Üç Milli Qəhrəmanın doğum günüdür

2019/06/14669-1561616772.jpg
Oxunub: 911     10:25     27 İyun 2019    
Bu gün Azərbaycanın 3 Milli Qəhrəmanı - Yavər Əliyev, Malik Əsədov və Ruslan Muradovun doğum günüdür.

Ordu.az xəbər verir ki, Yavər Əliyev 27 iyun 1956-ci ildə Bakı şəhərində anadan olub. Pirallahı adasında 235 saylı orta məktəbi bitirdikdən sonra Kremençuq Aviasiya Məktəbinə daxil olub. Y.Əliyevin Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranmasında böyük əməyi olub.

O, tükənməz səyi nəticəsində müxtəlif tipli helikopterlərin idarə olunmasını dərindən öyrənib. Əliyev əvvəlcə Mİ-4, Mİ-2 helikopterlərinə pilot, daha sonra isə komandir təyin edilib. 1992-ci ildə Şuşaya gələrək həlak olmuş döyüşçülərin meyitlərinin oradan çıxarılmasında xüsusi səy göstərib.

Həmin ilin 14 fevralında MDB hərbi hissələrindən Azərbaycana bir neçə helikopterin göndərilməsində Y.Əliyevin xüsusi xidməti olub. Dəfələrlə Qarabağa Mİ-24 vertolyotunda uçuşlar edib. Aşağı yüksəklikdə uçaraq düşmən mövqelərinə ağır zərbələr endirib. 1992-ci il fevralın 29-da növbəti uçuşu zamanı düşmən tərəfindən vurulub, qəhrəmanlıqla şəhid olub. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

Ailəli idi. İki övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 14-sentyabr 1992-ci il tarixli 204 saylı Fərmanı ilə Əliyev Yavər Yaqub oğluna ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” fəxri adı verilib. Vaxtilə təhsil aldığı 235 saylı orta məktəb onun adını daşıyır.

Malik Əsədov 27 iyun 1962-ci ildə Yevlax rayonunun Havarlı kəndində doğulub. 1979-cu ildə orta məktəbi bitirdikdən sonra orduya çağırılıb. Hərbi xidməti Qazaxıstanda başa vurub. Mingəçevir şəhər 45 saylı Müstəqil Hərbləşdirilmiş Yanğından Mühafizə hissəsində əmək fəaliyyətinə başlayıb. Xocalı, Əsgəran, Ağdam, Şuşada döyüşüb. 1992-ci il yanvarın 12-də Şuşaya yollanan silahlı döyüşçülərin arasında Malik də var idi. Yanvarın 18-də ermənilər Şuşanın Nəbilər kəndinə hər tərəfdən hücuma keçib. Bu hücumda erməni gülləsindən yara alanların biri də Malik olub. Amma buna baxmayaraq qəhrəman vətən oğlu özü ilə birlikdə bir neçə düşməni də məhv etdi və qəhrəmancasına şəhid olub.

Ailəli idi. Üç övladı var. Havarlı kəndində dəfn edilib.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əsədov Malik Hamil oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Təhsil aldığı Havarlı kənd orta məktəbi onun adını daşıyır. Həmin məktəbdə və Mingəçevir şəhərində - işlədiyi idarənin önündə qəhrəmanın büstü qoyulub.

Ruslan Muradov 1973-cü il iyunun 27-də Mingəçevir şəhərində anadan olub. 1990-cı ildə Mingəçevir şəhər 10 nömrəli orta məktəbi bitirdikdən sonra Vitebsk şəhərində ali məktəbə daxil olub. Amma qeyri-müəyyəm səbəblər üzündən təhsilini yarımçıq qoyaraq Vətənə qayıdıb, atasının çalışdığı Mingəçevir Texniki Rezin Məmulatı Zavodunda işə düzəlib. 1992-ci il yanvarın 22-də Milli Ordu sıralarına daxil olub. 1992-ci ilin aprelində Ağdamın Papravənd kəndinə göndərilib. Orada həyata keçirilən bir çox kəşfiyyatın daha uğurlu olmasında Ruslanın da müstəsna rolu olub. 1992-ci ildə erməni işğalçıları tərəfindən vurulmuş Azərbaycan Silahlı Qüvvələrinə məxsus təyyarənin pilotunu xilas etmək üçün bir neçə döyüşçü yoldaşı ilə birlikdə keçirilən əməliyyat zamanı mühasirəyə düşüb. Amma böyük əzmkarlıqla mühasirəni yararaq təyyarəçiləri azad edib. Muradov 1992-ci il avqustun 22-də Ağdam rayonunun Gülyataq kəndinin azad olunması uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub. Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 nömrəli Fərmanı ilə Muradov Ruslan Həmid oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Mingəçevir şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Vaxtilə təhsil aldığı orta məktəb indi onun adını daşıyır. Məktəbdə büstü qoyulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Milli-Qəhrəman   Azərbaycan-Respublikası   Ordu  

Üç Milli Qəhrəmanın doğum günüdür

2019/06/14669-1561616772.jpg
Oxunub: 912     10:25     27 İyun 2019    