Əfsanəvi iki komandirin oxşar taleyi: "Ölümün pəncəsində olanda fərqli hisslər keçirirsən" – MÜSAHİBƏ (FOTOLAR)

2019/06/14835-1560864518.jpg
Oxunub: 3614     17:00     18 İyun 2019    
“Bizim alay əvvəlki uğurlu döyüşlərinin ardından Sırxavənd kəndi uğrunda döyüşüdə səhv etmirəmsə 78 nəfər itki verdi. Döyüş kənardan asan gəlir adama, amma ölümün pəncəsində olanda fərqli hisslər keçirirsən. Uğurlar olanda tərifliyirlər, itki olanda isə... Bütün bunlar müharibənin qanunlarıdır”.

Bu gün, 836 saylı alayın yaradıcısı və komandiri, Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Şirin Mirzəyevin, 708 saylı briqadanın tank taborunun komandiri baş leytenant Qahir Hüseynovun, 836 saylı alayın kəşfiyyat dəstəsinin (xüsusi təyinatlı hücum dəstəsinin) komandiri leytenant Yavər Babayevin, Mübariz və Araz Mirzəyevin (hər ikisi Şirin Mirzəyev nəslinin nümayəndəsidir) şəhid olduğu gündür.

Ordu.az hadisə ilə bağlı 836 saylı alayın kəşfiyyat bölük komandirinin müavini, Rafiq Kərimovla müsahibəni təqdim edir:

- Salam Rafiq bəy, sizi redaksiyamızda görməkdən çox şadıq. Sizin Azərbaycanda yaranan ilk hərbi hissələrin birində xidmətlərinizdən xəbərimiz var. Lakin bu dəfə qərara aldıq ki, Sizi öz oxucularmızla daha yaxından tanış edək. Zəhmət olmasa, hərbi fəaliyyətiniz barədə qısa məlumat verin.

- Mən, Kərimov Rafiq Xasay oğlu 1988-ci ildə Sovet ordusu sıralarından tərxis olundum. 1989-cu ildən Xankəndində yerləşən 5471 nömrəli xüsusi motoatıcı alayda müdəttədən artıq hərbi qulluqçu kimi xidmətə başladım. 1991-ci ildə Azərbaycan Ordusu yaranmağa başlayanda “Kalaşnikov” markalı silahımı da götürüb doğulduğum Ağdam rayonuna gəldim. Xidmətimi davam etdirmək üçün Azərbaycanda yaranan ilk hərbi hissələrdən biri olan 836 saylı Ağdam özünümüdafiə taboruna müraciət etdim. Həmin taborun kəşfiyyat bölüyünə kəşfiyyatçı vəzifəsinə təyin olundum. 1992-ci ilin martın 4-də Qazancı kəndi uğrunda gedən küçə döyüşündə erməni ilə üzbəüz gələndə yaralandım. Yaralı vəziyyətdə həmin erməniyə 30 ədəd güllə vurub onu məhv etdim. Bu Xocalı hadisələrindən sonra baş verən ilk əməliyyat idi. Yəqin ki, bu 30 güllə məni yaralayan erməniyə, yaralanmağımdan daha çox, Xocalıda baş verən soyqırıma görə özümdən asılı olmayan cavab reaksiyası idi.

Sonra yenidən müalicə alıb tabora qayıtdım. Tabor ştatı artırılıb alaya çevrilmişdi, məni isə alayın kəşfiyyat bölük komandirinin müavini təyin etmişdilər. Həmin hərbi hissə 708-ə birləşdirilənə qədər də bu vəzifədə xidmət etdim.

- Silah-sursat və texnika ilə təchizat neçə idi?

- Deməli alay təzə yarananda demək olar ki, silah deyilən bir şey yox idi. Hərə öz kəndində yaranan dəstələrə qoşulurdu, kimi ov tüfəngi ilə döyüşürdü, kimi isə silahsız idi, lakin yenə də döyüşmək istəyirdi. Zirehli texnika yox idi, yalnız bir neçə köhnə avtomobilimiz mövcud idi.

3 nəfərə 2 silahla döyüşürdük. Qorxmurduq ki, silahsız həlak olarıq. Kim döyüşə cəlb edilmirdisə, inciyib küsürdü. Ölümdən qorxmurduq. Sonradan Türkiyədən silahlar gətirib payladılar.

Torpaqlarımızın müdafiəsi üçün əlimizdən gələni edirdik. Mən şəxsən Xankəndində xidmət edərkən ermənilərin millət olaraq neçə qorxaq olduqlarının şahidi olmuşam. O dövrdə ermənilərin də formalaşmış hərbi hissəsi yox idi. Sovet Ordusu onları qoruyurdu. Sonradan isə ermənilərə Xankəndi alayından 5 BMP və silah-sursat verildi.

