DQ-nin Baş İdarəsində 15 iyun - Milli Qurtuluş Günü qeyd olunub

2019/06/dsc_9-1560507298.jpg
Oxunub: 988     14:14     14 İyun 2019    
İyunun 14-də Daxili Qoşunların Baş İdarəsində Milli Qurtuluş Günü münasibəti ilə təntənəli mərasim keçirilib. Mərasimdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Cahangir Cahangirli iştirak edib.

Daxili Qoşunların mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, tədbir Azərbaycan xalqının Milli Lideri Heydər Əliyevin, vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş, xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı həlak olmuş hərbi qulluqçularımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Qeyd olunub ki, 15 iyun 1993-cü ildə Milli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifələrindəndir. Xalqımız artıq 26 ildir ki, bu günü Milli Qurtuluş Günü kimi qeyd edir.

Tədbirdə o da vurğulanıb ki, ölkənin məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir zamanda XX yüzilliyin görkəmli şəxsiyyətlərindən olan, dövlətimizin, müstəqilliyimizin və ordumuzun memarı, Milli Lider Heydər Əliyevin xalqın təkidi ilə respublikada hakimiyyətə qayıdışı və həyata keçirdiyi uzaqgörən, müdrik siyasəti sayə-sində ölkəmiz iflasdan xilas edil-di, vətəndaş müharibəsinin qarşısı alındı. Onun demokratik, hüquqi dövlət quruculuğu istiqamə-tində məqsədyönlü siyasəti ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratdı. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafına təkan verir, regionda və dünyada Azərbaycanın nüfuzunu günbəgün artırır.

Həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi rəhbər və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan dövlətçiliyinin tarixində dərin izlər buraxaraq, əsl dövlət idarəçiliyi məktəbini yaratmışdır.
Sonra Milli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərinə həsr edilmiş videofilm nümayiş olunub.

Videofilmin nümayişindən sonra “Milli Lider Heydər Əliyev Azərbaycan xalqının xilaskarı, müstəqilliyin və dövlətçiliyin memarıdır” mövzusunda məruzə üçün söz Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti C.Cahangirliyə verilib.

Qonaq öz çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulub. Vurğulanıb ki, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə daxili vəziyyət gərginləşmiş və hakimiyyət böhranı yaranmışdı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda da vəziyyət ağırlaşırdı. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə son həddə çatmışdı. 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Vətənin belə ağır günündə xalq öz görkəmli oğlunu - Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Heydər Əliyev xalqın və hakim dairələrin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi, qısa zaman ərzində Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. O, 1993-cü il iyu-nun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi.

Məruzəçi onu da söyləyib ki, bu dönüş xalqın istəyi, eləcə də tarixin zərurəti idi: “Bu qayıdış insanların qəlbinə bir inam və rahatlıq toxumu səpdi, ölkənin xilas olduğuna inamı artırdı. Beləliklə, Ulu Öndər Heydər Əliyevin Bakıya qayıdaraq Azərbaycan parlamentinin sədri seçildiyi gün - 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu”.

Çıxışının sonunda dosent C.Cahangirli Milli Liderin fəal diplomatiyası nəticəsində inkişaf edən, müasir dünya dövlətlərinin sırasında öz layiqli yerini tutan Azərbaycanın bu gün Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində yeni tərəqqi yolunda inamla addımladığını bildirib.

Bununla da 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş təntənəli mərasim başa çatıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: DQ   Qurtuluş-Günü  

DQ-nin Baş İdarəsində 15 iyun - Milli Qurtuluş Günü qeyd olunub

2019/06/dsc_9-1560507298.jpg
Oxunub: 989     14:14     14 İyun 2019    