Tramp Putinlə İran barədə müzakirələr aparacaq

2019/06/14994-1561453886.jpg
Oxunub: 432     15:54     25 İyun 2019    
“ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Osakada “Böyük İyirmilik” sammiti çərçivəsində görüşəcək”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri ABŞ Administrasiyasının yüksək rütbəli nümayəndəsi deyib.

Onun sözlərinə görə, onlar İran ətrafında baş verənləri müzakirə edəcəklər.

“Onlar İran ətrafında baş verənləri müzakirə edəcəklər. Bundan başqa Venesuela və Ukrayna məsələlərinə toxunulacaq, həmçinin ikitərəfli münasibətlərdən danışılacaq. Tramp “seçkilərə müdaxilə” mövzusuna da toxunacaq”, - deyə ABŞ rəsmisi bildirib.

Bundan başqa Amerika prezidentinin Yaponiyanın baş naziri Sindzo Abe, Almaniya kansleri Angela Merkel, ÇXR sədri Si Tszinpin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü planlaşdırılıb.

Qeyd edək ki, sammit iyunun 28-29-na təyin olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Putin   Tramp   İran  

Tramp Putinlə İran barədə müzakirələr aparacaq

2019/06/14994-1561453886.jpg
Oxunub: 433     15:54     25 İyun 2019    