Silahlanmamızda olan SOM qanadlı raketlərinin yeni modifikasiyası - HƏRBİ ESKPERT (FOTO+VİDEO)

2019/07/mfc-s-1562590683.jpg
Oxunub: 2319     16:36     08 İyul 2019    
Son illərdə Türkiyə Müdafiə sənayesində diqqəti cəlb edən xüsusi bir tendensiya formalaşıb. Sursat və onların daşıyıcılarını istehsal edən şirkətlərin özəl sektora və ya dövlətə aid olmasından asılı olmayaraq, onların arasında kifayət qədər effektiv qarşılıqlı koordinasiya əlaqələri müşahidə edilir. İstehsal prosesi zaman baxımından da düzgün planlaşdırılır. Yəni nə sursatın daşıyıcını, nə də daşıyıcının sursatı uzun müddət gözləməsinə ehtiyac qalmır. Layihələndirmə prosesində bütün potensial daşıyıcılara yeni sursat və ya raketlərin inteqrasiya imkanları nəzərə alınır. Belə bir formula Silahlı Qüvvələrin qarşılıqlı əvəzetmə prinsiplərinin tətbiqində çox vacibdir.

Məsələn, yeni “Atak 129” helikopteri vasitəsilə SOM uzaqmənzilli raketlərinin, lazer başlıqlı “Teber” raketinin, ortamənzilli OMTAŞ tank əleyhinə raketinin, uzaqmənzilli UMTAŞ tank əleyhinə raketinin, “Tanok” lazer başlıqlı sursatının, “Cida” idarəolunan yaxınmənzilli raket kompleksinin və s. kimi müasir silah sistemlərinin də döyüş tətbiqi mümkündür.

“Akıncı” PUA-sı da “Cirit”, L-UMTAS, UMTAS, BOZOK, MK-81, MK-82, MK-83, HGK (Hassas Güdüm Kiti), KGK (Kanatlı Güdüm Kiti), “Teber”, “Gökdoğan”, “Bozdoğan”, SOM kimi raket və bombalardan istifadə edə bilir. Göründüyü kimi, daşıyıcılar və onların istifadə edəcəyi sursatların istehsalı paralel olaraq həyata keçirilir və hardasa özündə sinxron bir fəaliyyəti birləşdirir. Bundan əlavə bir çox sursatlar bir neçə müxtəlif tipli daşıyıcılar tərəfindən tətbiq edilə bilir.

Bu dəfə bəhs edəcəyimiz mövzu Azərbaycan HHQ-nin də sahib olduğu SOM qanadlı raketləri və onların fərqli versiyalarını əhatə edəcək.

SOM-J

SOM qanadlı raketi (Səthə Atılan Orta Mənzilli Sursat) Türkiyənin Müdafiə Tədqiqat və İnkişaf Mərkəzi olan TÜBİTAK-SAGE tərəfindən layihələndirilib. Raketin istehsalı və xarici dövlətlərə satışı məsələləri ROKETSAN şirkətinə həvalə olunub. Uzunmənzilli SOM raket ailəsinin SOM-A, SOM-B1, SOM-B2, SOM-J kimi konfiqurasiyaları mövcuddur. 2006-cı ildən etibarən konstruksiya işləri davam etdirilən raket həm hərəkətdə olan, həm də stasionar hədəfləri məhv etmək üçün nəzərdə tutulub. Quru, dəniz və hava platformalarından buraxıla bilən yüksək dəqiqlikli, yeni nəsil qanadlı raketdir.

2011-ci ildə İzmir şəhərində yerləşən Çiğli aviabazasında Türkiyə Hərbi Hava Qüvvələrinin 100-cü ildönümü münasibətilə təşkil olunan tədbirdə nümayiş etdirilib.

SOM qanadlı raketlərinin ilk 3 versiyası olan SOM-A, SOM-B1, SOM-B2 hazırda Türkiyə Hərbi Hava Qüvvələrinin silahlanmasında olan F-16 (CCIP və Blok 50 variantlarında) və F-4E 2020 döyüş təyyarələrinə inteqrasiya olunub. F-35 qırıcılarına isə “J” versiyası quraşdırıla bilər. Sonuncunun digər qırıcılarda tətbiqi isə nə təsdiq, nə də təkzib olunur. Məntiqlə baxsaq, bu, qeyri-mümkün olan bir proses kimi görünmür. Xatırladım ki, SOM-J raketləri havadan su səthinə zərbə endirmək məqsədilə F-35 qırıcılarına inteqrasiya edilə bilən yeganə qanadlı raketlərdir.

