Norveç ilk dəfə olaraq F-35-dən istifadə etməklə hərbi təlimlər keçirəcək

2019/06/norwe-1560840986.jpg
Oxunub: 650     21:41     18 İyun 2019    
“Bu həftə norveçli pilotlar amerikalı həmkarları ilə birlikdə ən yeni F-35 qırıcı təyyarələrindən istifadə edilməklə hərbi təlimlər keçirəcəklər”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri Norveç Hərbi Hava Qüvvələri (HHQ) mətbuat xidmətinin rəhbəri polkovnik Oyvind Qannerud deyib.

Onun sözlərinə görə, təlimlər çərçivəsində döyüş təyyarəsinə xidmət göstərən texniki heyətin əməkdaşlığı da təşkil ediləcək.

“Bu həftə norveçli pilotlar amerikalı həmkarları ilə birlikdə ən yeni F-35 qırıcı təyyarələrindən istifadə edilməklə hərbi təlimlər keçirəcəklər. Bu cür inteqrasiya edilmiş təlim çox məqsədəuyğun, onun hər iki tərəfdaş ölkə üçün dividend potensialı isə çox yüksəkdir.

Təlimlər çərçivəsində döyüş təyyarəsinə xidmət göstərən texniki heyətin əməkdaşlığı da təşkil ediləcək. Hərbi təlimlər NATO-nu dəstəkləməyə və F-35 qırıcı təyyarəsi ilə bağlı proqramın hazırlanmasında iştirak edən ölkələr arasında münasibətlərin möhkəmlənməsinə yönəlib. ABŞ-a məxsus qırıcı təyyarələr Norveçə Finlandiyadan gələcək”, - deyə Qannerud bildirib.

Qeyd edək ki, Norveç Hərbi Hava Qüvvələri indiyə qədər 12 ədəd F-35 təyyarəsi alıb. Bu ilin payızında Norveç HHQ-nin sərəncamına daha üç təyyarə daxil olacaq. Norveç hökuməti 52-yə qədər F-35 təyyarəsi almaq barədə qərar qəbul edib. Onlar Norveç HHQ-nin heyətində istifadəsi tədricən dayandırılan F-16 təyyarələrini əvəz edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: F-35   Norveç  

Norveç ilk dəfə olaraq F-35-dən istifadə etməklə hərbi təlimlər keçirəcək

2019/06/norwe-1560840986.jpg
Oxunub: 651     21:41     18 İyun 2019    