Trampın yeni namizədi NATO-nun nazirlər görüşündə iştirak edəcək

2019/06/MARK_-1561011411.jpg
Oxunub: 440     11:15     20 İyun 2019    
ABŞ Müdafiə nazirinin səlahiyyətlərini icra edən Mark Esper gələn həftə Brüsseldə keçiriləcək NATO-nun nazirlər görüşündə iştirak edəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Məlumata görə, görüşlər NATO alyansının möhkəmləndirilməsinə və dəstəklənməsinə yönəldiləcək.

“Görüşlər NATO alyansının möhkəmləndirilməsinə və dəstəklənməsinə, xərclərin daha düzgün ayrılmasının təmin edilməsinə, hazırlığın artırılmasına və regional təhlükəsizlik məsələlərinin həllinə yönəldiləcək”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, M.Esper gələn həftədən ABŞ Müdafiə nazirinin səlahiyyətlərini icra edən Patrik Şanahanı bu vəzifədə əvəz edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Mark-Esper   Pentaqon  

Trampın yeni namizədi NATO-nun nazirlər görüşündə iştirak edəcək

2019/06/MARK_-1561011411.jpg
Oxunub: 441     11:15     20 İyun 2019    