“Hraparak”: Rus-erməni münasibətlərində yeni “parıltı”

2019/06/image-1561547331.jpg
Oxunub: 999     20:43     26 İyun 2019    
Paşinyanın Rusiya ilə münasibətlərin parlaq olduğunu deməsinə baxmayaraq, real siyasət bunun tam əksini sübut edir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.

Nəşrə görə, Robert Köçəryanla Rusiya səfirinin görüşməsi ardından Xarici İşlər Nazirliyi səviyyəsində hesabat tələb olunması ətrafında yaranan qalmaqal səngiməmiş erməni-rus münasibətlərində yeni “parıltı” qeydə alınıb.

“Bu dəfə AŞPA-da Ermənistan nümayəndə heyətinin iqtidar nümayəndələri Rusiya Federasiyasının nümayəndə heyətinə AŞPA-ya qayıtması qərarının səsverməsi zamanı qərarın əleyhinə səsverməsi, yaxud səsvermədə iştirak etməməsi ilə büruzə verib. Rusiya nümayəndə heyəti AŞPA heyətində 2014-cü ildən iştirak etmirdi.

Avropa Şurası Krım yarmadasının anneksiyasından sonra rusları səsvermə hüququndan və bir sıra digər hüquqlarından məhrum edib. Maraqlıdır ki, Ermənistan nümayəndə heyətinin AŞPA-da səsvermə hüququ olan 2 müxalifət deputatı Edmon Marukyan və Nayira Zöhrabyan qərarın lehinə nümayəndə heyətinin rəhbəri Rubinyan əleyhinə səs verib, digər nümayəndə Hovhanes İgidyan naməlum səbəbdən səsvermədə iştirak etməyib. Səsvermə iyunun 24-də baş tutub”, - deyə erməni nəşri bildirir.

Nəşr qeyd edir ki, bu qərar Rusiya səfirinin Köçəryanla görüş təşəbbüsünə cavab olaraq verilib.

“Deyilənlərə görə, əslində Rubinyan səsvermə zamanı səhv etməyib. O, Paşinyan səviyyəsində qəbul edilən qərarı ifadə edib. Bu qərarın Rusiya səfirinin Köçəryanla görüş təşəbbüsünə cavab olaraq verildiyi bildirilir. Lakin onlar bu addımın erməni-rus münasibətlərində gərginlik yaradacağını dərk edərək “fırlatma” janrına keçiblər.

Yeri gəlmişkən Ukrayna, Böyük Britaniya, Gürcüstan və bəzi ölkələrin bir sıra deputatları Rusiya nümayəndə heyəti səlahiyətlərinin bərpası qərarında mübahisə ediblər. Səsvermədən sonra 50-dək nümayəndə ayağa qalxaraq, qərara etiraz edib. Bu gün məsələ monitorinq komissiyasında müzakirə ediləcək və bundan sonra Rusiyanın AŞPA-ya qayıdıb-qayıtmacağı məlum olacaq.

Həmin komissiya tərkibində Ermənistanı yalnız “İşıqlı Ermənistan” partiyasının rəhbəri Edmon Marukyan təmsil edir. Marukyan bildirib ki, Ermənistan nümayəndə heyəti tam tərkibdə qərarın lehinədir və Rubinyanla bağlı baş verən məsələ texniki xarakter daşıyır.

Marukyan Ermənistanın digər nümayəndəsi Hovhanes İgidyanın səsvermədə iştirak etməməsi səbəbini bilmədiyini qeyd edib. Müxalifət deputatı olan Marukyan Rubinyanın qərarını təzyiq altında dəyişmədiyinə əmin etməyə çalışıb”, - deyə “Hraparak” yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Rusiya  

“Hraparak”: Rus-erməni münasibətlərində yeni “parıltı”

2019/06/image-1561547331.jpg
Oxunub: 1000     20:43     26 İyun 2019    