Tonoyan Moskvada beynəlxalq hərbi texniki konfransda iştirak edir

2019/06/Untit-1561452935.jpg
Oxunub: 554     12:54     25 İyun 2019    
Davit Tonoyanın rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq hərbi texniki konfransda iştirak edir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın Müdafiə naziri Davit Tonoyanın rəhbərlik etdiyi nümayəndə heyəti 25-30 iyun tarixlərində Moskva vilayətinin Kubinka şəhərində keçiriləcək, “Armiya-2019” beynəlxalq hərbi texniki konfransında iştirak etmək məqsədi ilə Rusiya Federasiyasına yola düşüb.

Məlumata görə, Tonoyan konfransın təntənəli açılış mərasimində və sərgisində iştirak edəcək.

Səfər çərçivəsində iyunun 25-də Ermənistan Müdafiə nazirinin bir sıra hərbi sənaye müəssisələri rəhbərləri ilə görüşü planlaşdırılıb.

Hərbi texnika və silah sərgisinə Ermənistan Silahlı Qüvvələri bölmələrinin nümayəndələri də səfər edəcəklər.

Qeyd edək ki, beynəlxalq sərginin platformalarında Ermənistanın hərbi sənaye kompleksinin istehsalı olan nümunələr də təqdim olunur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Moskva   Hərbi-sərgi  

Tonoyan Moskvada beynəlxalq hərbi texniki konfransda iştirak edir

2019/06/Untit-1561452935.jpg
Oxunub: 555     12:54     25 İyun 2019    