"Paris Air Show 2019"da "Leonardo" debütü: Azərbaycan M-346 FA yüngül döyüş təyyarələri alacaq? - HƏRBİ EKSPERT

2019/06/body_-1561444502.jpg
Oxunub: 2237     10:34     25 İyun 2019    
Azərbaycanın hərbi-texniki sahədə əməkdaşlıq etdiyi Avropa ölkələrinin sayı getdikcə artır. Ölkəmizə qarşı ədalətsiz sanksiya tətbiq edən dövlətlər sonunda bu sanksiyalardan özlərinin daha çox ziyan çəkdiklərini anlamağa başlayıblar. Lakin bu sanksiyaların tətbiqinə ciddi əhəmiyyət verməyən ölkələr də mövcuddur. Onlardan biri də hərbi, hərbi-texniki, enerji, sənaye, təhsil və s. kimi sahələrdə yaxından əməkdaşlıq etdiyimiz İtaliyadır. Hazırda Azərbaycan və İtaliyanı biləşdirəcək 40 milyard dollar dəyərində “Cənubi Qaz Dəhlizi” layihəsi uğurla icra edilir və artıq işlərin 80%-i yerinə yetirilib.

Azərbaycan Prezidenti İlham Əliyev ötən illər ərzində həm İtaliya rəhbərliyi, həm də müdafiə sənayesi şirkətlərinin, o cümlədən “Leonardo”nun rəhbər şəxsləri ilə bir çox görüşlər keçirib.

Prezident İlham Əliyev 2017-ci ilin fevralın 18-də Münxendə səfərdə olarkən “Leonardo” şirkətinin baş icraçı direktoru və baş meneceri Mauro Moretti ilə görüşdü. Görüş zamanı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı. 8 ay sonra isə Prezident İlham Əliyev “Leonardo” şirkətinin yeni baş icraçı direktoru Alessandro Profumonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi. Məhz bu görüş zamanı “Leonardo” şirkəti ilə Azərbaycanın güc strukturları arasında əməkdaşlığın genişləndirilməsi barədə qərar qəbul edildi.

A.Profumonun 2018-ci ilin mayında “Leonardo” şirkətinin baş icraçı direktoru təyin olunmasından sonra ilk xarici səfərini də məhz Azərbaycana etməsi ölkəmizin həm İtaliya üçün, həm də “Leonardo” şirkəti üçün böyük əhəmiyyət daşıdığını göstərdi. Görüş zamanı şirkət ilə ölkəmizin bir çox strukturları, o cümlədən Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, SOCAR, “Silkway” şirkəti arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı, kibertəhlükəsizlik sahəsində perspektivlər müzakirə edildi və əməkdaşlığın yaxşı potensiala malik olduğu bildirildi.

Bu görüşlər zamanı İtaliyanın nəhəng müdafiə sənayesi şirkəti ilə Azərbaycanın güc strukturları arasında əməkdaşlığın genişləndirilməsi barədə qərarlar qəbul edildi. Bu qərarların icrası istiqamətində atılan addımlardan biri də bu ilin iyunun 4-də Müdafiə Sənayesi rəhbərliyinin İtaliyanın aparıcı müdafiə sənayesi şirkətlərindən olan “Leonardo”nun baş direktoru Lorenzo Marianinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsindən ibarət oldu. Görüşdə ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasının ifadə edilməsi, Müdafiə Sənayesi Nazirliyi ilə “Leonardo” şirkəti arasında hərbi-texniki sahədə birgə layihələrin həyata keçirilməsi, şirkətin reaktiv təlim-məşq təyyarələrinin Azərbaycanda istehsalına və texniki xidmətlərin göstərilməsi ilə bağlı birgə layihələrin icrası barədə geniş fikir mübadiləsinin aparılması heç bir halda nə bu sahə ilə maraqlanan insanların, nə də sadə vətəndaşlarımızın diqqətlərdən kənarda qalmadı. Çünki aviasiya vasitələrinin istehsalı kifayət qədər ciddi məsələdir və bu mürəkkəb texnoloji prosesi dünyada barmaqla sayıla biləcək ölkələr reallaşdıra bilir. Bu istiqamətdə hər iki tərəfin ekspertləri tərəfindən danışıqların davam etdirilməsinə dair razılıq əldə olunub.

