı, bəlkə də Ermənistanın illik büdcəsi ilə müqayisə olunacaq rəqəmlə ifadə olunur. Düşünmürəm ki, Ermənistanın bu kompleksə ciddi ehtiyacı formalaşıb və onu reallaşdıra biləcək. Sadəcə 2016 və 2018-ci illərdə cəbhə xəttində baş verən hadisələr Ermənistanın hərbi-siyasi rəhbərliyini bu istiqamətdə bəzi addımların atılmasına vadar etdi. Fikrimcə, Ermənistanda fəliyyətə başlayan "Geokosmos" şirkəti Rusiyada ləğv edilən eyni şirkətdir.

Moskvada, Qamsonovski döngəsi 2/9, korp. 4 ünvanında fəaliyyət göstərərkən şirkətin direktorlar şurasının sədri Melnikov Sergey Rafaeleviç, baş direktoru isə Sumin Timofey Aleksandroviç adlı şəxslər olub.

Şirkət:

- Geniş miqyaslı rəqəmsal topoqrafik planların və xüsusi xəritələrin hazırlanması;
- Ərazinin, mühəndislik obyektlərinin ətraflı üçölçülü relyef modeli;
- Yüksək qətnaməli ortofotoplanları;
- Situasiya modelləşdirilməsi və monitorinqi;
- Kadastr planları və torpaq idarəçiliyi sənədlərinin tərtib edilməsi kimi spesifik xidmətlər təklif edirdi.

İlk görünüşdən fərqli bir detal nəzərə çarpmır. Lakin şirkətin əldə etdiyi lizenziyalara nəzər saldıqda vəziyyət dəyişir. Şirkət əsas fəaliyyətlər üçün lisenziyadan başqa:

- Rusiyanın Geodeziya və Kartoqrafiya üzrə Federal Xidmətindən geodeziya və kartoqrafiya fəaliyyəti ilə bağlı işlərin aparılması üçün lisenziyaya;
- Rusiyanın Dövlət Texniki Nəzarət Komitəsindən yeraltı sərvətlərin istismarının tədqiqat işi ilə bağlı fəaliyyət göstərmək üçün lisenziyaya,
- Moskvada fəaliyyət üçün ROSTEST lisenziyasına;
- 1 və 2-ci məsuliyyət səviyyəsində bina və qurğuların tikintisi, dizaynı üçün mühəndislik və geodeziya tədqiqatlarının həyata keçirilməsi üçün Rusiya Dövlət Tikinti Komitəsinin lisenziyasına;
- Dövlət sirri təşkil edən məlumatların istifadəsi ilə bağlı fəaliyyət üçün lisenziyaya da malikdir.

Sonuncu lisenziyaya malik bir şirkətin Rusiyada fəaliyyətini dayandıraraq, onu Ermənistan ərazisində davam etdirməsi suallar yarada biləcək amillərdir. Ermənistanın atom fizikası sahəsində hansısa nailiyyətlərə malik olması bəlkə də əksəriyyətimizdə şübhə yaratmaz. Lakin kosmos sahəsində Ermənistan sıfırdan başlamaq məcburiyyətindədir. Belə bir ixtisaslı şirkətin Rusiyanın potensialını Ermənistanla əvəz etməsi, böyük ehtimalla siyasi qərardır və daha çox Rusiyanın informasiya təhlükəsizliyinə xidmət edir. Lakin bu o demək deyil ki, Ermənistan bu şirkətlə bağladığı müqavilədən yaralanmayacaq və milli kadrlarının yetişdirilməsinə çalışmayacaq.

Düşünürəm ki, modernləşdirilən stansiyanın qalan xərcləri Rusiya tərəfindən qarşılanıb, görüntlər və təsvirlər isə Ermənistana ödənişsiz ötürülür, əvəzində isə həmin stansiyadan Moskva özünün kəşfiyyat və informasiya mərkəzi kimi istifadə edir. Başqa sözlə desək, Ermənistan öz ərazisindən Rusiyanın operativ kəşfiyyat xarakterli fəaliyyətlərini ört-basdır etmək müqabilində Azərbaycan ərazlərinin görüntülərini əldə etmək imkanlarına sahiblənib. KTMT-nin cənub sərhədlərində belə bir stansiya və ya mərkəzə sahib olmaq Rusiyanın, Azərbaycan ərazilərinin görüntülərini qəpik-quruş qarşılığında əldə etmək isə Ermənistanın maraqarına tam uyğundur.

