XXI əsrin ilk Milli Qəhrəmanı - sərhədçi Eltun İsgəndərovun anım mərasim keçirilib - FOTOLAR

2019/06/photo-10927097643.jpg
Oxunub: 1576     11:00     20 İyun 2019    
XXI əsrin ilk Milli Qəhrəmanı - sərhədçi Eltun Xaləddin oğlu İsgəndərovun anım gününün 10 illiyi ilə əlaqədar olaraq qəhrəmanın anadan olduğu Samux rayonunun Əhmədbəyli kəndində təntənəli mərasim keçirilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Ordu.az-a verilən məlumata görə, mərasimdən öncə Samux Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Dövlət Sərhəd Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətnin hərbi qulluqçuları, hüquq mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, qəhrəmanın doğmaları şəhid sərhədçinin əziz xatirəsini yad edərək məzarı üzərinə tər çiçək dəstələri düzüblər.

Daha sonra tədbir Azərbaycanın Milli Qəhrəmanı Eltun İsgəndərovun adı verilmiş Əhmədbəyli kənd tam orta məktəbində qəhrəmanın əksi olan xatirə lövhəsinin açılışı ilə davam etdirilib.

Mərasimdə çıxış edənlər 2009-cu ilin iyun ayının 18-də Cəlilabad ra­­yonunun Əsəd­li kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xid­­məti ərazi­sin­də bir qrup şəxsin dövlət sərhədini Azər­baycan Res­pub­­likasından İran İslam Respub­li­ka­sı istiqamətində qanunsuz olaraq keçməyə cəhd göstərməsinin qarşısının alınması zama­nı şəxsi şücaət və igidlik göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidentinin 25 iyun 2009-cu il tarixli 349 saylı sərəncamı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş, vətənimizin təhlükəsizliyinin təmin olunması kimi şərəfli bir vəzifəni yerinə yetirərkən şəhidlik zirvəsinə ucalmış Eltun İsgəndərovun keçdiyi xidmət yolundan, dövlət sərhədinin mühafizəsi zamanı göstərdiyi hünərdən söz açıb və onun bu şücaətinin gənc nəslə örnək olduğunu xüsusi olaraq vurğulayıblar.

Milli Qəhrəmanın atası Xaləddin İsgəndərov oğlu ilə fəxr etməsini, Azərbaycanımızda Eltun kimi oğullarımızın sayının on minlərlə olduğunu qeyd edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə şəhid ailələrinə, döyüşlərdə sağlamlığını itirən şəxslərə və müharibə veteranlarına göstərdiyi diqqət və qayğıya görə öz ailəsi adından minnətdarlığını bildirib.

Tədbirin sonunda məktəblilər tərəfindən respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə həsr edilmiş bədii kompozisiya nümayiş etdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

XXI əsrin ilk Milli Qəhrəmanı - sərhədçi Eltun İsgəndərovun anım mərasim keçirilib - FOTOLAR

2019/06/photo-10927097643.jpg
Oxunub: 1577     11:00     20 İyun 2019    