T-72-lərin modern...| Hələ də “B3” və “B4”ü müəyyən edə bilmirsiz? - HƏRBİ EKSPERT (ANALİZ)

2019/07/t72b4-1562323127.jpg
Oxunub: 4849     14:13     05 İyul 2019    
Son zamanlar sosial şəbəkələrdə əsas tankların modernləşdirilməsi mövzusu geniş müzakirə olunur. Müzakirələrdə iştirak edənlərin əsasən tank sahəsi üzrə birbaşa əlaqəsi olmayan həvəskar gənclərin olduğunu nəzərə alaraq, bu mövzunu hər bir şəxsin tam anlaya biləcəyi tərzdə işləməyə qərar verdik.

Modernləşdirmə (ing. modern- müasir, qabaqçıl, yenilənən) - obyektlərin müasir tələblərə, normalara, texniki şərtlərə, texnoloji proseslərə cavab verməsi məqsədilə yenilənməsi prosesidir. Bu proses adətən maşınlara, avadanlıqlara və texnologiyalara aid edilir. Tankların yenilənməsi normal orduların hamısına xas bir xüsusiyyətdir. Bu gün toxunacağımız yazıda əsasən T-72 tanklarının modernləşdirilməsinə diqqət yetirəcəyik, çünki T-90 tankları onlarla müqayisədə daha yenidir. T-72-lər isə T-54/55 modellərindən sonra 20.000 ədəd sayla dünyada ən çox istehsal edilən əsas döyüş tankıdır. Bu tanklar dünyanın 40-dan çox ölkəsinin, o cümlədən Azərbaycan və Ermənistan ordularının silahlanmasında yer alır.

T-72 tanklarının yaradılmasına ehtiyac T-62 tanklarının 1967 və 1973-cü illərdə baş verən müharibələrdə zəif nəticələr göstərməsindən sonra meydana gəlib. 1982-ci ildə Livandakı T-72 tanklarının döyüş tarixçəsi hələ də mübahisə mövzusu olaraq qalır. Ümumiyyətlə zamanına görə T-72 tankları çox da zəif hesab edilmirdi, buna görə də mütəxəssislər burada Livan ordusunun zirehli texnikaların tətbiqində nəzərə almadıqları müəyyən məqamların mövcudluğunu önə sürməyə çalışıdılar. Sonradan isə Birinci Körfəz müharibəsi zamanı ABŞ ordusunun M1 "Abrams" tankları və "Bradley" PDM-ləri ilə keçirdiyi əməliyyatlardan birində İraq ordusuna aid 37 ədəd T-72 tankını məhv etməsi qarşılığında yalnız 1 ədəd "Bradley" PDM-ni itirməsi SSRİ tanklarının bir çox zəif nöqtələrini praktiki olaraq sübut etdi. Nəticədə bu günə qədər davam edən çoxsaylı T-72 modernləşdirmələrinə start verildi.

Hər bir texnikanın və ya avadanlığın bəlli bir istismar və zəmanət müddəti mövcuddur. Bəzən bu müddət başa çatmadan, hərdən isə istehsal prosesi bitər-bitməz modernləşmənin başlaması barədə məlumatlar yayılır, bu isə hərdən istehsalçının sifarişçidən daha çox vəsait əldə etməsi cəhdinə bənzəyir.

İkinci tank nəslinə aid T-72 adından da göründüyü kimi, sovet tankları ailəsinə məxsus ən birinci, yəni ən sadə və primitiv modeldir. T-72 döyüş vasitəsi sonradan modernləşmələrə məruz qalaraq, T-72A, T-72AB, T-72AK, T-72M, T-72M1, T-72M1M, T-72AV, T-72B, T-72BK, T-72S, T-72S1, T-72BM, T-72B3, T-72B3M və T-72B4 modellərinə qədər inkişaf etdirilib. Xüsusiyyətlərinə görə, T-72B tankları digərlərinə nisbətən daha yüksək nəticələr nümayiş etdirməyə nail olub.

