Milli Qəhrəmanın doğum günüdür

2019/06/bu-gu-1561010888.jpg
Oxunub: 890     09:58     20 İyun 2019    
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Vüqar Hüseynovun doğum günüdür.

Ordu.az xəbər verir ki, V.Hüseynov 20 iyun 1969-cu ildə Cəbrayıl rayonunun Daşkəsən kəndində anadan olub. 1976-1986-cı illərdə məktəbi bitirib. 1989-cu ildə hərbi xidmətini başa vuraraq Azərbaycana qayıdıb və elektirik qaynaqçısı kimi fəaliyyətə başlayıb. 1990-cı ildə Xüsusi Təyinatlı Milis (polis) Dəstəsinə daxil olub, Xocalı, Goranboy, Çaykənd istiqamətlərində rəşadətlə vuruşub.

V.Hüseynov Xocalıda, Goranboyda uğurlu döyüş yolu keçib. Şəhid jurnalist Salatın Əsgərovanı qətlə yetirənlərin tapılmasında onun böyük xidməti olub. 1991-ci il 20 iyulda erməni qəsbkarları Goranboy rayonuna hücum ediblər. V. Hüseynov Buzluq kəndi uğrunda gedən döyüşdə düşmənin üstün qüvvələrinin dəf edilməsində xüsusi fədakarlıq göstərib və qəhrəmanlıqla şəhid olub.

O, əvvəlcə "Qırmızı Ulduz" ordeni ilə təltif olunub. Daha sonra 1992-ci il 6 iyun tarixində Azərbaycan Respublikası Prezidentinin 831 saylı fərmanı ilə Hüseynov Vüqar Tofiq oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Şəhid Milli Qəhrəman doğuldğu Daşkəsən kəndində dəfn edilib. Subay idi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Milli-Qəhraman   Cəbrayıl   Daşkəsən   Xüsusi-Təyinatlı-Milis  

Milli Qəhrəmanın doğum günüdür

2019/06/bu-gu-1561010888.jpg
Oxunub: 891     09:58     20 İyun 2019    