İraq Prezidenti: "Ərazilərimizin İrana qarşı hücuma körpü olmasını istəmirik"

2019/06/2018--1561540671.jpg
Oxunub: 589     17:46     26 İyun 2019    
"İraq ərazisində olan ABŞ hərbi bazalarından heç bir vəziyyətdə İrana qarşı zərəbələr endirmək üçün istifadəyə imkan verilməyəcək".

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri İraq Prezidenti Bərhəm Saleh ötən gün CNN televiziya kanalında müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə, ölkədəki xarici hərbi qüvvələr yalnız İŞİD terrorçuları ilə mübarizə üçün dəvət olunublar.

"Bizim ərazilərimizin qonşularımıza, o cümlədən İrana qarşı hər hansı bir hücuma körpü olmasını istəmirik. Ölkədəki xarici hərbi qüvvələr yalnız İŞİD terrorçuları ilə mübarizə üçün dəvət olunublar. Bu qüvvələrin ölkədə qalma müddəti onlara ehtiyac və analizlərdən aslıdır".

Ölkəmiz son 40 ildə "cəhənnəmdən keçib" və İranla ABŞ arasındakı son gərginlikdən narahatam. Ölkəmiz yeni münaqişə dinamikasına qarışmayacaq, yenidənqurmaya köklənəcək", - deyə Saleh bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İraq   İran   ABŞ  

İraq Prezidenti: "Ərazilərimizin İrana qarşı hücuma körpü olmasını istəmirik"

2019/06/2018--1561540671.jpg
Oxunub: 590     17:46     26 İyun 2019    