Ümimiyyətlə, indiyə qədər T-72 tankları 20-yə qədər modernləşməyə məruz qalıb. Belə bir göstəricinin digər texnikalarda təkrar edildiyini xatırlamıram. Əslində bu qədər modernləşməyə məruz qalmaq baza versiyasının mükəmməl olaraq hazırlanmadığını və sonrakı yenilənmələrin də keyfiyyətsiz aparıldığını göstərir. Belə bir bahalı və mürəkkəb texnikaların istehsal prosesində ən azı 20-30 illik dövr üçün istismar perspektivlərı nəzərə alınmalıdır. Davamlı olaraq modernləşmənin sonunda isə müştərilər daha bahalı olsa belə digər zirehli vasitələrə meyllənir.

T-72A tankları əvvəlki T-72 tankının ilk modernləşməsi hesab edilir və baza modelindən əsas fərqləri aşağıdakılardan ibarətdir:

- TPDK-1 lazer məsafəölçəni;
- L-4 işıqlandırıcısı ilə birlikdə TNP-3-49 tuşlayıcının gecə nişangahı,
- Yan tərəfin tamamilə kumulyativ mərmi əleyhinə ekranları;
- 2A26M2 topu əvəzinə 2A46;
- 902B tüstü qumbaralarının atəş sistemi;
- Sürücünün TVNE-4B gecə görmə cihazı;
- Çarxların artan dinamikası;
- B-46-6 mühərriki.

1991-ci ildə "Uralvagonzavod" zavodu T-72 tankının "B" seriyası səviyyəsində inkişafını həyata keçirməyə başlayır. SSRİ-nin dağılması ilə ölkədə tank istehsalı dayanır, digər T-72B istehsalçısı olan Çelyabinsk Tank Zavodu isə bundan sonra ümumiyyətlə heç vaxt zirehli vasitə istehsal etmir. "Uralvagonzavod" isə 1998-ci ilə qədər yalnız tankların təmiri ilə məşğul oldu.

Zavod rəhbərliyinin dəyişikliyindən sonra bir neçə tank modernləşdirildi. İlk modernləşmə Rusiya Müdafiə Nazirliyinin büdcəsinə uyğun gəlmədi. Nəticədə 1999-cu ildə zavod təmir edilərək modernləşdirilən tankı T-72BA modeli adı altında dövlət sınaqlarına təqdim etdi. Uğurlu sınaqlardan sonra tank T-72BA adı altında silahlanmaya qəbul edildi. Sonralar T-72B tankı "C" seriyası adı ilə digər ölkələrə ixrac edildi.

2000-ci ilə qədər təkmilləşdirilən tanklar aşağıdakı avadanlıqlarla təchiz edilirdi:

"Kontakt" dinamik mühafizə dəsti və əlavə olaraq "Kontakt-5"dən bəzi detallar;
- 1A40-1 atəşi idarəetmə sistemi (AİS);
- 2E42-4 sabitləşdiricisi;
- V-84MS mühərriki.

2002-ci ilədək həyata keçirilən tankların modernləşdirilməsində aşağıdakı avadanlıqlarla təchizat həyata keçirildi:

- 1A40-1M AİS;
- "Kontact-5" dinamik mühafizə dəsti.

2003-cü ildən etibarən modernləşdirmə tankları aşağıdakı avadanlıq və yeniliklərlə təmin etdi:

- Mühərrik-transmissiya avadanlığı birləşdirildi;
- V-92S2 mühərriki tətbiq edildi;
- Transmisiya yeniləndi;
- Alüminium radiator tətbiq edildi;
- Hava təmizləyici sistem yeniləndi;
- İR maskalanma tətbiq edildi;
- Çarxlar (katoklar) təkmilləşdirildi;
- SU 3ET13-1 ilə yangın əleyhinə avadanlıq tətbiq edildi;
- "Abzas"rabitə kompleksi ilə təchiz edildi.

2005-ci ildə keçirilən modernləşmədə məqsəd idarəetməni və qorunma səviyyəsini artırmaqdan ibarət oldu. Bu zaman əvvəlki 1A40-1M atəşi idarəetmə sistemi və "Kontakt-1" dinamik mühafizə dəstinin blokları dəyişdirildi. Dəməşqin silahlanmasında mövcud olan T-55-lər Ukraynada, T-82 (T-72A) tankları isə Suriya ərazisində modernləşdirildi. Bu mədsədlə zəruri olan "Kontakt-1" dinamik mühafizə dəstinin keçmiş Sovet İttifaqı ölkələrindən birindən, çox güman ki, Ukraynadan alındığı və Ermənistandan olan podratçı şirkət tərəfindən quraşdırıldığı iddia edilir.