Bir detalı da nəzərə almaq vacibdir ki, bu stansiyaların əlaqədə olduğu hərbi peyklər və mülki peyklər arasında fərqlər mövcuddur. Burada söhbət yalnız texniki imkanlardan getmir. Hərbi peyklərdən yerdəki stansiyaya ötürülən informasiya bir neçə səviyyədə şifrələnir. Bu informasiyanı əldə etmək üçün yerüstü stansiyanın şifrələrin kodunu bilməsi vacibdir. Rusiyanın özünə, tabeçiliyi olmayan bir quruma, həm də hər 1000 nəfərdən ən azı ikisinin ABŞ diplomatı olduğu bir ölkənin ərazisindəki yerli şirkətə belə bir kodları verəcəyinə inanmaq mümkün deyil. Buna görə də Moskva ərazisində fəalliyət göstərən "Geokosmos" şirkətinin Rusiyadan Ermənistana köçürülməsinə qərar verir və hardasa Azərbaycan tərəfinin verə biləcəyi suallardan qismən yayına bilir. Şirkət rəhbərliyinə isə Qevorq Manukyanın gətirilməsi Rusiyanın oyundankənar vəziyyətdə qalmasını nümayiş etdirmək məqsədi daşıyır.

Nəticədə Ermənistan Azərbaycan ərazilərinin görüntülərini əldə etmək imkanına malik olur. Lakin İrəvanın, Rusiya hərbi peyklərinin informasiya şifrə və kodlarını əldə edərək müstəqil şəkildə məlumatları oxuması və istifadə etməsi inandırıcı deyil.

Ermənistan Rusiya ilə kosmik əməkdaşlığa dair bəzi hüquqi sənədlər imzalasa da, hələ real əməkdaşlıq və informasiya mübadiləsinə başlamayıb. Bunun iki səbəbi ola bilər.

Birinci səbəb, Ermənistanın zəruri kosmik infrastrukturunun işlək vəziyyətdə olmaması ilə əlaqədardır. Kosmik Monitorinq Mərkəzi adlandırıla biləcək stansiyanın modernləşməsinə bir miqdar vəsait ayrılıb. Modernləşdirmə yalnız işlək bir struktur üçün keçərlidir, yəni bu stansiyanı əvvəlcə işlək vəziyyətə gətirib sonra modernləşdirmək mümkündür. Bu isə müəyyən qədər əlavə vəsait və zaman tələb edə bilər.

İkinci səbəb isə məxfi informasiyanın qorunması ilə bağlıdır. 2017-ci ildə KTMT-nin kosmik kəşfiyyat və xüsusi təyinatlı qüvvələrinin Rusiya və Ermənistan ərazisində "Axtarış-2017" təlimləri keçirildi. Ermənistanın öz ərazisində keçirdiyi təlimə dəvət olunmaması diqqətlərdən yayınmadı. Belarus və Rusiyanın qatıldığı təlimin məxfi aspektlərinin Ermənistana etibar edilməməsi ilk dəfə baş verən hadisə deyil. Məhz burada Rusiyanın Ermənistan ərazisindən məlumatların ehtimal olunan rəqiblərin, o cümlədən ABŞ Milli Təhlükəsizlik Agentliyinin əlinə keçməsindən narahatlığı aşkar şəkildə hiss edilir.

İstənilən halda, düşmən ölkəmiz haqqında müxtəlif kanallar vasitəsilə kəşfiyyat məlumatları əldə etmək üçün əlində mövcud olan və olmayan bütün mexanizmlərdən yararlanmağa çalışır. Bu fəaliyyətlərin qarşısının alınması üçün zəruri tədbirlər görülməlidir. Kosmik və ya kiber müdafiənin daha böyük miqyasda təşkili artıq Silahlı Qüvvələrimiz üçün zərurətə çevrilir. Bunun üçün bir çox nəhəng dövlətlərdə olduğu kimi, rəqibin peyklərini aşkarlamaq və məhv etmək üçün kosmosda döyüş əməliyyatlarının həyata keçirilməsini planlaşdırmaq, orada kosmik qruplaşma yaratmaq bəlkə də indiki vəziyyətimizdə real görünmür. Lakin bu yerüstü stansiya ilə peyk arasındakı əlaqə kanallarının ələ keçirilməsi, basdırılması və ya bloklanması ən vacib vəzifələrimizdən biri olmalıdır.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya-Ermənistan   Geokosmos  

Moskva oyundankənar vəziyyətdə?| "Geokosmos"un Ermənistana köçürülməsi nəyə hesablanıb? - ARAŞDIRMA

2019/08/21463-1564992818.jpg
Oxunub: 2778     15:25     05 Avqust 2019    