Tonoyanın məsləhətçilərinin dəyişdirilməsi məsələsi gündəmdədir

2019/06/Armen-1560944512.jpg
Oxunub: 581     20:41     19 İyun 2019    
“Düşünmək lazımdır, vaxtilə Serj Sarkisyana məsləhət verənlər, indi Davit Tonoyana necə məsləhət verə bilərlər?”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri “İşıqlı Ermənistan” fraksiyasının deputatı Arman Babacanyan deyib.

Onun sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyində keçmiş davranış tərzini davam etdirmək qətiyyən yolverilməzdir.

“Bizim Müdafiə Nazirliyi keçmişdən təyin edilən bir çox təyinatlara yenidən baxmalıdır. Məsələn, son zamanlar Müdafiə nazirinin müşavirlərinin məsələsi qaldırılıb. Demək olar ki, heç biri dəyişdirilməyib. Burada doğrudan da düşündürücü məsələ var.

Gələcəkdə də bu kimi sorğularla çıxış etmək niyyətindəyəm. Biz görməliyik ki, Müdafiə nazirimiz bu barədə nə düşünür? Məlum olub ki, məsələ Müdafiə Nazirliyində keçmişdə təyin edilən şəxsi heyətdən gedir”, - deyə erməni deputat bildirib.

O qeyd edib ki, Sarkisyana məsləhət verənlər, indi Tonoyana necə məsləhət verə bilərlər?...

“Düşünmək lazımdır, vaxtilə Serj Sarkisyana məsləhət verənlər, indi Davit Tonoyana necə məsləhət verə bilərlər? Keçmiş davranış tərzini davam etdirmək qətiyyən yolverilməzdir”, - deyə Babacanyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Tonoyanın məsləhətçilərinin dəyişdirilməsi məsələsi gündəmdədir

2019/06/Armen-1560944512.jpg
Oxunub: 582     20:41     19 İyun 2019    