“AB” standartına qədər modernləşdirmə Suriyanın T-82 indeksinin dəyişməsinə səbəb olmadı.

2011-ci ildə son modernləşmə çərçivəsində T-90MS tanklarındakı "Kalina" AİS-ə bənzəyən "Sosna-U" sistemi tətbiq edildi. Xatırladım ki, "Sosna-U"nun termal nişangahı Belarusun "Pelenq" ASC tərəfindən hazırlanır və Fransanın CATHERINE şirkətinin istehsal etdiyi 2-ci nəsil termal kamera ilə təchiz olunur. Hazırda Rusiya T-72 tanklarında konstruksiyası tam uyğun olmasa da, bu AİS-dən geniş istifadə edir, səbəb kimi isə yerli panorama tipli nişangahın yüksək dəyəri göstərilir.

T-72B tanklarının ilk modernləşməsinə 2011-ci ildə başlanıb və onlar 2012-ci ildən Rusiya ordusunun silahlanmasında istismar edilir. Ümumi olaraq bu tankda innovasiyalardan yalnız "Sosna-U" nişangahı, rəqəmsal radiostansiya, avtomatik sursat yükləmə mexanizmi və 2A46M-5 topu tətbiq edildi. Digər elementlər əvvəl olduğu kimi saxlanıldı.

2014-cü ildə keçirilən T-72B3 modernləşməsinin əsas məqsədi Rusiya hərbçilərinin tank biatlonunda müvəffəqiyyətli çıxışını təmin etmək və tankların üstün cəhətlərini nümayiş etdirməkdən ibarət idi. Bu model ilk baza modelindən 1130 at gücünə malik mühərriki, komandirin panorama tipli termal nişangahı, avtomatik transmisiya və hərəkət idarəetmə sisteminin nasazlığı barədə informasiyanın səsli ötürülməsini təmin edən qurğu ilə fərqlənirdi.

Son dəfə, 2016-cı ildə keçirilən modernləşmə T-72B tanklarının T-72B3 səviyyəsinə yüksəlməsini tamamladı. Tankların 2017-ci ilin mayın 9-da keçirilən Qələbə Paradında iştirak etməsi modernləşmənin məhdud miqyasının əsas səbəbi olduğu ehtimal edilir.

Son modernləşmə hər bir tank üçün 80 milyon rubl dəyərində qiymətləndirildi. Bu isə hardasa tankın mövcud dəyərinə ekvivalent rəqəm deməkdir.

T-72B tanklarının B3 səviyyəsində modernləşdirilməsinin bütün mərhələləri:

- "Sosna-U" AİS və 1A40-4 nişangahının;
- Avtomatik hədəf izləmə sisteminin;
- R-168-25U-2 radiostansiyası və AVKSU proqram kompleksinin;
- 125 mm-lik 2A46M-5-01 topunun;
- 6P50 "Kord" tipli zenit pulemyotunun;
- 1130 at gücünə malik V-92S2F mühərriki və onun fəaliyyətini təmin edən sistemlərin;
- Sürücü-mexanikin displey kompleksinin və arxa görünüş kamerasının;
- Torpağa bucaq altında toxunaraq daha yaxşı təmas yaradan və özünü təmizləyən təkmil tırtıl lentasının;
- Mühərrik-transmisiya hissəsini və korpusunu yan tərəfdən qoruyan ekranlara malik "Relikt" dinamik mühafizə kompleksinin tətbiqi kimi yeniliklərin həyata keçirilməsi ilə nəticələndi.

Ən son modernləşməyə məruz qalan T-72B3M modelidir. B4 modelini heç kim görmədiyi və ondan istifadə etmədiyi üçün onun barəsində rəy bildirmək doğru olmazdı.

