Erməni hərbi qulluqçuya qarşı zorakılıq faktı – Əsgərin dalağını çıxardılar

2019/06/48403-1560846327.jpg
Oxunub: 754     17:24     18 İyun 2019    
Ermənistanda hərbi qulluqçuya qarşı zorakılıq hərəkətinə yol verdiyinə görə, mayor rütbəli hərbi qulluqçu hüquq mühafizə orqanlarına təslim olmağa hazırlaşır.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Dilican şəhərində dislokasiya olunan hərbi hissənin komandir müavini, mayor Mihran Voskanyan azadlıqda ailəsi, həyat yoldaşı və iki azyaşlı uşağı ilə son günlərini yaşayır.

Onun vəkilinin sözlərinə görə, o, iyunun 17-də hüquq mühafizə orqanlarına təslim olacaq.

Bildilir ki, vəkil Hakop Caroyan müddətli xidmət hərbi qulluqçusu əsgər Mikayel Ter-Minasyana zərbə endirən, onun sağlamlığına ağır xəsarət yetirən, ona qarşı zorakılıq hərəkətlərinə yol verən zabiti müdafiə etməklə öz üzərinə ağır yük götürüb.

Tavuş məhkəməsi mayor rütbəli hərbi qulluqçunu Ermənistan CM-nin 2 maddəsi üzrə günahkar bilərək, onu 3 il 3 ay müddətinə azadlıqdan məhrum edib. Apelyasiya məhkəməsi ilkin məhkəmənin qərarını təmamilə təsdiqləyib. Vəkil mayorun müdafiəsini öz üzərinə götürsə də, işin istintaqını öz üzərinə götürməkdən boyun qaçırıb.

Buna baxmayaraq, hadisədən 3 il keçsə də, mayor Voskanyan əsgər Ter-Minasyana heç vaxt zərbə endirmədiyini iddia edir.

“Əsgər kompüter işləri həyata keçirirdi. Mənim otağımda otururdu və daim bərabər çörək yeyirdik. Ona doğma insan kimi davranırdım. Üzləşmə zamanı əsgərin gözlərinə baxaraq, nə üçün belə bir iş gördün ayıb deyilmi? deyə soruşdum. Əsgər cavabında bildirdi ki, hərbi polisdə ondan bu cür yazmağı tələb ediblər.

Hərbi polisin niyə bu cür hərəkətə əl atdığını başa düşmürəm. Vəkil əsgərin yalan ifadə verdiyinə görə, ona qarşı prokurorluğa şikayət təqdim etməyə hazırlaşır”, - deyə erməni mayor ifadəsində bildirib.

Vəkil qeyd edib ki, müdafiə etdiyi mayor yalnız zərərçəkənin ifadəsi əsasında mühakimə edilib. Həkimin sözlərinə görə, 2014-cü ildə tibbi müayinə keçərkən dalağının böyüməsi barədə hərbi qulluqçu Ter-Minasyanın məlumatı olub.

Hadisənin baş verməsinə və onun nəticələrinə dair məhkəmə tibbi ekspertizası müxtəlif sübutlar və hadisənin baş vermə müddətindəki aralıqlara dair ətraflı izahat verib.

İcevanda hərbi qulluqçunu səhv əməliyyat etmələri barədə fakt məhkəmə işində əksini tapmayıb. Müxtəlif müayinə keçirdikdən həkimlər əməliyyatdan öncə verdikləri ifadələrdən imtina ediblər. Mihran özü bildirib ki, dalaq nahiyyəsinə özü zarafatla bir neçə zərbə endirib. Lakin bu ifadə də cinayət materiallarında öz əksini tapmayıb.

Vəkil, məhkəmədə əsassız sübutlarla müharibə şəraitində olan ölkənin zabitini mühakimə etməyə hüququnun olmadığını deyib. O qeyd edib ki, ittiham edilən zabit Ermənistan Müdafiə Nazirliyi tərəfindən müxtəlif mükafatlara layiq görülüb.

Vəkilə, hissiyyatları üzrə hərəkət etməməsinə dair xəbərdarlıq edilib.

Xatırladaq ki, hadisə 2016-cı il dekabrın 16-da saat 17:00 radələrində hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini, mayor Artur Hakopyanın iş otağında baş verib.

Bildirilir ki, Hakopyan əsgər Ter-Minasyanı kompüterdə işləmək üçün otağına çağırıb. Bu anda hərbi hissə komandirinin döyüş xidməti üzrə müavini Voskanyan içəri daxil olaraq xahiş edib ki, Mihran kompüterdə ilk növbədə onun işlərini görsün. Ayaq üstə diktə edərək, mətni yazdıran mayor Voskanyan kompüterdə iş aparan əsgərin boyun və qarın nahiyyəsinə yumruqla zərbə endirib.

Növbəti gün hərbi qulluqçu güclü ağrılar hiss edərək, tibb məntəqəsinə müraciət edib və onu oradan Dilican xəstəxanasına aparıblar. Əsgərin dalağı əməliyyat yolu ilə çıxarılıb. Lakin Voskanyan ona zərbə endirmədiyini iddia edir. Zərərçəkən hərbi qulluqçunun valideynləri Voskanyanı baş vermiş hadisədə günahkar hesab edirlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Zorakılıq  

Erməni hərbi qulluqçuya qarşı zorakılıq faktı – Əsgərin dalağını çıxardılar

2019/06/48403-1560846327.jpg
Oxunub: 755     17:24     18 İyun 2019    