Ermənistanda keçmiş hərbi qulluqçunun 18 yaşlı qızı da aclıq aksiyasına başladı

2019/06/42354-1561452783.jpg
Oxunub: 534     13:51     25 İyun 2019    
“Təkrarən aclıq aksiyası keçirirəm və Paşinyanın məni dinləyərək, ailəmə mənzil verilməsi problemini həll etməyənədək aksiyanı dayandırmaq niyyətində deyiləm”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri keçmiş hərbçi Mxitar Alumyanın aclıq aksiyası keçirən 18 yaşlı qızı Qayane Alumyan deyib.

Onun sözlərinə görə, mayın 24-də Paşinyan şəxsən mənzil probleminin nizama salınacağı və 86 kvadrat metr mənzil veriləcəyini vəd edib.

“Artıq 12 gündür aclıq aksiyası keçirən atama qoşuluram. Atam 22 il müxtəlif qurumlarda xidmət edib. Hazırda Müdafiə Nazirliyinin yanında aksiya keçirir və bizə çatacaq mənzili tələb edir. Mayın 24-də nazir şəxsən mənzil probleminin nizama salınacağı və 86 kvadrat metr mənzil veriləcəyini vəd edib.

Bu verilən vəddən qısa zaman sonra isə bildirilib ki, cəmi 5-10 min dollar verə bilərlər və bu məbləğə mənzil almaq mümkün deyil”, - deyə aclıq aksiyası keçirən 18 yaşlı qız bildirib.

O qeyd edib ki, onlara rəsmi şəxslərdən heç kim yaxınlaşmayıb və problemlərini deyə bilməyiblər.

“Təhlükəsizlik əməkdaşları bildiriblər ki, Paşinyanın köməkçisi Nayiri Sahakyanla görüşə bilərlər. Lakin bu görüş də baş tutmayıb”, - deyə Alumyan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Aclıq-aksiyası  

Ermənistanda keçmiş hərbi qulluqçunun 18 yaşlı qızı da aclıq aksiyasına başladı

2019/06/42354-1561452783.jpg
Oxunub: 535     13:51     25 İyun 2019    