"Güclü ordunun güclü əsgəri olaraq döyüşməyə, qələbə qazanmağa hazırıq"

2019/06/a1500-1561624929.jpg
Oxunub: 1075     12:27     27 İyun 2019    
Azərbaycan 101 il əvvəl qədim və zəngin hərbi ənənələrə əsaslanaraq müstəqil dövlətinin ordusunu yaratdı. Ölkənin milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr formalaşdırıldı.

Əməkdaşlarımız hərbi hissələrdə olub, əlamətdar hadisə ilə əlaqədar zabit və əsgərlərimizin fikirlərini öyrəniblər.

Baş leytenant Vüsal Ağalarov:

- Orta məktəbdə oxuyarkən tarix fənninə xüsusi marağım vardı. Azərbaycan Xalq Cümhuriyyəti, onun ordusu haqqında xeyli məlumat öyrənmişdim. İllər keçdi və mən qərar verdim ki, hərbçi olacam. Ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan Hərbi liseyi bitirdikdən sonra Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldum və "leytenant" rütbəsi alaraq ön xətdə xidmətə başladım. Xidmət müddətində bir daha şahidi oldum ki, həqiqətən də, ordumuz güclü və qüdətlidir. Ötən il 100 illik yubileyini qeyd etdiyimiz ordumuzun gücünü, hansı müasir silah və texnikaya sahib olduğunu bütün dövlətlər də gördü.

Ordumuz günbəgün güclənir. Bölmələrimizin hazırlığı çox yüksək səviyyədədir. 2016-cı ilin Aprel döyüşlərində ordumuz bir çox strateji əhəmiyyətli yüksəklikləri düşməndən azad etməklə gücünü göstərdi. Mən fəxr edirəm ki, həmin döyüşlərin iştirakçısı olmuşam.

Bu gün yenə də ön xətdə xidmətimlə qürur duyuram. Ordumuz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin orduya diqqət və qayğısı şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksəldir. Bu günlərdə ölkə başçısının orduya daha bir qayğısı hər bir hərbçinin döyüş əzmini, qələbə ruhunu yüksəltdi, hərbçilərin maaşı artırıldı. Xidmət yoldaşlarım adından ölkə başçısına minnətdarlığımı bildirirəm.

26 İyun Silahlı Qüvvələr Günüdür. Bu bir ümumxalq bayramıdır. Xalqımızı və bütün Azərbaycan əsgərlərini bu gözəl gün münasibətilə təbrik edirəm. Arzu edirəm ki, növbəti bayramlarımızı Qarabağımızda, Cıdır düzündə dalğalanan üçrəngli bayrağımızın kölgəsi altında qeyd edək. Bayramınız mübarək olsun!

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İmran Rəcəbov:

- 15 İyun Azərbaycan xalqının Milli Qurtuluş Gününü qeyd etdik, indi 26 İyun Silahlı Qüvvələr Gününü qeyd edirik. Bu bayramların hər ikisi Ümummilli Liderimizin adı ilə bağlıdır. Böyük təntənə ilə qeyd edilən bu bayramlar xalqla ordunun birliyinin təzahürüdür.

101 il bundan əvvəl Azərbaycan Milli Ordu Korpusu yaradılıb. Bugünükü ordumuz həmin ordunun varisidir. Azərbaycan ikinci dəfə müstəqilliyinə qovuşub. Bu ordumuzun nizami ordu kimi formalaşması da Ulu Öndərin adı ilə bağlıdır.

Xalqımız ordumuzun dayağı, ordumuz müstəqilliyimizin qarantıdır. Bu gün mən regionun ən güclü ordusunda xidmətimlə fəxr edirəm. Digər silahdaşlarım kimi mən də ordumuzun 101 illiyini ön xətdə - barıt qoxulu səngərlərdə qeyd edirəm. Xalqımızı, Azərbaycan əsgərini bayram münasibətilə səmimi qəlbdən təbrik edirəm. Arzum budur ki, tezliklə həsrətini çəkdiyimiz torpaqlarımızı düşməndən azad edək və qarşıdan gələn bütün bayramlarımızı Kəlbəcərdə, Laçında, Xocalıda, Şuşada... qeyd edək.

Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə hərbçilərə göstərdiyi qayğıya, bu günlərdə imzaladığı sərəncama görə minnətdarlığımı bildirirəm.

Əsgər Elgiz Cəlilov:

- Keçən il Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş paradı böyük fəxarət hissi ilə izlədim və çox sevincliyəm ki, bu ordunun əsgəriyəm. Düşmənlə təmas xəttində torpaqlarımızı inamla müdafiə edir, Vətənə müqəddəs borcumu ödəyirəm. Komandirlərimi, əsgər yoldaşlarımı və ordu sıralarında xidmət edənlərin hamısını bu bayram münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu bayram təkcə hərbi qulluqçuların deyil, onların ailələrinin və doğmalarının da bayramıdır. Fürsətdən istifadə edib öz valideynlərimi və bütün əsgər valideynlərini bu bayram münasibətilə təbrik edirəm. Gün o gün olsun ki, işğaldan azad olunmuş torpaqlarımızda Silahlı Qüvvələr Gününə həsr olunmuş möhtəşəm paradlar keçirilsin. Güclü ordunun güclü əsgəri olaraq döyüşməyə, qələbə qazanmağa hazırıq. Hər birimiz o günü səbirsizliklə gözləyirik. Ali Baş Komandanımızın döyüş əmri ilə torpaqlarımızı qısa müddətdə düşməndən azad edəcəyik.