Buna görə də T-72B3M modelinin müsbət və mənfi cəhətlərini qərəzsiz dəyərləndirməyə çalışaq:

1. Topun istifadə etdiyi yeni mərmilərin nüfuzetmə gücü T-72B tərəfindən istifadə edilənlərlə müqayisədə təxminən 20% artıb;
2. T-72B ilə müqayisədə dəqiqliklə bərabər gündüz və gecə effektiv atəş məsafəsi də artıb;
3. Hədəf aşkarlama imkanları tuşlayıcının avadanlıqları hesabına çox az miqdarda inkişaf edib. Bunun nəticəsində tuşlayıcının hədəf alma müddəti bir qədər azalıb. Gecə isə tuşlama cihazları əsas nişangahın termal kanalı vasitəsilə fəaliyyət göstərməyə başlayıb;
4. T-72B3 tankında rəqəmsal ballistik hesablama kompüterinin də mövcud olduğu ehtimal edilir. Lakin onların TTX-sı barədə dəqiq məlumatlar mövcud deyil;
5. Komandirin TKN-3MK nişangahı hər dəfə yenilənsə də, əvvəl olduğu kimi yenə də tələblərə tam cavab vermir, yalnız "Dubl" rejiminin tətbiqi zamanı komandirin hədəf aşkarlamağa sərf etdiyi reaksiya müddəti bir qədər azalıb;
6. Komandir öz yerində quraşdırılan AİS monitoru hesabına tuşlayıcının gördüyü hər hədəfi görür, lakin öz mövqeyindən top ilə hədəfə atəş aça bilmir. Düyməyə basan kimi tankın qülləsi komandirin baxdığı istiqamətə dönür və hədəf tuşlayıcının müşahidə zonasına düşür. Belə bir atəşi idarəetmə sistemi son dəfə 1945-ci ildə buraxılan İS-3 ağır tankında mövcud olub. Bu T-72B3 tankının ən böyük qüsurudur;

7. Tankın təhlükəsizliyinin atmasını da demək çətindir. Zirehli maşında hələ də 85-ci ilin "Kontakt-5" dinamik mühafizəsindən istifadə edilir. Lakin nə qüllə, nə yan tərəflər tam qorunmur;
8. "Sosna-U" çoxkanallı nişangahı B3 versiyasında tuşlayıcının boynunda ostexondroz yaranmasına tam zəmanət verir;
9. Nişangah çöl tərəfdən boltlara malik qapaqla örtülür. Onu zireh qorunması altından, yəni tankın daxilindən açmaq və ya bağlamaq tamamilə qeyri-mümkündür. Bu isə döyüş zamanı tankdakı ekipajın yerini tərk etməsinə, dolayısı ilə heyətin ən təhlükəli hesab edilən səhvə yol verməsinə səbəb olur.

Ümumiyyətlə, T-72B3-ün istənilən halda T-90 tanklarının baza modelindən belə zəif olduğu müzakirə mövzusu deyil. Rusiya tank mütəxəssisləri arasında bəzi göstəricilərinə görə B3 modelinin sələfi T-72B-dən geri qaldığını iddia edənlərin də sayı kifayət qədərdir. Belə olan halda modernləşmələrin sayının 20-dən artıq olmasının əsas səbəbi də aydın olur. Buna bir çoxları etiraz edə bilər, lakin bu fakt bizim silah istehsalında rastlaşdığımız ilk məntiqə sığmayan hadisə deyil.

SSRİ-də istehsal edilən T-72B tanklarının modernləşdirilməsi ilə yerli zavodlardan başqa əsasən Ukraynanın Xarkov Tank Zavodu və Belarusun 140-cı Təmir zavodu, həmçinin Polşa və Çexiya kimi Şərqi Avropa ölkələri məşğul olur.

Bu tankların son modernləşməsi isə T-72B4 kimi təsnifatlandırılıb. Təsdiqlənməyən məlumatlara görə, Rusiyanın özü hələlik bu modernləşməni məhdud sayda (təxminən 30-a qədər) tankda tətbiq edə bilib. Onların əvvəlki model olan “B3”lə yeganə fərqi hədsiz baha qiymətə satılan komandirin panorama nişangahının tanka quraşdırılmasından ibarət olduğu iddia edilir.

Azərbaycan

Hazırda Azərbaycanın Quru Qoşunlarının əsas zərbə qüvvəsi modernləşdirilən T-72 və Rusiyadan alınan T-90 tanklarının ən yaxşı versiyası hesab edilən T-90SA zirehli vasitələridir.

Azərbaycan Ordusu əvvəlki müharibələrin acı nəticələrini nəzərə alaraq T-72 tanklarının modernləşdirilməsini, uzun illər boyu bu vasitələrinin əsl qatilləri hesab edilən İsrail tanklarının istehsalçılarına həvalə etdi. Bu son, nöqtə-vergülünə qədər doğru atılan bir addım idi. İsrailli mütəxəssislərin köməyi ilə təkmilləşdirilən T-72A və T-72M1 tankları "Aslan" adlandırıldı. Modernləşdirilən Azərbaycan tankının bu variantının eyni İsrail şirkəti tərəfindən yenilənən Gürcüstanın T-72 SİM1 tankına çox yaxın olduğu ehtimal edilir.