- Rafiq bəy, bizə məlumdur ki, 1992-ci ilin iyunun 18-də Sizin alayın komandiri polkovnik-leytenant Şirin Mirzəyev, 708 saylı hərbi hissənin tank taborunun komandiri Qahir Hüseynov, kəşfiyyat bölüyünün komandiri leytenant Yavər Babayev, Şirin Mirzyevin qardaşı oğlu Mübariz Mirzəyev, Şirin Mirzəyevin əmisi nəvəsi Araz Mirzəyev sürücü Əliyev Mübarizin idarə etdiyi UAZ markalı maşında, ön xətdən mövqeləri yoxlayıb, növbəti döyüş tapşırıqlarını dəqiqləşdirib geri dönərkən Qaralar kəndinin sağ tərəfindən Daxili Qoşunların taboru üçün açılan yolda minaya düşdülər. Əliyev Mübarizdən başqa onların hamısı şəhid oldular. Təbii ki, Ağdam istiqamətində peşəkar və vətənpərvər zabitlərin barmaqla sayıldığı bir zamanda həm özünümüdafiə alayının, həm də tank taborunun döyüş qabiliyyətini təyin edən ən yüksək vəzifəli şəxslərinin həlak olması sıradan bir hadisə deyildi. Bu gün həmin faciəli hadisədən 27 il ötür. Bu hadisə ilə bağlı sizə bir neçə sualımız olacaq. ilk növbədə hər iki şəhid zabitlərimiz haqqında xatirələrinizi bilmək isdərdik, onlarla harada və hansı şəraitdə tanış oldunuz, onlar yaddaşınızda necə qalıb?

- Mən Şirin Mirzəyevi Xankəndində xidmət etdiyim zamandan tanıyırdım. Əslən Şuşadan olan Şirin Xankəndində doğulub. Orta məktəbi bitirdikdən Bakıda yerləşən Daxili Qoşunlar alayında hərbi xidmət edib, bundan sonra Leninqrad (indiki Sankt-Peterburq) şəhərindəki Ali Siyasi Hərbi məktəbdə, daha sonra isə Hərbi Siyasi Akademiyada təhsil alıb.

1990-1991-ci illərdə Qarabağda ermənilərin təxribatları artdığından könüllü hərbi birləşmənin yaradılması artıq zəruri idi. Onun kimi peşəkar hərbçilərə vətənin böyük ehtiyacı olduğu zamanda polkovnik-leytenant Şirin Mirzəyev 1991-ci ilin avqustunda Ağdama gəldi və dərhal respublikamızda ilk nizami özünümüdafiə taborunu yaratmağa başladı. Mən də başqaları kimi, bu müqqəddəs vəzifənin yerinə yetirilməsində ona yardımçı olmağı özümə borc bildim. Taborun yaradılması böyük bir zəhmət və fədakarlıq tələb edirdi.

1992-ci ilin əvvəlində Şirin Mirzəyevin və onun tərəfdarlarının səyi nəticəsində respublikada 1-ci olan tabor rəsmən yaradıldı və polkovnik leytenant Şirin Vəli oğlu Mirzəyev Ağdam rayon ərazi özünümüdafiə taborunun komandiri seçildi.

Mən baş leytenant Qahir Hüseynovu isə Ağdamda gedən hərbi əməliyyatlar zamanı tanıdım. 708 saylı hərbi hissənin tank taborunun komandiri idi, tanınan zabitlərdən biri idi.

1968-ci il iyulun 7-də Goranboy rayonunun Sarov kəndində anadan olmuşdu. Orta məktəbi bitirdikdən sonra 1985-ci ildə Rusiyanın Ulyanovsk şəhərindəki Ali hərbi tank məktəbinə qəbul olunub və 1989-cu ildə ali məktəbi bitirmişdi. Rusiyanin Ulan Ude şəhərindəki Zabaykal hərbi dairəsinin 198-ci motoatıcı diviziyasında tank alayının tank taqımının komandiri vəzifəsində xidmət etmişdi. 1992-ci ildə Xocalı faciəsini eşidən kimi vətənə köməyə gəlib və Azərbaycan Müdafiə Nazirliyinə müraciət etmişdi. 1992-ci ilin martın əvvəlində Ağdam rayonunda yerləşən 708 nömrəli hərbi hissənin tank taborunun komandiri vəzifəsinə təyin olunmuşdu.