2018-ci ildən etibarən Türkiyəyə təhvil verilməli olan 116 ədəd F-35 döyüş təyyarələrinin daxili sursat bloku 4 ədəd SOM-J qanadlı raketləri ilə təchiz olunmalı idi, lakin proses hələ də ABŞ tərəfinin etirazları səbəbindən həyata keçirilmir.

SOM raketlərinin imkanları və Taktiki-Texniki Xüsusiyyətləri

Mərkəzi şəbəkə əməliyyat konsepsiyasına uyğun olaraq hazırlanan SOM-J, zəruri hallarda, buraxıldıqdan sonra başqa bir istifadəçi tərəfindən və digər hədəfə qarşı da tətbiq edilə bilər. İnfraqırmızı aşkarlama sensorları raket uçuşunun son mərhələsində hədəfə doğru daha həssas hərəkət etməyə imkan verir. Qanadlı raketlər “Universal Armament Interface” sisteminə uyğunlaşdırılıb.

Bütün raketlər tuşlama-naviqasiya və ərazi-naviqasiya sistemi ilə təchiz olunur. Bundan əlavə, SOM-B1, SOM-B2 və SOM-J infraqırmızı özütuşlanan başlığa, avtomatik hədəf ələkeçirmə və elektron-optik korrelyasiya alt sisteminə malikdir. SOM-A və SOM-B1 230 kq-lıq nüfuzetmə döyüş başlığı, o cümlədən SOM-B2 də eyni kütləli tandem nüfuzetmə başlığı ilə təchiz olunur. SOM-J isə 140 kq döyüş başlığı daşıyır.

SOM-J raketlərinin təchiz olunduğu idarəetmə sistemləri bunlardır:

- Ətalətli naviqasiya sistemi (INS);
- Qlobal Mövqetəyinetmə sistemi (GPS);
- Yer səthinə istinad edən naviqasiya sistemi (TBN);
- Görüntüyə istinad edilən naviqasiya sistemi (IBN);
- Avtomatik hədəf aşkarlama sistemi.

SOM raketi baza versiyasında 3.6 metr uzunluğa, 600 kq ümumi və 230 kq döyüş başlığı kütləsinə malik idi. 500 kiloqram ümumi kütləyə malik olan SOM-J isə 4 metr uzunluqdadır, raketin qəlpəli fuqas və ya zirehdələn döyüş başlığının kütləsi isə 140 kq-dan artıqdır.

İdarəetmədə müxtəlif sistemlərdən istifadə edilməsi raketin öz hədəfini yüksək dəqiqliklə məhv etməsinə imkan yaradır. Raketin dizayn aspektlərini müəyyənləşdirmək məqsədilə təqribən 30 sınaq uçuşunun həyata keçirilməsi planlaşdırılmışdı. Bu sınaqlardan sonra, 2011-ci ilin sonunda raketlərin ilk partiyası Türkiyə Hərbi Hava Qüvvələrinə təslim edildi.

Aşağı görüntülənmə xüsusiyyətinə malik SOM qanadlı raketi barəsində açıqlanan ilkin məlumatlarda onun atəş məsafəsinin 180 km-dən artıq olduğu bildirilsə də, bir il sonrakı sınaqlarda raket 300 km məsafədə yerləşən hədəfi 5 m yayınma ilə məhv edərək öz rekordunu yenilədi.

Hazırda raketin maksimal atəş məsafəsinin 2500 km-ə çatdırılması barədə Türkiyə prezidentinin verdiyi tapşırığın yerinə yetirilməsi istiqamətində çalışmalar davam edir.

Son SOM-J layihəsində raket mühərrik texnologiyalarında xarici asılılığın azaldılması istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edilib. Mühərrikin kompressor, yanma kamerası və turbo hissələri ilə bərabər digər mühərriklərdə də istifadə oluna biləcək yanacaq nasosu, yanacaq idarəetmə sistemi, elektron nəzarət bloku, pirotexnika bölməsi kimi alt sistemlərinin inkişafı da bu nailiyyətlərdən hesab ediliir. İkinci mühüm nailiyyət isə yeni reaktiv mühərrikin hazırlanması üçün vacib olan orijinal sınaq cihazlarının ölkədə istehsal edilməsi oldu.

