“Nexter” Azərbaycana hansı məmulatları ilə gəlir? - HƏRBİ EKSPERT (ANALİZ)

2019/06/Home_-3122211098.jpg
Oxunub: 4426     12:33     21 İyun 2019    
Fransanın paytaxtı Paris yaxınlığındakı Le Burjedə Kosmik Sənaye Assosiasiyasının himayədarlığı ilə hər iki ildən bir keçirilən “Paris Air Show-2019” sərgisi çərçivəsində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin yüksək vəzifərli şəxslərinin dünyanın bir çox tanınmış şirkətlərinin rəhbərləri ilə görüşməsi ictimaiyyətin diqqətini cəlb etməyə bilməzdi. 53-cü dəfə keçirilən aviasalon, qlobal aviasiya sənayesinin ən nəhəng şirkətlərinin vahid platformada çıxış etdiyi ən geniş miqyaslı sərgidir. Sərgidə müdafiə, silahlanma, aviasiya, kosmik və hava limanı avadanlıqları nümayiş etdirilir.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müşaviri Fərrux Vəzirov sərgi çərçivəsində bir çox şirkətlərin, o çümlədən Fransanın 256 illik tarixə malik və ən böyük müdafiə sənayesi müəssisələrindən biri olan “Nexter” şirkətinin rəhbərliyi ilə görüşərək müxtəlif növ müdafiə təyinatlı məhsulların, o cümlədən Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində mövcud olan istehsal sahələrində təkərli zirehli texnikanın birgə istehsalı, robot texnikası sahəsində dəniz və hava platformaları üzərində müxtəlif növ silahların istehsalı və inteqrasiyası istiqamətində əməkdaşlığın yaradılmasına dair danışıqlar aparıb. Tərəflər arasında bu layihələrin həyata keçirilməsi üzrə yol xəritəsi müəyyən edilib.

Görüşdə “Nexter” şirkətinin ekspertlərinin iyulda Azərbayacana nəzərdə tutulan səfərləri çərçivəsində danışıqların davam etdirilməsinə dair razılıq əldə edilib. Sərgi çərçivəsində Fransa Müdafiə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Thomas Lorne ilə görüşün keçirilməsi, iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın yaradılması istiqamətində atılan addımlara dövlətlər tərəfindən hərbi-siyasi dəstək verilməsi məqsədini daşıdığını ehtimal etməyə imkan verir.

Fransa-Azərbaycan əlaqələri, xüsusilə də hərbi-texniki sahədə əməkdaşlıq umumilikdə müsbət dinamikaya malikdir və artıq bir neçə ildir ki, yüksələn xətt üzrə inkişaf edir. Hələ keçən ilin sentyabrın 28-də Bakıda keçirilən “ADEX-2018” Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edən Fransanın “Nexter Systems” şirkətinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Filip Devid Ordu.az-a açıqlamasında Azərbaycan ilə hərbi-texniki əməkdaşlıqda maraqlı olduqlarını bildirmişdi.

O zaman bu açıqlama bir çoxları üçün inanılmaz olsa da, artıq bu günlərdə Avropnının ən böyük şirkətlərindən birinin Azərbaycan ilə müxtəlif növ müdafiə sənayesi məhsullarının, o cümlədən zirehli təkərli vasitələrin, robot texnikasının, dəniz və hava platformaları üzərində müxtəlif növ silahların istehsalı və inteqrasiyası üzrə birgə əməkdaşlıq etməkdə maraqlı olduğu rəsmən təsdiqləndi.

Bu əməkdaşlığın konturlarını qismən təyin etmək üçün əvvəlcə “Nexter Systems” şirkətinin fəaliyyət istiqaməti və istehsal portfeli və onun həcmi ilə tanış olmaq vacibdir. Yalnız bundan sonra hansı istehsal sahələrinin Azərbaycan üçün pozitiv perspektivlər vəd etdiyini müəyyənləşdirmək mümkün ola bilər.

“Nexter Systems” şirkəti dünya ordularının yüksək texnologiyalı müdafiə məhsullarının hazırlanması və istehsalı sahəsində yaranan tələbatını qarşılamaq üçün yaradılıb. “Nexter” bütün qoşun növləri üçün yüngül zirehli avtomobildən ağır tanka qədər istənilən sinifdən olan vasitələrin, artilleriya qurğularının, müxtəlif çaplı və təyinatlı topların, onların quraşdırıldığı turellərin, idarəetmə sistemlərinin, müxtəlif optik avadanlıqların, robotların, kimyəvi mühafizə vasitələrinin, orta və böyük çaplı sursatların istehsalı ilə məşğul olur. Hazırda kompaniyanın Belçikada, İtaliyada və Fransada filialları fəaliyyət göstərir. Şirkətin tərkibində 3500 nəfər mütəxəssis çalışır və onun təmiz illk gəliri 1 milyard avrodan az deyil. Hazırda “Nexter Systems” şirkətinin illik sifariş portfeli 6 milyard dollardan çoxdur.

