“İrates”: Hakopyan qondarma qurum “rəhbərliyi”nə iddialıdır

2018/05/2b528cfb9356f672044226f29b37be9e4564_1522912528_1526383257_1527163992_1527181640.jpg
Oxunub: 515     12:22     25 İyun 2019    
Hazırda Ermənistanda baş hərbi müfəttiş vəzifəsində olan Movses Hakopyan fərqli bir məsələ ilə gündəmə gəlib.

Ordu.az “İrates” nəşrinə istinadən xəbər verir ki, hazırda işğal altında olan Qarabağda keçiriləcək qanunsuz “seçkilər”lə bağlı kifayət qədər maraqlı məlumatlar dolaşır.

Nəşrin məlumatına görə, Qarabağdakı qanunsuz hərbi birləşmənin keçmiş “komandiri”, hazırda Ermənistan Baş nazirinin hərbi müfəttişi Movses Hakopyanın “seçkilər”də iştirakı məsələsi gündəmə gəlib.

“Maraqlıdır ki, Qarabağdakı hərbi birləşmənin digər sabiq “komandiri” Samvel Babayan tərəfindən Ermənistan qeydiyyatı olan vətəndaşlar üçün “pəncərə açmaq” məqsədi daşıyan imza toplama təşəbbüsü, onların seçkilərdə iştirak etməsinə yol açır. Hakopyanın namizədliyi Xocavənd rayonunun sakinləri arasında qeyri-adi marağa səbəb olub”, - deyə nəşr qeyd edir.

Qeyd edək ki, Movses Hakopyan əslən Xocavənddəndir. Məsələ burasındadır ki, Hakopyan da daimi yaşayışla əlaqədar “namizədliyini” irəli sürə bilməz.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

“İrates”: Hakopyan qondarma qurum “rəhbərliyi”nə iddialıdır

2018/05/2b528cfb9356f672044226f29b37be9e4564_1522912528_1526383257_1527163992_1527181640.jpg
Oxunub: 516     12:22     25 İyun 2019    