Hələ keçən il Bakıda keçirilən ADEX-2018 Beynəlxalq Müdafiə Sərgisində iştirak edən İtaliyanın “Leonardo” şirkətinin satış meneceri Françesko Molinari Ordu.az saytına verdiyi müsahibəsində bildirirdi: “Azərbaycan HHQ ilə M-346 təlim döyüş təyyarələrinin alınması barədə danışıqlar gedir. Azərbaycanlı pilotlar iki dəfə İtaliyanın cənubundakı aviabazada bu təyyarələri sınaqdan keçiriblər. Bu gün Bakı Mərkəzi Asiyada və Qafqazda “Leonardo”nun ən yaxın tərəfdaşıdır. Yaxın gələcəkdə müəyyən məhdudlaşdırıcı prosedurların aradan qaldırılmasından sonra Azərbaycanda şirkətin servis xidmətinin və ya filialının açılması mümkünlüyü nəzərdən keçirilir”.

Bu müsahibə dərc ediləndə bir çoxları bu sözləri ciddi qəbul etmək istəmədi, lakin bu gün baş verənlər, hadisələrin xronologiyası onların haqlı olmadığını göstərdi.

Bu il may ayının əvvəlində Türkiyənin paytaxtı İstanbul şəhərində keçirilən IDEF 2019 Müdafiə Sənayesi sərgisində iştirak edən “Leonardo” şirkətinin müdafiə sistemləri departamentinin rəsmisi Ordu.az-a açıqlamasında “Azərbaycan bizim maraqlı olduğumuz bazarlardan biridir, məhsullarımızı burada tanıtmaqda davam edirik. Digər departamentlərdə də Azərbaycanla əlaqələrin və danışıqların davam etdiyindən xəbərdaram” deyə bildirməsi həm bu əlaqələrinin inkişaf perspektivlərini, həm də “Leonardo” şirkətinin satış meneceri Françesko Molinarinin daha öncə saytımıza verdiyi müsahibəsindəki fikirlərini bir daha təsdiqlədi.

Qeyd edək ki, “Leonardo” şirkəti 1948-ci ildə yaradılan çoxşaxəli fəaliyyət radiusuna malikdir. Mərkəzi ofisi Romada yerləşən kompaniyada 50 min nəfərə yaxın insan çalışır. İllik maliyyə dövriyyəsi 15 milyard, gəliri isə 600 milyon avrodan çoxdur.

Şirkətin "Thales Alenia Space", "SELEX Sistemi Integrati", "Alenia Aermacchi", "AnsaldoBreda" və "AgustaWestland" kimi törəmə şirkətləri mövcuddur. Əvvəllər "Finmeccanica" adlanan "Leonardo" hazırda İtaliyanın ən böyük sənaye müəssisələrindən biridir. Onun struktur bölmələri müdafiə, enerji, helikopter, qırıcı, telekommunikasiya və nəqliyyat sahəsində sifarişlərin yerinə yetirilməsini həyata keçirir. Şirkətin “Thales” ilə kosmik sahədə geniş miqyaslı ortaq layihələri də uğurla inkişaf edir.

Hazırda “Leonardo” dörd sektorda fəaliyyət göstərir və yeddi bölmədən ibarətdir:

- “Helikopter” bölməsi;
- “Aviasiya” bölməsi;
- “Aviasiya konstruksiyaları” bölməsi;
- “Aviasiya və kosmik sistemlər” bölməsi;
- “Yerüstü və dəniz mühafizə vasitələri üçün elektronika” bölməsi;
- “Təhlükəsizlik sistemlərin və məlumatların qorunması” bölməsi;
- “Müdafiə sistemləri” bölməsi.

Şirkət, “Eurofighter” proqramında 36% payla iştirak edir, qısa magistral reaktiv təyyarələr istehsal edən ATR birgə müəssisəsində 50% paya (digər 50% isə "Airbus Group"a məxsusdur), “SuperJet International” birgə müəssisəsində isə 51% paya sahibdir. “Leonardo” Avropanın 3-cü, dünyanın 9-cü böyük hərbi sənaye kompaniyası hesab edilir.

“Leonardo” müxtəlif hava vasitələri, yeni nəsil PUA-lar, hərbi və mülki aviasiya konstruksiyalarını istehsal edir. Şirkət təlim-məşq və təlim-döyüş təyyarələrinin hazırlanması və istehsalında, həmçinin əlaqəli yerüstü dəstək xidmətlərinin göstərilməsində dünya liderlərindən biridir.

“Leonardo” geniş çeşiddə təlim-məşq təyyarələri, kommersiya, mülki, təhlükəsizlik və müdafiə məqsədli helikopterlərin ən geniş çeşidlərinin dizaynı, inkişafı, sınaqları, istehsalı, servizi və satışı ilə məşğul olur.