ROKETSAN və “Lockheed Martin”

ROKETSAN şirkəti DSEI 2015 sərgisində “Lockheed Martin” ilə SOM-J raketinin F-35 qırıcısının daxilinə inteqrasiyası üzrə müqavilə imzalayıb. Artıq SOM-J-lərin Avstraliya üçün istehsalı edilən F-35A döyüş təyyarələrinə quraşdırılması məqsədilə satıldığı da idda edilir.

“Lockheed Martin” şirkəti tərəfindən yayımlanan videoda ROKETSAN ilə birgə hazırlanan SOM-J qanadlı raketinin taktiki imkanları və istifadə konsepsiyaları əks etdirilib.

Kompüter qrafikası ilə hazırlanan videoda SOM-J raketi F-35 döyüş təyyarəsinin daxili silah blokuna yüklənir və təyyarələr əvvəlcədən təyin edilən hədəflərə hücum edirlər. Təyyarələrin müxtəlif yerüstü və suüstü hədəflərə etdiyi hücumlar zamanı raketin müxtəlif taktiki xüsusiyyətləri sadalanır.

Videoda nümayiş etdirilən və istifadəçilərə təqdim edilən taktiki üstünlüklər aşağıdakılardır:

1.Raket hədəfə uçuşu zamanı ortaya çıxan və əvvəlcədən planlaşdırılmayan yeni hədəflərə yönəldilə bilər;
2.Raket suyun və ya yerin səthini izləyərək çox aşağı hündürlükdə uça bilir, bu isə SOM-J-nin radardan gizlənməsini təmin edir;
3.Raket hədəfə üst tərəfdən, yəni zireh mühafizəsinin ən zəif olduğu yerdən zərbə endirir.

Azərbaycan HHQ-də SOM qanadlı raketləri

Azərbaycan Hərbi Hava Qüvvələri də Türkiyənin ROKETSAN şirkətindən SOM qanadlı raketləri əldə edib. HHQ-nin silahlanmasında yer alan SOM-B1 raketi ilk dəfə 2018-ci ildə Azərbaycan Ordusunun 100 illik yubiley paradında nümayiş etdirilib.

Azərbaycanın milli silahlanmasında mövcud olan MiQ-29 və Su-25 təyyarələri SOM raketlərini daşıya bilir. Əvvəllər daha çox Su-25 təyyarələrinə quraşdırılacağı iddia edilən raketlərin son zamanlar MiQ-29 təyyarələrinə inteqrasiya olunduğu duyulmaqdadır.

Əslində bu məqalədə qeyd olunanlar arasında Azərbaycan HHQ-ni maraqlandıra biləcək bəzi məqamlar da mövcuddur. Əvvəla qeyd edək ki, hazırda aviasiya sursatlarının yerli seriya istehsalına hazırlaşan Azərbaycanın istifadəsində Türkiyənin ROKETSAN şirkətindən əldə olunan SOM qanadlı raketlərinin mövcudluğunu nəzərə alsaq, onların buraxılması üçün Türkiyənin “Akıncı” zərbə PUA-larının istifadəsi daha məqsəduyğun, daha sərfəli və az riskli ola bilər. SOM raketi barəsində açıqlanan ilkin məlumatlarda onun atəş məsafəsinin əvvəlcə 180 km, qısa müddət sonra isə bu göstəricinin 300 km-ə çatdırılması, hazırda isə raketin maksimum atəş məsafəsinin 2500 km-ə çatdırılmasının planlaşdırılması, sözügedən qanadlı raketlərin yüksək potensialından xəbər verir.

Belə bir məsafə diapazonu, PUA-ya düşmən HHM sisteminin məhvetmə zonasına daxil olmadan qanadlı raketlərin buraxılması metodunu təhlükəsiz şəkildə icra etməyə imkan verir. İkincisi isə SOM kimi Türkiyənin digər ağıllı raket və sursatları Azərbaycan üçün daha əlçatandır. Bu barədə fikirləşməyə dəyər. Digər tərəfdən isə Azərbaycan HHQ-nın aviasiya parkının yenilənməsi məqsədilə alınan və gələcəkdə alınması planlaşdırılıan qırıcıların həm SOM raketləri ilə, həm də yerli aviasiya sursatları ilə inteqrasiya məsələsi ciddi şəkildə nəzarətdə saxlanılmalıdır.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə-Azərbaycan   SOM-J   F-35   ROKETSAN   Lockheed-Martin  

Silahlanmamızda olan SOM qanadlı raketlərinin yeni modifikasiyası - HƏRBİ ESKPERT (FOTO+VİDEO)

2019/07/mfc-s-1562590683.jpg
Oxunub: 2320     16:36     08 İyul 2019    