Hər iki şəhid zabitimizin oxşar və fərqli cəhətləri mövcud idi. Hər ikisi vətənpərvər və milli düşüncəyə malik döyüşçü idi, hər ikisi vətənin dar günündə sakit və firavan həyatını tərk edib döyüş bölgəsində xidmətə üstünlük vermişdi. Hər iki zabitimiz əsl komandir üçün vacib olan şəxsi nümunə, qorxmazlıq, cəsurluq və igidlik kimi üstün keyfiyyətləri ilə seçilirdi. Fərqli olan cəhətləri isə Şirin Mirzəyevin nisbətən təmkinli və səbrli, Qahirin isə səbrsiz və çılğın olmasından ibarət idi. Hər ikisi səngərdən çıxmayan və döyüşçülərinin rəğbətini qazanan zabitlər idi. Onların tabeliyində olan hissə və bölmələr demək olar ki, Ağdam və Tərtər uğrunda gedən əməliyyatların əksəriyyətində, o cümlədən Fərrux, Pircamal, Qazançı, Ballıqaya, Qaraşlar, Bəşirli, Sirxavənd, Ağbulaq, Dəhraz kəndləri uğrunda döyüşlərdə yaxından iştirak edib.

Həmin ərəfədə Sizin xidmət etdiyiniz alayın mövqeləri harda yerləşirdi, vəzifələri nədən ibarət idi?

- Həmin günlərdə Daxili Qoşunlardan mayor Hacıyevin komandiri olduğu taborun mövqeyi Sırxavənd ilə Qaralar kəndinin arasında yerləşirdi. Deməli Şirin Mirzəyev erməni təhdidini önləmək üçün öz bölmələrinin mövqelərini irəli çəkmək istəyirdi. Bunun üçün 708 saylı hərbi hissədən baş leytenant Hüseynovu və alayın digər vəzifəli şəxslərini ərazidə tapşırıqların dəqiqləşdirilməsinə cəlb etmək üçün ön xəttə çıxarmışdı. Döyüş niyyətinə görə tank bölməsi alayın irəliyə doğru hərəkətini atəşlə dəstəkləməli idi. Düşmənin mövqeləri daha yüksəkdə olduğu üçün əlverişli hesab edilirdi və tankların atəş dəstəyi çox vacib idi. Şirin zəng edib kəşfiyyat bölük komandiri leytenent Yavər Babayevi ora dəvət edəndə əvvəlcə getmək istəmədi. Son itkilərə görə hamı dilxor idi. Mən onun qaynı və müavini idim. Dedim getmirsənsə mən gedim. Bunu deyən kimi dərhal qalxdı ki, yox getməsəm olmaz.

Bizim alay əvvəlki uğurlu döyüşlərinin ardından Sırxavənd kəndi uğrunda döyüşüdə səhv etmirəmsə 78 nəfər itki verdi. Döyüş kənardan asan gəlir adama, amma ölümün pəncəsində olanda fərqli hisslər keçirirsən. Uğurlar olanda tərifliyirlər, itki olanda isə... Bütün bunlar müharibənin qanunlarıdır.

- Rafiq bəy, baş verən faciənin canlı şahidisiniz. Bu barədə bizə daha ətraflı məlumat verə bilərsinizmi?

- Deməli Daxili Qoşunların mövqeyi Sırxavənd və Qaralar kəndi arasında, kanalın üst tərəfində yerləşirdi. Sırxavənddə az öncə 78 nəfər itki vermişdik, buna görə də Ş.Mirzəyev mənim də daxil olduğum 18-nəfərlik kəşfiyyat qrupunu Sırxavənd kəndinə göndərdi. Məqsəd yaralı və ya şəhid olan döyüşçüləri ordan götürmək və ərazini müşahidə etməkdən ibarət idi. Bizim müəyyən etdiyimiz mövqeləri ələ keçirmək üçün alay, Daxili Qoşunların mövqeyindən irəli keçməli idi. Bu məqsədlə Şirin Mirzəyev aidiyyatı üzrə komandirləri və xidmət rəislərini ərazidə döyüş vəzifələrinin dəqiqləşdirilməsi və qarşılıqlı əlaqənin təşkili üçün üçün toplamışdı.