Şirkət “Black Arrow”, “Black Scarpion”, MU90 kimi dəniz torpedolarını, müxtəlif çaplı artilleriya sistemləri və onların sursatlarını, təhlükəsizlik, informasiya, infrastruktur və ərazilərin mühafizəsi sistemlərinin istehsalını da həyata keçirir.

Təklif edilən xidmətlərə hava və dəniz nəqliyyatının dispetçer xidməti tərəfindən idarə edilməsi, quru və dəniz sərhədlərinin mühafizəsinin idarə edilməsi üçün qorunan şəbəkə sistemlərinin yaradılması, onların inteqrasiyası, informasiya infrastrukturlarının dizaynı və idarəetməsi, habelə kəşfiyyat və kibertəhlükəsizlik məqsədləri üçün məlumatların emal edilməsi xidmətləri daxildir. “Leonardo”, həmçinin dəniz artilleriyası, zirehli nəqliyyat vasitələri və sualtı sistemlərin dizaynını, inkişafını və istehsalını həyata keçirir. Hazırda “Leonardo” optik-elektron sistemlərin, C4I platformasının və onun üst quruluşu da daxil olmaqla birləşmiş döyüşü idarəetmə sistemləri bazarında liderlərdən biridir.

“Leonardo” şirkəti serviz xidmətlərinin təqdim edilməsi sahəsində ciddi paya malikdir. Bu il serviz xidmətləri bazarının ümumi həcminin 35.7 milyard dollara yüksəldilməsi proqnozlaşdırılır. Bu spektrdə “Leonardo”, “Airbus Group”, “BAE Systems”, “Boeing”, “Dassault Aviation”, “Hindustan Aeronautics Limited”, “Lockheed Martin” kimi şirkətlərlə həm rəqabət aparır, həm də əməkdaşlıq edir.

“Leonardo” şirkətinin əsas məhsulları arasında dəniz platformalarına enə bilən kiçik ölçülü AW seriyalı helikopterlərə, dünyada ən çox satılan AW109LUH markalı böyük hərbi helikopterlərə, M-345 və M-346 təlim-məşq təyyarələrinə və M-346 FA çoxməqsədli yüngül döyüş təyyarələrinə rast gəlmək mümkündür.

M-346 təlim döyüş təyyarəsi şirkətin özü tərəfindən layihələndirilib, istehsal edilir və 2015-ci ildən aktiv istismardadır. M-346 təlim-döyüş təyyarələri, "Eurofighter", F-35, F-22, F-16, JAC-39 “Grippen”, “Dassault Rafale” kimi müasir qırıcılar üçün pilotların hazırlanmasında geniş istifadə edilir. Azərbaycan HHQ-nin də hazırda istifadəsində olan 36 ədəd L-29 və L-39 təlim təyyarələrini də gələcəkdə yeni təlim-məşq təyyarələri ilə dəyişdirmək məqsədi bir neçə ildir ki, aşkar nəzərə çarpırdı. Bildiyimiz kimi, "Albatros" tipli təyyarələr pilotların 4++ və ya 5-ci nəsil qırıcıları idarə etməsi üçün təlim təyyarəsi rolunu tam ifa edə bilmir. Azərbaycana aviasiya vasitələrinin məhz Rusiyadan alınması ilə verilən bəzi təkliflər bəzən təzyiq xarakteri də daşıyırdı. Lakin Azərbacan rəhbərliyi HHQ üçün İtaliyadan M-346 və Pakistandan "Super Mushshak" təlim-məşq təyyarələrinin alınmasına qərar verdi. Səbəbini izah etmək elə də çətin deyil. Pakistan təlim təyyarələrindən artıq aktiv istifadə edilir və bu Azərbaycanın tələbatının böyük hissəsini qarşılayır. M-346 təlim-məşq təyyarələri isə öz texniki-uçuş xüsusiyyətlərinə görə bütün analoqlarından daha üstündür. Onların qənaətcil və daha yüksək sürətə malik olması əsas üstün keyfiyyətlərindən hesab edilir. Bəzən M-346 təyyarələrini öz sinifinin “səma Ferrari”si də adlandırırlar.