Şirkətin əsas istehsal etdiyi zirehli vasitələrə AMX-56 “Leclerc” MBT modernləşdirilən əsas döyüş tankını, 155 mm “Trajan” özüyeriyən artilleriya qurğusunu, ARM-10RC zirehli vasitələrini, TİTUS MRAP tipli avtomobilini, VBCI zirehli vasitələrinin bir neçə modelini, VBMR-GRIFFON çoxməqsədli zirehli vasitələrini, GBRC-JAGUAR zirehli kəşfiyyat və VBMR-SERVAL çoxməqsədli yüngül zirehli maşınlarını aid etmək olar.

Şirkətin 105 və 155 mm artilleriya sistemləri həm 6x6, həm də 8x8 şassilərində yerləşdirilərək CAESAR markası ilə silah bazarında uğurla təqdim edilir.

Yerüstü vasitələrə quraşdırılan THL20 tureli və 20M621 topu, hava vasitələrinə quraşdırılan THL30 tureli və 30M791 topu, helikopterlərdə tətbiq edilən SH20 tureli və NC621 topu da “Nexter Systems” şirkətinin sifariş portfelində yer alan vacib silah sistemlərindən hesab edilir. 30M791 topu və onun THL30 tureli sırf “Rafal” qırıcıları üçün istehsal edilir.

Şirkətin daha öncədən istehsal etdiyi məhsulları arasında 30 mm DEFA aviasiya topları, 20 mm-lik ARX 20 və 25 mm-lik ARX 25 RCWS yerüstü vasitə topları da yüksək atəş gücünə malik məhsuldar silahlardan hesab edilir. NATO standartlarına cavab verən döyüş sursatı ilə atəş açan bu toplar, 4-cü səviyyəli balistik qorunma səviyyəsindəki zirehə nüfuz edə bilir. Onları asanlıqla nəqliyyat vasitələrinə inteqrasiya etmək mümkündür.

DEMETER mina təmizləmə maşınları hərbçilərə İraq və Əfqanıstandan yaxşı tanışdır. Hazırda isə bu modellər də ciddi yenilənməyə məruz qalaraq Fransa, ABŞ, İsveç, İsveçrə, Belçika və Hollandiya ordularında aktiv istifadə olunur.

Ümumilikdə “Nexter Systems” şirkəti Fransa ordusunun istifadəsində olan əsas dəniz, quru və hava vasitələrində istifadə edilən silah sistemlərinin və onların sursatlarının əksəriyyətini tədarük etməklə eyni zamanda dünya silah bazarında 20-155 mm top və mərmilərin ən böyük istehsalçılarından biri hesab edilir. Yeri gəlmişkən, Azərbaycan HDQ üçün “Naval” şirkəti ilə birgə inşa edilən OPV-90 gəmisinin silahlanmasında “Nexter Systems” məhsulu olan NARWHAL məsafədən idarəolunan silah modulu da yer alır.

“Nexter” şirkəti bir neçə il öncə 155 mm-lik “Katana” artilleriya sursatlarının elementlərini 3D çapdan istifadə edərək inkişaf etdirilməsini təmin edən təkamül proqramına başladı.

İlk addım olaraq yüksək dəqiqlikli “Bonus” döyüş başlığı hazırlandı. “Spacido” nizamlama dəsti növbəti addım oldu. Keçən ilin əvvəlində şirkət, bütün sınaqların uğurlu keçdiyini, təsnifatlandırılmanın bitdiyini və sertifikatların əldə edilməsindən sonra məhsulun bazara çıxarılacağını bildirdi.

“Eurosatory 2018”də “Nexter” şirkəti 155 mm uzaq mənzilli “Katana” artilleriya mərmi ailəsinin ilk üzvünü birinci dəfə təqdim etdi.