"Aslan"ın standart T-72A və T-72M1-dən əsas fərqi müasir nişangah komplekslərinin və elektron avadanlıqların təkmilləşdirilməsindən ibarətdir. "Aslan" tankının rəqəmsal ballistik hesablama kompüteri, hədəf izləmə avtomatı və atəş şərtləri sensorları hədəfləri daha dəqiq bir şəkildə vurmaq üçün uyğunlaşdırılıb. Kompüter hədəfin hərəkətini, tankın sürətini, döyüş sursatının tipini, havanın temperaturunu və bir çox digər parametrləri nəzərə alaraq atəş göstəricilərini və mərminin traektoriyasını hesablayır. Bu vasitələr tankın komandirinə və tuşlayıcısına gecə şəraitində belə effektiv döyüş fəaliyyətlərinin həyata keçirilməsinə imkan verir.

Tankın sürücü-mexaniki, gecə və məhdud görmə şəraitində zirehli vasitəni inamla idarə etmək üçün termal gürüntüyə imkan verən cihazlarla təchiz olunub.

Tankda mövcud olan keçmiş sovet radiostansiyalarının əvəzinə isə NATO standartları rabitə vasitələri quraşdırılıb. "Aslan"ın təchiz edildiyi "Özümün-özgənin" identifikasiya və GPS naviqasiya sistemi isə Rusiya tanklarının əksəriyyətində hələ də quraşdırılmayıb.

Çox sayda yeniliklərlə bərabər "Aslan" tanklarının mühərriki və dinamik mühafizəsi də dəyişdirilməli idi. Kifayət qədər resursların mövcudluğu 2013-cü ildə Azərbaycana 100-ə yaxın müasir T-90 SA tanklarını almağa imkan verdi.

Ermənistan

2016-cı ildə keçirilən döyüş əməliyyatlarında işğalçı Ermənistan ordusu kifayət qədər zirehli texnika itkisinə məruz qaldı. "Regnum" agentliyinin icmalçısı Leonid Nersisyan hesab edir ki, Ermənistan Silahlı Qüvvələrinin ən zəif yeri zirehli texnikalardır. Ermənistanın onlarla zirehli vasitələri, o cümlədən T-72 tanklarının Ordumuzun istifadəsində olan TƏİRK və zərbə PUA-larının kilidlənmə funksiyasının qurbanına çevrilməsi Nersisyanın haqlı olduğunu göstərir. Ermənistanın sabiq prezidenti Serj Sarkisyan da 2016-cı ilin aprelin 6-da Berlində Almaniya kansleri Angela Merkellə birgə mətbuat konfransı zamanı erməni tərəfinin "əsasən 80-ci illərdə istehsal olunan silah və texnikalarla" döyüşdüyünü etiraf edib. Əslində Sarkisyan haqlı idi. Aprel döyüşləri yeni nəsil texnologiyalı silahların əvvəlki nəsil üzərində inamlı qələbəsi idi.

Hadisələrin belə bir inkişafını və texnoloji sahədə bu qədər geri qaldıqlarını gözləməyən Ermənistan rəhbərliyi orduda tələsik islahatlar aparmaqla paralel tankların modernləşdirilməsi barədə qərar qəbul etdi. Ermənistanda tankların modernləşdirilməsini "itkilərin minimallaşdırılması istiqamətində məcburi atılan addım" kimi hesab etmək də yalnış olmazdı.

2016-cı ilin noyabrın 2-də Ermənistanın Müdafiə Nazirliyi T-72 tipli əsas döyüş tanklarının modernləşdirilməsi üzrə irimiqyaslı proqramın tətbiqinə başlandığını elan etdi. Rusiya ilə birlikdə həyata keçirilən proqram üzrə T-72 tanklarının "Tank biatlonu" hərbi yarışında istifadə ediləcək T-72B4 səviyyəsinə çatdırılması qərarı ictimaiyyətə açıqlandı.