M-346 təyyarələri 30 ədəd Sinqapur, 30 ədəd İsrail, 12 ədəd isə Polşada olmaqla istismardadır. İsrail ilə müqavilə şirkətin rəmzi simvolu hesab edilir. Çünki İsrail Ordusunun hər hansı bir hərbi texniki vasitəni əldə edərkən ona qarşı irəli sürdüyü tələblərin nə qədər ciddi olduğu hər kəsə məlumdur. Əgər davamlı olaraq müharibə şəraitində olan İsrail “Leonardo” istehsalı təyyarəyə üstünlük veribsə, deməli ondan üstün ola biləcək digərini tapa bilməyib. Bu iddianın “Leonardo” ailəsindən olan təyyarələrin indiyə qədər bir dəfə də olsun qəza keçirməməsi də sübut edir.

Şirkətlə Azərbaycan güc strukturları arasında əməkdaşlığın genişləndirilməsi fonunda ən ciddi məsələlərdən biri Azərbaycan HHQ tərəfindən M-346 təlim-döyüş təyyarələrinin alınması idi.

Aparılan danışıqlar çərçivəsində azərbaycanlı pilotlar iki dəfə İtaliyanın cənubundakı aviabazada bu təyyarələri sınaqdan keçiriblər. Qeyri-rəsmi məlumatlara görə, Azərbaycan HHQ bu təyyarələrdən 24 ədəd əldə etmək niyyətindədir və artıq onlardan 10 ədədinin Bakıya gətirildiyi barədə məlumatlar da mövcuddur. Lakin bu məlumatlar nə Azərbaycan, nə də şirkət rəhbərliyi tərəfindən təsdiq edilməyib və bu başadüşüləndir. Təyyarələrdən bir neçəsinin əvvəllər Azərbaycan səmasında görünməsi də maraq doğurur.

Təyyarə ən müasir inteqrasiya edilən təlim sistemi ilə təchiz olunub. M-346 modeli ikimühərrikli, oturacaqları ardıcıl yerləşdirilən, müasir, yeni nəsil reaktiv təlim-məşq təyyarəsi olub, yeni nəsil döyüş təyyarələrində uçuşlar həyata keçirən pilotların bilik, bacarıq və vərdişlərini yaxşılaşdırmaq üçün nəzərdə tutulub. Təyyarə birinci dərəcəli təlim-məşq imkanı ilə bərabər aşağı istismar məsrəfləri də təklif edir. Bu xüsusiyyətlər, gənc pilotların müasir qırıcıların istismarında yetişdirilməsi prosesində də mühüm bir element kimi dəyərləndirilir.

Taktiki-uçuş xüsusiyyətləri:

Ekipaj - 2 nəfər;
Uzunluğu - 11.49 m;
Qanad uzunluğu - 9.72 m;
Hündürlüyü - 4.76 m;
Qanadının sahəsi - 23.52 m²;
Boş çəkisi - 4610 kq;
Yüklü çəkisi - 6700 kq;
Maksimum qalxma çəkisi - 9500 kq;
Mühərriki - 2×Honeywell F124-GA-200 (hər birinin itələmə gücü 28 kN).

Uçuş göstəriciləri:

Maksimal sürət - 1059 km/s;
Uçuş məsafəsi - 1981 km;
Maksimal uçuş məsafəsi - 2722 km (3 ehtiyat yanacaq çəni ilə);
Maksimal uçuş hündürlüyü - 13716 m;
Yüksəkliyə qalxma sürəti - 6705 m/dəq;
Çəkmə gücünün kütləyə nisbəti - 0.84.

Silahlanması

M-346 təyyarəsi malik olduğu 5 ədəd xarici asqıda 3000 kq ağırlığında raket və ya aviabomba daşıya bilər. Əslində bu göstərici təyyarənin təlim-məşq deyil, təlim-döyüş sinifinə aid olduğunu göstərir. İstehsal prosesində kompozit materiallara üstünlük verilir. Kabinin oksigen təminatı OBOGS generatoru vasitəsilə təmin edilir. Təyyarənin avionikasına iki ədəd radiostansiya, rəqəmsal xəritə displeyi, 3 ədəd 5x5 düyümlük çoxfunksiyalı LCD displey, səsli komanda radiosu, GPS, ətalətli naviqasia sistemi, EGİR hündürlük ölçmə vasitələri, SOS xəbərdarlıq sistemi və s. kimi avadanlıqlar daxildir. Hər bir təyyarə təxminən 20 milyon ABŞ dolları dəyərindədir.

