Tramp Şanahanın postuna Mark Esperi təyin edib

2019/06/175d0-1560925562.jpg
Oxunub: 443     10:23     19 İyun 2019    
ABŞ prezidenti Donald Tramp Pentaqona yeni rəhbər təyin edib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, Müdafiə naziri vəzifəsini icra edən Patrik Şanahan ailəsinə daha çox vaxt sərf etmək istəyib və bu səbəbdən vəzifədən getməsinə qərar verib.

Tramp Pentaqon rəhbərliyinə ABŞ-ın Quru Qoşunlarının komandanı Mark Esperi təyin edib.

ABŞ prezidenti qeyd edib ki, Esperin işinin öhdəsindən gələcəyinə şübhə etmir.

“Yeni nazir vəzifəsini icra edəcək Mark işgüzar adamdır. Onu yaxşı tanıyıram və işinin öhdəsindən əla şəkildə gələcəyinə şübhə etmirəm”, - deyə Tramp bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Patrik-Şanahan   Tramp   Pentaqon   Twitter   Mark-Esper  

Tramp Şanahanın postuna Mark Esperi təyin edib

2019/06/175d0-1560925562.jpg
Oxunub: 444     10:23     19 İyun 2019    