Əsgər Anar Süleymanov:

- Hərbi xidmət bizim hər birimizə Vətəni daha dərindən sevməyin gərəkliyini də öyrədir. Xidmətə məhz bu amalla başlayan əsgər üçün hərbi and qədər məsuliyyətli bir and. Bu and bizə döyüş növbətçiliyini daha da məsuliyyətlə aparmağı öyrədir. Düşmənin təxribat cəhdlərinin qarşısı Vətən müdafiəçiləri tərəfindən vaxtında alınır. Torpaqlarımızın müdafiəsində ayıq-sayıq xidmət aparırıq. Xalqımız bizə arxalanır, bizə güvənir. Xalqımızın və rəhbərliyin inamı bizi ruhlandırmaqla bərabər, 2016-cı ilin qələbəsinin davamı olacaq böyük zəfərlərə səsləyir. Üzərimizə düşən məsuliyyəti dərindən dərk edir, komandirlərimizin tövsiyələrini dinləyir, keçirilən dərsləri dərindən mənimsəyirik. Silahlı Qüvvələrimizin ildönümü münasibətilə, başda komandirlərim olmaqla, bütün hərbi qulluqçuları təbrik edirəm.

Bu gün təkcə hərbçilərin bayramı deyil. Bu gün ümumən ictimaiyyətin bayramıdır. Ona görə belə bayramlar ordu ilə ictimaiyyətin birgə bayramı hesab edilir. Mən Silahlı Qüvvələr Günü münasibətilə həm də xalqımızı təbrik edirəm.

Əsgər Rahim Xəlilov:

- Mən də şanlı peşə sahiblərinin və müqəddəs vəzifəni yerinə yetirən qardaşlarımın bayramını təbrik edirəm. Ordumuz bugünkü inkişaf səviyyəsinə çatmaq üçün uzun yol keçib. Ordumuzun inkişafına əvəzsiz xidmətlər göstərmiş ümummilli lider Heydər Əliyev peşəkar zabitlərin hazırlanmasına xüsusi önəm verirdi. Məhz bunun nəticəsi idi ki, Ulu Öndər Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış ibtidai hərbi məktəbin təşkil olunmasına nail oldu. Bu gün komandirlərimizin sayəsində hərbi biliklərimizi artırır, torpaqlarımızı göz bəbəyimiz kimi qoruyuruq. Ordumuzun yaranmasının 101-ci ildönümünü səngərdə Vətən keşiyində qeyd etdiyim üçün fərəhliyəm. O səngərlər ki, neçə-neçə qəhrəman oğullar yetişdirib və neçə-neçə şəhidlik zirvəsinin başlanğıcı olub. Torpaqlarımızın bütövlüyü uğrunda canından keçənlərin ruhu bizim üçün əziz, xidməti bizim üçün örnəkdir.

Biz dünənki əsgərlərin yolunu davam etdiririk, sabahkı əsgərlər bizim yolumuzu davam etdirəcəklər. Biz Lələtəpə, Bayraqtəpə, Günnüt zəfərlərini qazananların davamçıları olacağıq, sabahkı əsgərlər səngərləri sərhədlərə köçürəcək əsgərlərin - bizim uğurlarımızı möhkəmləndirəcəklər.

Əsgər Sarif Məmmədov:

- Xidmət müddətində elə məqamlar olur ki, onlar yaddaşda silinməz xatirələrə çevrilir. Mənim üçün bu gün ikiqat bayramdır. Sevinirəm ki, xidmətdə olduğum dövrdə ordumuzun həm 100 iilik yubileyini, həm 101 illiyini səngərdə qeyd etdim. Səngərdə keçirdiyim bu iki unudulmaz bayram günləri mənim yaddaşımda əbədi olaraq tarixləşəcək. Tərxis olunduqdan sonra yeniyetmələrə, gələcəkdə uşaqlara bu günlər barədə, güclü ordumuzun bu illər ərzində qazandığı nailiyyətlər barədə ağızdolusu danışacam.

Uşaqlıqdan Vətənə əsgər olmaq arzusu ilə böyümüşəm. Əsgər olmaq, Vətənin keşiyində dayanmaq, onu müdafiə etmək hər birimizin övladlıq borcudur. Bu gün ön xətdə Vətən torpaqlarına keşik çəkdiyim üçün fərəhlənirəm. Xidmətimiz uğurla davam edir. Yaradılan məişət şəraiti, ərzaq və əşya təminatımız yüksək səviyyədədir. İstifadə etdiyimiz silah və cihazlar qarşıdakı düşməni nəzarətdə saxlamağa imkan verir. Əldə etdiyimiz bilik və bacarıqlar hər an düşməni məğlub etməyə hazır olduğumuzun sübutudur.

Bizim əsas məqsədimiz Azərbaycan xalqına, valideynlərimizə böyük bayram sevinci - Böyük Qələbəni yaşatmaqdır. O günə çox az qalıb. Ali Baş Komandanımızın əmri ilə torpaqlarımızı azad etməyə tam hazırıq. Komandirlərimi, əsgər yoldaşlarımı, xalqımızı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edir, hər kəsə uğurlar arzulayıram. (AO)

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-Ordusu  

"Güclü ordunun güclü əsgəri olaraq döyüşməyə, qələbə qazanmağa hazırıq"

2019/06/a1500-1561624929.jpg
Oxunub: 1076     12:27     27 İyun 2019    