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Silahlanma idarəsinin avtomobil və zirehli texnika xidmətinin planlaşdırma və istismar şöbəsinin rəisi polkovnik Zorayr Qabrielyan T-72A tankların yerli imkanlarla modernləşdiriləcəyini, Rusiyadan ən yeni qurğu və vasitələrin əldə ediləcəyini bildirdi. Bu isə tankların Rusiyaya deyil, ehtiyat hissələrin Ermənistana gətiriləcəyi anlamına gəlir. Üstündən iki il keçdikdən sonra, tankçılar günündə T-72 tanklarının modernləşdirilməsinin hansı mərhələdə olduğu barədə jurnalistin sualına Qabrielyan, bu barədə məlumatların məxfi olduğunu bildirərək cavab verməkdən yayındı.

Erməni polkovnik jurnalistə "Biz iş görürük, lakin hesab edirəm ki, bir istiqamətə yönəlmək lazım deyil. T-72 parkının B3 səviyyəsində modernləşdirilməsi istiqamətində konkret işlər aparıldığı doğrudur. Demək istəyirəm ki, bu prosesdə biz öz hərbi-sənaye kompleksimizə də böyük diqqət yetirəcəyik” deyə qısa cavab verdi. O, həmçinin tankların yeni versiyasında bir sıra elementlərin yerli istehsaldan ibarət olacağını da açıqladı.

Rəsmi məlumatlara görə, Ermənistanın silahlanmasında cəmi 101 ədəd T-72 tankı xidmət göstərir. Onlardan 30-a yaxını təmirdə, 18 ədədi təlim döyüş qrupunda yerləşir. Ermənistan T-72 tanklarının bir hissəsini 1990-cı ilin avqustunda SSRİ tərkibindən çıxarkən, digər hissəsini isə 2013-cü ildə Rusiya tərəfindən əvəzsiz olaraq əldə edib. Əsasən “A” seriyasından olan erməni tanklarının ən yenisi 20, ən köhnəsi isə 35 yaşında olsa da, indiyə qədər planlaşdırılmasına baxmayaraq əsaslı təmir və modernləşməyə məruz qalmayıb. 2016-cı ildə “B4” səviyyəsində yenilənmədən danışan Qabrielyan iki ildən sonra “B3” səviyyəsinə endi. Bu hesabla, erməni polkovnik gələn il “B2” səviyyəsində modernləşmə ilə barışmalı olacaq.

Yuxarıda göstərilənləri diqqətlə analiz etdikdə bir neçə məntiqi qanunauyğunluq yaranır:

1. Rusiyanın son “Tank biatlonu” hərbi yarışları üçün təqdim etdiyi 90 ədəd tankın hamısı T-72B3 versiyasına aid idi. Bu il keçiriləcək yarışda da tankların modeli dəyişməyəcək. Heç bir zaman biatlonda iştirak etməyən, bəlkə hələ də Rusiyanın özündə silahlanmaya qəbul edilməyən (adından da silahlanmaya qəbul ediləcəyi real görünmür) “B4” biatlon modelinin Ermənistan ərazisində modernləşdirilməsi sadəcə yüksək tonlu bəyanat hesab edilməlidir. Bunu anlamaq üçün işğalçı ölkənin Silahlı Qüvvələri Baş Qərargahının Silahlanma idarəsi nə az, nə çox, düz iki il zaman sərf etdi;
2. Rusiya daxili bazarının 1130 at güclü mühərriklərə olan tələbatının zəif templərlə ödənildiyi bir zamanda, Ermənistan bu tələbatını hansı mənbələrdən və necə ödəyəcək?;