Bu sursatlar “şəhər artilleriyası” üçün ideal mərmi hesab edilir. “Katana Mk1” versiyasında mərmi, burun hissəsində 4 ədəd sərt şəkildə birləşdirilən qanada, onun ardınca isə IMU-GPS tuşlama blokuna birləşdirilən 4 ədəd tənzimləmə sükanlarına malikdir. Mərmi lülədən çıxdıqdan sonra quyruq pərləri də daxil olmaqla bütün qanadlar açılır. Hazırda mərmi son sınaq mərhələsindədir. Onun sınaqlarında Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heytinin və ya hərbi attaşemizin iştirakı istisna deyil. Çünki 155 mm-lik mərminin 30 km məsafədə cəmi 10 metr hədəfdən yayınma sərgiləməsi, bu mərminin Azərbaycan Ordusunun silahlanmasına qəbul edilməsini və ya yerli müəssisələrdən birində onun birgə istehsalını şərtləndirir. İşğalçı ilə minimum məsafədə yerləşən ordumuza həm ön xəttə yaxın ərazilərdə, həm də yaşayış məntəqələrində və ya onların yaxınlığında yerləşdirilən düşmənin hərbi obyektlərinə nöqtə zərbələri endirmək üçün məhz “Katana” mərmi ailəsinin əldə edilməsi və ya istehsalı vacibdir.

Qrafikə görə bu mərmi artıq hazırdır və gələn il satışa çıxarılacaq. Bu ailənin ikinci üzvü “Katana Mk2” mərmisinin atəş məsafəsi 60 km-ə qədər artırılacaq. Böyük ehtimalla burada əlavə qatlanan qanad dəstindən istifadə ediləcək. “Nexter” şirkəti bu mərmilərlə rəqiblərindən daha uzaq mənzilli və daha dəqiq mərmiləri münasib qiymətə istehsal etməyi planlaşdırır.

“Katana Mk2” mərmisi 2022-ci ilədək hazır olacaq. İki il sonra isə tələbat duyularsa, “Nexter” bir metr yayınmaya malik 155 mm-lik lazerlə idarə olunan “Katana Mk2b” mərmisini inkişaf etdirəcək.

“Nexter” artan məsafə və dəqiq tuşlama ilə yanaşı, yeni materiallar və 3D çapdan istifadə edərək yeni döyüş başlıqlarını da inkişaf etdirir. Bunun üçün şirkət alüminium tozu ilə doldurulan neylondan ibarət olan alümid materialdan və 3D çapdan istifadə edir.

Hazırda şirkət optik lif ilə partlayış yaratmaq məqsədilə optik-pirotexnik texnologiyaları üzrə tədqiqatlar aparır. Bu araşdırmaların “Katana” mərmilərinin yeni nümunələrində tətbiq ediləcəyi şübhəsizdir.

Bunlardan başqa “Nexter” robot texnikası sahəsində NERVA çoxməqsədli mini robotlarını, 20 mm-lik topa sahib OPTIO X 20 robotunu, rəqəmsal sahədə FINDMP toxunuşla çalışan komandir masasını və SOPIE (Thales) termal kamerasına malik “Margot 3000” VMT müşahidə sistemini, EVATOX kimyəvi hücumdan müdafiə əlehqazlarını və s. yeniliklərini də Le Burjedə keçirilən sərgidə nümayiş etdirir.

Şirkətin gələcəkdə də silah bazarının çağırışlarını nəzərə alaraq, zirehli vasitələrin, top və onların ağıllı sursatlarının, pilotsuz və robot texnikalarının, kütləvi qırğın silahından mükəmməl mühafizə vasitələrinin inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərəcəyi şübhəsizdir.

Fransa ilə Azərbaycanın hərbi-texniki sahədə əməkdaşlığı son illərdə daim pozitiv notlar üzərində köklənib. 2018-ci ilin iyun ayında Fransanın paytaxtı Paris şəhərində keçirilən “Eurosatory 2018” Beynəlxalq müdafiə və təhlükəsizlik sərgisində Azərbaycan Müdafiə Sənayesi Nazirliyi 270 adda məmulat nümayiş etdirdi. Həmin sərginin ilk günündə sabiq nazir Yavər Camalov “Thales” və “Nexter” şirkətlərinin nümayəndə heyətləri ilə görüşlər keçirdi. Almaniyanın “Rheinmetall” şirkətinin nümayəndə heyəti ilə görüşdən sonra Müdafiə Sənayesi Nazirliyi ilə adıçəkilən şirkət arasında ikitərəfli əməkdaşlığa dair niyyət protokolu da imzalandı. Lakin üstündən bir il keçməsinə baxmayaraq bu protokolun real nəticələri barədə məlumatlar ictimaiyyətə açıqlanmayıb.

Rəsmi Bakı Beynəlxalq Sərgilər Bürosu tərəfindən 2025-ci ildə keçiriləcək “Expo-2025” Ümumdünya Sərgisinə ev sahibliyi etməsi üçün irəli sürülən namizədliyinin dəstəklənməsi məqsədilə iri şirkətlərin və onların mənsub olduğu ölkələrin müvafiq qurumları ilə geniş müzakirələr aparır.