Orada digər bölmələr kimi bizim bölüyün də vəzifələri dəqiqləşdirildikdən sonra 6 nəfər - Şirin, Ayaz, Mübariz Mirzəyevlər, Qahir və Yavər, sürücü Mübarizin idarə etdiyi komandirin UAZ-469 avtomobilində öndə, mən isə sürücü Əliyev İlhamın idarə etdiyi xidməti UAZ-469 maşında Qərargah rəsi Fəxrəddin Rəcəbov ilə birlikdə birinci maşının arxasınca geri qayıdırdıq. Qaralar kəndi ərazisindəki sərt döngədə öndəki Şirin Mirzəyevin xidməti maşınından partlayış səsi gəldi. Əvvəl elə bildik minaatan vurdu, maşından enib köməyə tələsdik. Sürücü Mübariz sinəsi ilə maşının siqnalının üstünə söykənib hərəkətsiz qalmışdı, Araz və Mübariz Mirzəyevlər ikisi də yerdə idilər və xırıldayırdılar. Şirin Mirzəyev, qabaqda sağ tərəfdə əlində qırıq radiostansiya ilə böyrü üstə yerdə qalmışdı, onu silkələdim lakin cavab gəlmədi. Fəxrədin də özünü çatdırdı. Qahir, Araz və Mübariz Mirzəyev bir-birindən 1-2 metr aralıda maşının yaxınlığına düşmüşdülər. Yeznəm Yavəri isə minanın zərbəsi 12 metr aralıya tullamışdı. O, kürəyi üstə yerə düşmüşdü. Topuqdan yuxarı sümüyu çöldə idi. İnanmırdım ki, öləcək.

Qahirin isə ayağını mina üzüb atmışdı. Güclü qan itirirdi, lakin özünü toxtaq göstərməyə çalışırdı, həm də danışırdı. Tək “döz qardaş” deyə bildim.

Fəxrəddin Rəcəbov öz UAZ-ında Şirin, Araz və Mübariz Mirzəyevləri hospitala apardı. Yavəri, sürücü Əliyev Mübarizi və Qahiri isə yerdə uzatdım, lakin əlimdən də bir şey gəlmirdi. Maşınlarda isə tibb çantası da olmadı ki, heç olmasa yaralarını sarıyım, qanaxmanı azaldım. Hardasa 30 dəqiqə sonra sanitar maşını gəldi və onları apardı. Onları xilas etməyə çalışsaq da bacarmadıq. Bir anın içində komandirimi, qohumumu və döyüş yoldaşlarımı itirdim. Onlardan sağ qalan tək sürücü Əliyev Mübariz oldu.

3 il əvvəl isə Qahirin Goranboydakı məzarını tapıb kiçik qızımla ziyarət etdim. Hər dəfə yolum düşəndə yenə də ziyarət edirəm. Digər şəhidlərin Ağdamda qohum-əqrabası var idi, lakin Qahirin Ağdamda bizdən başqa heç kimi yox idi. Qahir həm də subay idi, istədiyi qız isə Şəkidə yaşayırdı. Kaş ki, evli olaydı, həyatda bir övlad nişanəsi qalaydı.

1993-cü il fevral ayının 5-də isə Şirin Mirzəyevin şəxsi təşəbbüsü ilə yaradılmış hərbi hissə ləğv edilərək 708 saylı hərbi hissəyə birləşdirildi.

Ölümündən sonra Şirin Mirzəyev 1994-cü ildə "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif edildi. Hərbi jurnalist İbrahim İbadoğlu Şirin Mirzəyevin həyatından bəhs edən "Sərkərdə" kitabını yazıb. Bu kitabda danışdığımız hadisələr də təsvir edilib.

Qahir Hüseynov isə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olundu. Lakin 6 qardaşın ən kiçiyi olan Qahirin şəhid olması dərdini nə atası Qüdrət dayı, nə anası Sveta xala, nə də qardaşları Mahir, Rail, Zahir daşıya bilmədilər. Ailədə bir bədbəxtliyi digəri əvəz etdi. Məzarları da Sarov qəbiristanlığında sıra ilə düzülüb. Seyr etmək belə dəhşətlidir.

Hazırda Goranboy rayonun Dəliməmmədli şəhərində Qahir Hüseynov adına küçə var. Doğulduğu Sarov kəndinin Mədəniyyət evi Qahir Hüseynovun adını daşıyır və ərazisində onun büstü ucaldılıb. Allah cəmi şəhidlərimizə rəhmət eləsin.

- Müsahibə üçün təşəkkür edirik!

Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Şirin-Mirzəyev   Qahir-Hüseynov   Qarabağ-müharibəsi  

Əfsanəvi iki komandirin oxşar taleyi: "Ölümün pəncəsində olanda fərqli hisslər keçirirsən" – MÜSAHİBƏ (FOTOLAR)

2019/06/14835-1560864518.jpg
Oxunub: 3615     17:00     18 İyun 2019    