3. Rusiyanın özü ehtimallara görə T-72B4 modellərindən cəmi 30 ədəd istehsal edib. Rusiya özünün istehsal etdiyi və hədsiz baha hesab etdiyi komandirin panorama nişangahını öz tanklarına quraşdırmır. Əvəzində Belarus istehsalı komandir nişangahına üstünlük verir. Ermənistanın seçimi isə hamı üçün maraqlı olacaq. Rusların panorama nişangahının tanka quraşdırılması hədsiz baha başa gələcək və Ermənistan “B4” versiyasının əsas fərqli elementini əldə etmiş olacaq. Yox əgər Belarus nişangahından istifadə ediləcəksə, o zaman bu ən yaxşı halda T-72B3 olacaq. Halbuki, Ermənistanın “B3” səviyyəsində modernləşdirmə imkanlarının özü də böyük sual altındadır. Ən azından heç bir mənbə bu barədə tutarlı fakt ortaya qoymur. Adətən, hətta kiçik bir nailiyyətlərini, məsələn 50 ildir ki, istehsal edilən və ciddi xüsusiyyətləri olmayan, müasir tələblərə cavab verməyən PSO-7 qumbaraatan nişangahını təqdim etmədikləri sərgi qalmayıb. Tank modernləşməsi kimi kritik bir məsələdə susqunluq, proseslərin proqrama uyğun getmədiyini iddia etməyə əsas verir;
4. Atəşi idarəetmə sisteminin özünün inteqrasiyası ciddi və həcmli bir prosesdir. Bunun üçün mütləq əlavə istehsal sahəsinin yaradılması vacibdir;
5. Yenilənən erməni tankının "Kontakt-5" və ya daha bahalı "Relikt" dinamik mühafizə sistemi ilə təchiz ediləcəyi məlum deyil. Lakin birinci ilə təchizat artıq “B4” versiyasının standartına uyğun gəlməyəcək;
6. Bu tanklarda GPS sistemi quraşdırılmayacaq. Ən yaxşı halda Rusiyanın QLONASS avadanlığı yer ala bilər;

Modernləşdirmənin “biatlon versiyası”nda həyata keçirilməsi tankın yüksək sürət göstəriciləri nümayiş etdirməsi üçün güclü mühərriklə bərabər daha yüngül kütləyə malik olmasını zəruri edir.

Burada döyüş imkanları, zireh, dinamik mühafizə və atəşi idarəetmə ikinci dərəcəli parmetrlər siyahısındadır. Bu işlərə artıq 3 ildir başlandığı iddia edilsə də, modernləşdirilən texnikaların ümumi sayına və işlərin nə vaxt başa çatmasına dair məlumatlar mövcud deyil.

Xatırladaq ki, Ermənistan ordusundakı tankların modernləşdirilməsi barədə əvvəllər də məlumatlar yayılıb. 2013-cü ildə Rusiyada fəaliyyət göstərən “Dünya silah alveri” analitika mərkəzinin hesabatına görə, Ermənistan və Polşa ilə bağlanan müqaviləyə əsasən 82 ədəd T-72 erməni tankı PT-72U səviyyəsinədək modernləşdirilməli idi.

2012-ci ildə Polşa ilə bağlanan müqavilə üzrə Polşanın “Bumar Labedy” şirkəti İrəvanın ödəyəcəyi 100 milyon dollar qarşılığında 2013-cü il ərzində 24 tankı, 2014 və 2015-ci illər ərzində isə hər il 30 tankı modernləşdirməli idi. Bundan başqa Ermənistan və Polşadan olan mütəxəssislərin Ermənistan Silahlı Qüvvələrinin T-72 tanklarının modernləşdirilməsində iştirakını təmin edəcək birgə müəssisənin yaradıldığı da bildirilirdi.

Lakin bu müqavilə çərçivəsində indiyə qədər bir ədəd də olsun Ermənistan tankı modernləşdirilməyib. Hər dəfə bu barədə müxtəlif ölkələrlə müqavilə bağlanılması xəbərləri mətbuata sızdırılır, lakin bir-iki il sonra məlum olur ki, proses olduğu yerdən tərpənməyib. Tank modernləşməsi ilə bağlı İrəvan tərəfindən bu işləri yerinə yetirə bilən ölkələr arasında tək adı çəkilməyən ölkə Hindistan qalıb.

Azərbaycanla müqayisədə daha məhdud maliyyə imkanlarına malik olan Ermənistan zirehli texnika baxımından həm kəmiyyətcə, həm də keyfiyyətcə geri qalır. Azərbaycanın 100 ədəd müasir T-90 SA tankı olduğu halda Ermənistan bu gün sadəcə Rusiya tərəfindən hədiyyə edilən 1 ədəd T-90 tankına malikdir. Bu isə müqayisə ediləcək göstərici deyil.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: T-72   Modernləşmə  

T-72-lərin modern...| Hələ də “B3” və “B4”ü müəyyən edə bilmirsiz? - HƏRBİ EKSPERT (ANALİZ)

2019/07/t72b4-1562323127.jpg
Oxunub: 4850     14:13     05 İyul 2019    