“Həmsədrlərin təklifləri çox ehtimal ki, “Kazan sənədi” adlandırılan prosesin üzərində qurulub” - Bozoyan

2019/06/56765-1561459041.jpg
Oxunub: 719     15:36     25 İyun 2019    
“Ermənistan hakimiyyəti danışıqlar masasında konkret nə təkliflərin olduğunu izah etməlidir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri “Politekonomiya” tədqiqat institutunun siyasi şərhçisi Yervand Bozoyan Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun bəyanatını şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan Xarici İşlər nazirinin sözləri ümumi xarakter daşısa da, bu məsələ üzərində işləmək lazımdır.

“Daha öncə həftənin bazar ertəsi Məmmədyarov bəyan edib ki, İrəvan və Bakı ATƏT-in Minsk qrupu həmsədrlərinin Vaşinqtonda baş tutan görüşü zamanı təqdim etdikləri yeni sənədlərlə ən azı 2-3 ay işləyəcəklər. Vaşinqtonda həmsədrlər qoşunların çıxarılması və sülhməramlıların yerləşdirilməsini təklif etdilər. Lakin bu məsələ üzərində işləmək lazımdır”, - deyə o bildirib.

Ekspert qeyd edir ki, əlavə hansı komponentlərdən söhbət getdiyini ictimaiyyətə daha ətraflı izah etmək lazımdır.

“Bunları təhlil etmək çətindir. Lakin maraqlıdır ki, görüşdə yeni təkliflər səsləndirilib və tərəflər düşünmək üçün vaxt götürüb. Əlavə hansı komponentlərdən söhbət getdiyini ictimaiyyətə daha ətraflı izah etmək lazımdır.

Digər tərəfdən, nə olursa-olsun, mənim fikrimcə söhbət “Kazan sənədləri” ətrafında hər hansısa modifikasiyadan gedir. Lakin maraqlıdır ki, Məmmədyarovun danışdığı əlavə detallar var.

Məhz bu ehtimal olunan detallar Azərbaycan və Ermənistanda ciddi müzakirə mövzusu ola bilər. ATƏT-in Minsk qrupu həmsədrlərinin təklifləri çox ehtimal ki, “Kazan sənədi” adlandırılan prosesin üzərində qurulub. Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra həmsədrlər tərəfindən yeni rəhbərliyin yanaşmalarının öyrənilməsi istisna edilmir.

Hesab edirəm ki, məhz bu baxımdan həmsədrlərin keçmişdə olmayan nəyi təklif etdiklərini və Məmmədyarovun nə barədə danışdığı nəzərdən keçirilməlidir”, - deyə Bozoyan Elmar Məmmədyarovun bəyanatını şərh etməyə çalışıb.

Qeyd edək ki, iki ölkənin Xarici İşlər nazirlərinin növbəti görüşü iyunun 20-də Vaşinqtonda baş tutub. Görüşün nəticələri ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrləri bəyanat yayaraq, münaqişə zonasında baş verən son itkilərlə bağlı təəssüflərini bildirib və ümumən tərəflərə bu istiqamətdə tədbirlər görməyə dair çağırış ediblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

“Həmsədrlərin təklifləri çox ehtimal ki, “Kazan sənədi” adlandırılan prosesin üzərində qurulub” - Bozoyan

2019/06/56765-1561459041.jpg
Oxunub: 720     15:36     25 İyun 2019    