Azərbaycan MSN müəsisələri tərəfindən “Matador”, “Marauder”, “Tufan” kimi mina əleyhinə zirehli vasitələrin, “Gürzə” patrul maşınlarının, bütün seqmentdən olan atıcı silahların və onların mərmilərinin, PUA- ların, NATO standartlarına cavab verən “Yalquzaq” və “Vaşaq” snayper tüfənglərinin istehsalını müstəqil olaraq istehsalını həyata keçirir. “Nexter” şirkətinin Qafqazda məhz Azərbaycana maraq göstərməsi rəsmi Bakının KTMT və NATO ilə normal münasibətləri və şəffaf siyasi mövqeyi, mövcud istehsal potensialı, idxal-ixrac imkanları, xammal bazası, alıcılıq və sərmayə qabiliyyəti və s. kimi vacib amillərlə sıx bağlıdır.

“Nexter” şirkətinin ARM-10RC, MRAP tipli TİTUS, VBCI, VBMR-GRIFFON, GBRC-JAGUAR və VBMR-SERVAL kimi müxtəlif təyinatlı çoxməqsədli zirehli və yüngül zirehli vasitələrinin təkərli şassisyə malik olduğunu nəzərə alsaq, onların yalnız qüllə və topunu Azərbaycana idxal etməklə yerli istehsalının təşkil edilməsi praktiki olaraq ciddi problemlər vəd etmir, o cümlədən real bir ssenari hesab oluna bilər.

Azərbaycanın iriçaplı antimaterial snayper tüfənglərinin və 30 mm-ə qədər seqmentdə avtomatik topların istehsalını müstəqil olaraq həyata keçirməsi təcrübəsi də “Nexter” üçün az əhəmiyyət daşıya bilməz.

Azərbaycan MSN ilə “Nexter” şirkətinin digər ortaq təmas nöqtəsi isə hər iki tərəfdaşın geniş assortimentdə sursat istehsalına üstünlük verməsidir. Nəzərə alsaq ki, hazırda Avropa şirkətlərinin bir çoxu daha ucuz qiymətə sursat komponentlərinin Rusiyadan alınmasında beynəlxalq sanksiyalarla, bəzi silah sistemlərinin isə Türkiyəyə idxal edilməsində ölkədaxili siyasi problemlərlə qarşılaşır, o zaman məhz sursat zavodlarının Rusiya və Türkiyə ilə isti münasibətlərə malik və onlara yaxın məsafədə yerləşən ölkələrdən birində qurulması istənilən halda “Nexter”in maddi maraqlarına hərtərəfli cavab verir.

Azərbaycan isə təbii ki, “Nexter” kimi nəhəng bir şirkətin silahların layihələndirilməsi, inkişaf etdirilməsi və istehsalı sahəsində təcrübəsindən yararlanmaqla, müasir təcrübə əldə etməklə, cəlb olunduğu münaqişədə tələb olunan yeni silah və sursatları əldə etməklə bərabər onların istehsal və ixracında yaxından iştirak etməkdə maraqlıdır.

Qeyd etdiyimiz kimi, “Nexter” şirkətinin yüksək dəqiqlikli “Katana” artilleriya mərmilərinin yüksək dəqiqliyinə görə düşmənlə minimum məsafədə yerləşən ordumuz üçün ideal bir seçim olduğunu nəzərdən qaçıra bilmərik. Həmin sursatların sıx məskunlaşan hərbi əməliyyatlar teatrında mülki əhali arasında itkiləri minimuma endirmək məqsədilə işğal edilən yaşayış məntəqələrində və ya onların yaxınlığında yerləşdirilən düşmənin hərbi obyektlərinə nöqtə zərbələri endirmək üçün tətbiqi də ordumuzun döyüş ruhuna və maraqlarına tam cavab verir.

Hesab edirəm ki, bu və ya digər tip müasir silah-sursatların istehsal texnologiyasının mənimsənilməsi, ümumilikdə müdafiə sənayesi sektorunun canlanmasına, peşəkar kadrların yetişdirilməsi prosesininin sürətlənməsinə, bir çox özəl sənaye şirkətlərinin yaranmasına və inkişafına ciddi təkan verəcək.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Nexter   Azərbaycan  

“Nexter” Azərbaycana hansı məmulatları ilə gəlir? - HƏRBİ EKSPERT (ANALİZ)

2019/06/Home_-3122211098.jpg
Oxunub: 4427     12:33     21 İyun 2019    