Əslində Azərbaycan HHQ-nin bu qədər çox sayda təlim təyyarəsinə ehtiyacı yoxdur. Böyük ehtimalla, 5 asqıda 3000 kq aviasiya sursatını 1000 km/saatdan artıq sürətlə daşıya bilən M-346 təyyarələrindən əsasən döyüş vasitəsi kimi istifadə ediləcək. Yəqin ki, burada təlim-məşq ifadəsinin önə sürülməsi, bəzi mövcud silah embarqo və məhdudiyyətlərindən yan keçmək üçün bir arqument kimi istifadə edilir. Azərbaycanın seçdiyi aviasiya vasitələri istehsal edildiyi gündən bəri bir dəfə də olsun qəza keçirməyən azsaylı təyyarələrdən biridir. Belə bir göstərici onların yüksək keyfiyyətindən xəbər verir.

2018-ci ilin sonunda şirkətin M-346 təlim təyyarələrinin bazasında yüngül qırıcıların kütləvi istehsalına başladığı barədə məlumatlar, bu yaxınlarda Parisdə başa çatan Aviasalonda öz təsdiqini tapdı. İlk dəfə geniş ictimaiyyətə təqdim edilən təyyarənin döyüş imkanlarını genişləndirmək üçün M-346 FA modifikasiyalı yeni versiyasının hazırlandığı məlum oldu. Bu versiya nisbətən ucuz qiymət, qənaətcil mühərrik, yüksək sürət, cəld manevr, daha çox sursat asqısı və aşağı istismar xərcləri kimi vacib xüsusiyyətləri özündə birləşdirir. Qanad sonluqlarına iki ədəd silah asqısı əlavə etməklə onların ümumi sayını 7-yə çatdıran şirkət, təyyarəni yeni REM və kəşfiyyat modulu ilə təchiz edib. Bu isə ondan təlim, qırıcı, hücum və kəşfiyyat yüngül vasitəsi kimi istifadəyə imkan yaradıb.

“Grifo-346” AFAR tipli radarın istifadəsi sayəsində M-346 təyyarəsi aşkarlama imkanlarını əhəmiyyətli dərəcədə genişləndirərək eyni anda 10 hədəfi 92 km məsafədə izləyə bilir və bununla tam həcmli döyüş vasitəsinə çevrilir. M-346 FA “hava-hava”, “hava-yer” raketlərindən, yerüstü hədəflərə qarşı “ağıllı” bomba və idarəedilən sursatlardan effektiv şəkildə istifadə edə bilir. Azərbaycan HHQ üçün bu təyyarələrin gətirilməsində hiss edilən ləngimələrin, sifarişçinin təlim-məşq vasitələrini yeni AFAR-a sahib yüngül qırıcı/hücum təyyarəsilə əvəz etmək istəyindən irəli gəldiyini də iddia etmək mümkündür.

“Leonardo” şirkətinin M-346 FA döyüş təyyarələrində “Grifo-346” AFAR tipli radarın tətbiqi, daha çox sursat asqısında müxtəlif təyinatlı idarəolunan və “ağıllı” sursatların daşınması imkanı, sərfəli qiymət diapazonu, qənaətcil mühərrik, yüksək sürət, cəld manevr, aşağı istismar xərcləri kimi vacib xüsusiyyətləri ilə bərabər aviasiya vasitələrinin Azərbaycanda istehsalı və texniki servis xidmətlərinin göstərilməsi ilə bağlı birgə layihələrin icrası barədə geniş fikir mübadiləsi aparması, rəsmi Bakının maraqlarına tam cavab verir. Hadisələrin belə bir inkişafı dolayı yolla təyyarə ilə birgə onun istehsal texnologiyasının Azərbaycana transferi deməkdir. İndiyə qədər yalnız İsraildən buna bənzər, lakin nisbətən daha kiçik miqyaslı addımlar müşahidə etmişik. Fransa və Çexiya ilə hərbi-texniki sahədə münasibətlərin ardından İtaliya ilə belə bir ciddi mövzuda müzakirələrin aparılması həm rəsmi Bakının Mərkəzi Asiyada və Qafqazda “Leonardo”nun ən yaxın tərəfdaşı olmasının, həm də Azərbaycan ilə Avropa arasında sanksiya “buzlarının” əriməsinin əlamətləridir. Son baş verən hadisələr yaxın gələcəkdə şirkətin Azərbaycanda servis xidməti və istehsal sahəsinin yaradılmasının artıq bir reallıq olduğunu göstərir.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Leonardo   M-346-FA   Azərbaycan  

"Paris Air Show 2019"da "Leonardo" debütü: Azərbaycan M-346 FA yüngül döyüş təyyarələri alacaq? - HƏRBİ EKSPERT

2019/06/body_-1561444502.jpg
Oxunub: 2238     10:34     25 İyun 2019    